Cədvəl 4.
Sinədə baş verən həyat üçün təhlükəli olan kəskin ağrılar
Kəskin koronar sindrom
Aortanın laylanması
Ağ ciyərin emboliyası
Gərgin pnevmotoraks
Qida borusunun cırılması
Cədvəl 5.
Aortanın laylanmasının kliniki təzahürləri:
Arterial hipotenziya yaxud şok, səbəbləri:
–hemoperikard və ürək tamponadası;
–divararalığına qanaxma;
–kəskin aortal çatışmazlıq;
-aortanın cırılması;
-spinal şok;
Miokardın kəskin işemiyası;
Perikardın sürtünmə küyü (hemoperikard nəticəsində);
Bayılma;
Hematoraks və ya plevraya mayenin toplanması;
Sağ və sol əldə təzyiqlər arasında fərqin olması, arteriyalarda
pulsasiyanın zəifləməsi, Leriş sindromu;
Böyrək arteriyalarının laylanması nəticəsində kəskin böyrək
çatışmazlığı;
Peritondaxili arteriyaların laylanması nəticəsində müsariqənin
işemiyası;
Nevroloji pozğunluqlar:
–aorta qövsü damarlarının okkluziyası nəticəsində insult;
-ətraflarda zəiflik;
–onurğa beyinin işemiyası nəticəsində nevroloji pozğunluqlar;
–qırtlağın sol qayıdan sinirinin sıxılması nəticəsində disfoniya.
52
Qarında təkrari ağrılar, kəskin dövrdə zülalın və laktatdehid-
rogenazanın plazmada səviyyəsinin artması-prosesə qasıq kötüyü-
nün (təxminən 8% hallarda) yaxud, yuxarı müsariqə arteriyasının
(8–13%) prosesə cəlb olunması əlamətləridir.
Böyrək arteriyasının prosesə qoşulması oliqouriyaya yaxud
anuriyaya səbəb ola bilər.Arteriyalarda pulsasiyanın zəifləməsi
xəstələrin 20% - də aşkar edilir,buna fəsadların meydana çıxması
və pis proqnoz kimi baxılır.Aortanın maksimal laylanması ilə olan
xəstələrin təxminən 50%-də,aorta qapağının çatışmazlığını göstə-
rən diastolik küy aşkar edilir.Plevraya mayenin dolması, vidaci
venaların genişlənməsi və parodoksal nəbz diaqnozun təsdiqinə
kömək edir. Qəbul zamanı xəstəliyin əsas kliniki təzahürü, ürək
tamponadası nəticəsində baş verən şok,tac arteriyalarının sıxılma-
sı, kəskin aortal çatışmazlıq, qanitirmə və dövr edən qanın həc-
minin azalması ola bilər.
Aortanın laylanmasının müalicəsində və qetri-invaziv diaq-
nostikasında nəzərə çarpan uğurların olmasına baxmayaraq xəstə-
lərin 28–55%-i düzgün kliniki diaqnozun olmaması səbəbindən
ölürlər. Ölüm riski belə xəstələrdə, ürək tamponadası, laylanma
sahəsinə tac arteriyalarının qoşulması, baş beyinin yaxud bağır-
sağın kəskin işemiyası kimi fəsadların olması səbəbindən yüksək
olur. Yüksək letallığın digər əlamətlərinə yaşın 70-dən yuxarı ol-
ması, arterial hipotenziya, xroniki böyrək çatışmazlığı və arteri-
yalarda pulsasiyanın azalmasını aid edirlər. A tipinə aid inkişafa
səbəb olan və daha az əhəmiyyət kəsb edən amillərə anamnezdə
ürək və onun qapaqlarında aparılmış cərrahi müdaxilələri (15%)
və ürəkdə aparılan əməliyyatlar yaxud damardaxili kateterli müda-
xilələrdən (5%) yaranan yatrogen laylanmanı da göstərmək olar.
Qeyri-yatrogenlə müqayisədə aortanın yatrogen laylanması
böyük ölümlə müşayiət olunur (müvafiq olaraq 35% və 24%).
Aortanın laylanan kəskin anevrizması üzrə məlumatlarına əsasən,
təxirəsalınmaz cərrahi müdaxilənin olmaması zamanı bu cür
xəstələrdə letallıq ilk 24 saatda 24%, 48 saat ərzində 29%,
yeddinci gündə 44% və 2 həftə sonra 50% təşkil edir.Aortanın
proksimal laylanması olan və müalicə almayan xəstələrin 10% -
53
dən az hissəsi bir ilin ərzində sağ qalırlar və 10 il ərzində praktiki
olaraq onların hamısı ölürlər. Daha yüksək ölüm ilk 3 ay ərzində
qeyd olunur. Aortanın proksimal şöbəsində laylanması olan və
müalicə almayan xəstələrdə aortanın ölümcül cırılması 90% təşkil
edir.Qeyd etmək lazımdır ki, 75% hallarda cırılma perikarda, sol
plevra boşluğuna və divararalığına nüfuz edir.
Hətta cərrahi müdaxilənin yerinə yetirilməsi zamanı belə,
letallıq birinci gün 10%,ikinci gün 12% və ikinci həftədə 20%
təşkil edir.Bu zaman ölümün daha çox rast gələn səbəbinə aortanın
cırılması,daxili orqanların işemiyası,ürək tamponadası və qan
dövranı çatışmazlığını aid edirlər.Aortanın enən hissəsinin kəskin
laylanan anevrizması nadir hallarda ölümlə nəticələnir.Müalicənin
olmadığı halda birinci ay üçün yaşama 89%, birinci ildə 84% və
beş ildə isə 80% təşkil edir.Lakin,böyrək çatışmazlığı,daxili
orqanların işemiyası və aortanın məhdud cırılması kimi fəsadları
olan xəstələr çox zaman təcili olaraq cərrahi müalicə tələb edir
(letallıq 2 - ci gün 20% və 1-ci ay üçün 25% təşkil edir).A tipli
laylanmada olduğu kimi erkən ölümün əsas asılı olmayan
əlamətlərinə ahıl yaşlı xəstələri, aortanın cırılmasını və orqanların
hipoperfuziyasını göstərmək olar.
İntramural hematomanın proksimal yerləşməsi proqressiv-
ləşən laylanmanın, məhdud cırılmanın (yaşından, cinsindən, arte-
rial hipertenziyanın olmasından, Marfan sindromundan, ikitaylı
aorta qapağından, intramural hematomanın diametrindən və təza-
hür dərəcəsindən asılı olmayaraq) yaxud anevrizmanın yaran-
masının əlamətidir. Ümumi məlumatlara əsasən erkən ölüm 16%
səviyyəsində, 30-cu gün üçün ölümün faizi təxminən 20% təşkil
edir. İntramural hematomanın (A tipi) proksimal tipinin cərrahi
müdaxiləsi zamanı artıq onu erkən letallıqla əlaqələndirmirlər.
A tipli intramural hematomalı xəstələrdə “gözləmək və
müşahidə etmək” kimi yanaşma,baxmayaraq ki, bu hal
fəsadlaşmanın yüksək riski ilə müşayiət olunur, medikamentoz
müalicədən istifadə zamanı erkən letallıq 55% hallarda öz əksini
tapır.Cərrahi müalicənin tətbiqi zamanı isə letallıq 8% təşkil edir.
Cərrahi müalicədən sonra erkən letallığın 12% və medikamentoz
54
müalicədən istifadə zamanı 24% təşkil etdiyini nəzərə alaraq,
aortanın laylanmasının Beynəlxalq registrin məlumatları, proksi-
maı intramural hematoma səbəbi ilə aparılan cərrahi müdaxilədən
sonra nəticənin yaxşılaşmasına ümumi istiqaməti təsdiq edir.
Bundan əlavə, sağ qalmağın qiymətləndirilməsi zamanı bir qrup
xəstələrin tablet şəklində β-adrenoblokatorlarla müalicəsi zamanı
daha yaxşı uzun müddətli yaşama müəyyən edilmişdir (yaşama bu
preparatlarla müalicə alan xəstələrdə 95%,qəbul etməyən
xəstələrdə isə 67% təşkil edib).
β - adrenoblokatorlar aorta divarında gərginliyi və sistolik
arterial təzyiqi azaltmaqla, aorta divarının hüceyrə xarici
matriksinin tamlığını saxlamaqla proqnozu yaxşılaşdırırlar.
Uzun müddətli proqnoz yaşlı xəstələrdə (55 yaşdan yuxarı)
yaxşı olur.Bu,aorta divarı boyunca mövcud olan məhdud mikro
çapıqlar ilə əlaqədar ola bilər ki,bu da hematomanın boylama
yayılmasının məhdudlaşdırılmasına şərait yaradır. Bununla
əlaqədar olaraq intramural hematomaların xoşxassəli sonluqları 65
yaşdan yuxarı xəstələrdə müşahidə edilir.
Aortanın intramural hematomalı sahələrində xoraya bənzər
çıxıntıların olması yüksək riskə malik xəstələr qrupunu aşkar
etməyə kömək edir. Nüfuzedici aterosklerotik xoralar media
qatının aralanması və elastiki membranın deşilməsi ilə intramural
piləklərin eroziyasının inkişafı nəticəsində baş verir. Bu da
intramural hematomaların baş verməsi üçün əsas yaradır. Daha
tez-tez (90%-dən yuxarı) nüfuzedən aterosklerotik xoralar enən
aortanın intramural hematoması zamanı meydana çıxır. Bunun
əksi olaraq, qalxan aortada daha çox nüfuz etməyən aterosklerotik
xoralı hematomalar yerləşirlər. Kliniki nəzərə çarpan nüfuz edici
aterosklerotik xoralar aşağıdakı fəsadları yarada bilər: anevriz-
manın əmələ gəlməsi, psevdoanevrizmalar,aortanın laylanması və
qəfləti cırılması.İntramural hematomalar zamanı xoranın diametri
və dərinliyini müəyyən etmək üçün həmin sahənin diqqətlə tədqiqi
vacibdir.Belə ki,defektin eni 2 sm-dən çox və onun dərinliyi 1 sm-
dən çox olması damardaxili yaxud cərrahi mülicənin aparılması
labüddür (cırılma və ölümdən qaçmaq məqsədilə).
55
Aortanın laylanan anevrizmasının diaqnostikası kliniki
məlumatlara əsasən ilkin diaqnozun qoyulması ilə başlayır.Hal-
hazırda instrumental diaqnostik metodlara aortaqrafiya,kontrast
KT, MRT, transtorakal yaxud transezofageal ExoKQ-ı aid edirlər.
Birincisi, instrumental diaqnostikanın vacib xüsusiyyəti – sadala-
nan tədqiqat metodlarının istənilən birisindən istifadə etməklə
aortanın laylanan anevrizması diaqnozunun təsdiqi yaxud istisnası
üçün vacibdir.İkincisi,diaqnostik tədqiqat gərək dəqiq göstərsin-
laylanma sahəsinə qalxan aorta cəlb edilmişdir ya yox,yaxud
laylanma enən aorta və aorta qövsü səviyyəsində yerləşir.
Üçüncüsü,tədqiqatın gedişində laylanan anevrizmanın anatomik
xüsusiyyətini müəyyənləşdirmək lazımdır. Yəni, giriş və geriyə
çıxışın yeri, uzunluğu, yalançı mənfəzdə trombun olması, aorta
şaxələrinin laylanma sahəsinə cəlb olunması, perikardda mayenin
olub-olmaması və tac damarların cəlb olunması,dərəcəsinin təyin
edilməsi. Yalnız bir üsulun istifadəsi, təəssüf ki,bütün lazım olan
məlumatları əldə etməyə imkan vermir.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən müəyyən
olunmuşdur ki, xəstələrin üçdə ikisində yüngül yaxud mötədil
leykositoz baş verir, qanaxma yaxud qanın yalançı mənfəzə
toplanmasından anemiya müşahidə olunur.
Xüsusilə, aortanın kəskin laylanan anevrizması üçün xarak-
terik olan, ağciyər arteriyasının trombemboliyası üçün tipik olan
səviyyəyə çatan qanda D-dimerin nəzərə çarpan artması müm-
kündür. Aortanın laylanan aortası medianın saya əzələ hüceyrə-
lərini güclü surətdə zədələyir, nəticədə qan cərəyanına saya
miositlərinin struktur zülallarının, miozinin ağır zəncirinin daxil
olmasına gətirib çıxarır. Daha tez-tez rast gəlinən EKQ-ya əlaməti
– sol mədəciyin hipertrofiyasıdır (arterial hipertenziyanın nəticəsi
olaraq). EKQ-da kəskin dəyişikliklər xəstələrin 55%-də baş verir
və ST seqmentinin depressiyası, T - dişciyinin dəyişməsi, bəzi
hallarda isə ST-seqmentinin elevasiyası ilə özünü göstərir.
Miokard infarktı xəstələrin 1-2%-də baş verir,buna səbəb
hematoma yaxud intimanın dilimi ilə tac arteriyaların mənfəzinin
keçiriciliyinin pozulmasıdır.
56
Qəbul şöbəsində döşdə kəskin ağrılar olan xəstənin əsas
müayinələrindən biri-döş qəfəsinin rentgenoqrafiyasıdır. Aortanın
laylanan anevrizması olan xəstələrin 56%-də döş qəfəsinin adi
rentgenoqrafiyasında aortanın patoloji dəyişikliyi aşkar edilir.
Aortanın laylanmasına şübhələnməyə imkan verən klassik rentge-
noqrafiya əlaməti – divararalığının kölgəsinin genişlənməsidir.
Həmçinin digər əlamətlərin də meydana çıxması baş verə bilir:
aorta konfiqurasiyasının dəyişməsi, aorta qövsündə məhdud don-
qara bənzər qabarma,sol körpücükaltı arteriyanın aralanan yerin-
dən distal səviyyədə aorta soğanağının genişlənməsi, aorta
divarının qalınlaşması (aorta kölgəsinin eninə əsasən qiymətlən-
dirilir), intimanın adi kalsifikasiyasına müvafiq gəlməməsi, həm-
çinin aorta soğanağında kalsifikasiya nahiyəsinin yerdəyişməsi
kimi hallar yaranır.A tipli laylanan anevrizma zamanı transtorakal
ExoKQ-nin həssaslığı 60%,spesifiklik isə 83% təşkil edir. Bu
metod həmçinin aortal çatışmazlıq, plevra və perikarda mayenin
toplanması,ürək tamponadasını da aşkar etməyə imkan verir.
Randomizə olunan tədqiqatların yekununa əsasən ürəyin
MRT-ı ExoKQ-ya və KT-ı ilə müqayisədə daha dəqiq metoddur
(spesifikliyi 100%-dir). Laylanan anevrizmanın diaqnostikasında
aortaqrafiya üsulundan istifadə olunmur, belə ki,bu üsulun
spesifikliyi və həssaslığı daha az invaziv metodlarla müqayisədə
aşağıdır. Aortaqrafiya-invaziv müdaxilə olub,nəticələri cərrahın
təcrübəsindən asılı olur.O,aortanın intramural hematomalarını
aşkar etməyə imkan verir, trefrotoksiki kontrast maddələrin
tətbiqini tələb edir. A tipli laylanan anevrizma zamanı
koronaroqrafiya bütövlükdə əks göstərişdir.
Aortanın kəskin laylanan anevrizması güman edilən xəstələri
intensiv terapiya şöbəsinə yerləşdirmək lazımdır. Ağrını götürmək
və AT-i arzu olunan səviyyəyə endirmək üçün (sistolik təzyiq 110
mm.c.süt.) morfi və vena daxilinə β - adrenoblokatorlardan
istifadə yüngül arterial hipertenziyanı aradan götürmək üçün
kifayət edir, ancaq, natrium-nitroprussid ilə birgə təyin etdikdə
(ilkin dozası hər kq çəkiyə 0,3 mkq olmaq şərtilə), hətta ağır
arterial hipertenziyaya təsiredici olur.
57
Aortanın laylanan anevrizmasının A (I, II tip) tipli proksimal
formasının cərrahi müalicəsində əsas məqsəd aortanın cırılması və
perikarda
süzülmənin
qarşısının
alınmasıdır.Aorta
qapaq
çatışmazlığının qəflətən baş verməsi və koronar qan cərəyanının
obstruksiyası təcili cərrahi müdaxiləni tələb edir – yəni,qalxan
aortada yerləşmiş laylanma zamanı intimanın aralanma sahəsinin
rezeksiyası və onun kompozit yaxud interpozisiyon transplantatla
əvəz olunması,əgər laylanma aorta qövsünə və ya enən aortaya
yayılmışsa,intimanın bütöv parçasının rezeksiyası zamanı texniki
çətinliklər baş verə bilər.Bu zaman aorta qövsünün hissəvi yaxud,
tam əvəz olunmasına ehtiyac duyulur.Sonuncu tədqiqatların
birində aorta qövsünün və enən döş aortasının intimasının
aralanmasının rezeksiyası və aralanmanın operativ müalicəsiz
saxlanması arasındakı seçim məsələsi həll olunurdu.Demək
lazımdır ki,sonuncu yanaşma, aortanın distal şöbəsində təkrari
müdaxiləyə böyük risklə (20–30% hallarda) müşayiət olundu.
Nəzərə alsaq ki,hətta ən yaxşı klinikalarda belə,aorta qövsünün
yerinə yetirilən cərrahi rekonstruksiyası zamanı və açıq distal
anastomozun həyata keçirilməsi zamanı bu qrup xəstələrdə letallıq
15–35% təşkil etdiyindən əlavə tədbirlərin tətbiq edilməsi
göstərişdir (qan dövranın dərin hipotermik dayandırılması,baş
beyin
damarlarının
retroqrad
perfuziyası).
Baş
beyinin
müdafiəsinin sonuncu variantı daha çox yayılmışdır. Belə ki,o
kliniki sonluqların yaxşılaşmasını təmin edir (beşillik yaşama
müddəti 73 ± 6% təşkil edir).Qan dövranın dərin hipotermik
dayandırılması erkən fəsadların riskinin azalmasının, yaşama
müddətinin yüksəlməsini və aortanın A tipli kəskin laylanan
anevrizması olan xəstələrdə təkrari əməliyyatların tezliyinin
azalmasını təmin etməmişdir. Otuz günlük, birillik və beşillik
yaşamanın tezliyi müvafiq olaraq 81 ± 2%, 74 ± 3% və 63 ± 3%
təşkil etmişdir. Bu da digər yanaşmalardan heç də fərqlənmir.
Laylanan anevrizmanın müalicəsində uğurun əsası, xəstənin
halının pisləşməsi yaxud qan dövranın patoloji əlamətlərinin baş
verməsinə qədər qısa müddət ərzində cərrahi müdaxilənin yerinə
yetirilməsidir. Ekstrakorporal qan dövranın daxil edilməsi və baş
58
beynin anteqrad perfuziyasının yerinə yetirilməsindən sonra
(adətən bud arteriyalarından birinin və said arteriyalarından
birinin kanyulaşdırılmasından sonra həyata keçirilir) aortanın
mobilizasiyası yerinə yetirilir.
Dostları ilə paylaş: |