73
AORTİT
Aortit-aortanın iltihabıdır. Aortit infeksiya (sifilitik və qeyri-
sifilitik:bakterial və ya göbələk) və qeyri-infeksiya (iri damarların
aterosklerozu və ya vaskuliti nəticəsində,məsələn:Takayasu xəstəliyi
və ya giqant hüceyrəli arteriit) mənşəli inkişaf edir.
Aortitin etiologiyasını müəyyənləşdirmək xüsusi əhəmiyyət
kəsb edir,beləki,immunosupressiv dərman maddələri infeksiya
prosesinin aktivliyini kəskinləşdirə bilər.
Aortitin yayılması tam öyrənilməyibdir,giqant hüceyrəli arteriit
və Takayasu xəstəliyinin epidemiologiyası öyrənilmişdir. Giqant
hüceyrəli arteriit xəstəliyi 100000 nəfərə 18,8 nəfər düşür, uygun
olaraq kişi və qadın - 2:1 nisbətində və orta ömür - 75 yaş təşkil
edir.Ədəbiyyat məlumatlarına görə,Takayasu xəstəliyi 1 milyona 0,4
- 1,0 nəfər təşkil edir.
Aortitlər iki grupa bölünür:
a) infeksiya mənşəli;
b) qeyri-infeksiya mənşəli.
İnfeksiya mənşəli aortitlər başlıca mikotik anevrizmalardır.
İnfeksiya mənşəli olmayan aortitlər iki grupa bölünür:
74
a) aortanın zədələnməsi ilə gedən .
b) aorta xaricində başqa orqanların zədələnməsi ilə gedən.
Aortanın media və ya adventisiyasında iltihab hüceyrələrinin
tapılması aortiti göstərir.Makroskopik olaraq aortada divar
qalınlaşması baş verir.
Birincili aortanı zədələyən qeyri-infeksiya mənşəli aortitlərin
arasında ən çox rast gəlinəni Takayasu xəstəliyidir. Bu xəstəlik çox
vaxt gənc qadınlarda rast gəlinir.Nevroloji simptomlar və aorta
qövsünün yan şaxələrinin stenozu olur.
Takayasu xəstəliyi 1908-ci ildə 21 yaşında bir qadında xarak-
teristik retinal arteriovenoz anastomozlarını və mikroanevrizmaları
görmüşdü. Xəstələrdə radial arteriya nəbzlərinin itdiyi,digər fun-
doskopik əlamətlər: venoz qan dolğunluğu, neovaskulyarizasiya, he-
morragiyalar müşahidə olunur. Xəstəliyin bir çox fərqli adları vardır:
nəbzsizlik xəstəliyi, idiopatik medial aortapatiya, aortit sindromu,
aortanın giqant hüceyrəli arteriti,aorta qövsü sindromu, aortanın
birincili arteriti, braxiosefalik arterit, panaortit,revers koarktasiya,
tıxayıcı tromboaortapatiya və non- spesifik aortit.
Takayasu xəstəliyinin histoloji araşdırılmasında aorta divarının
və fibrozlaşmayla əlaqədar intimanın qalınlaşması, düz əzələ
hüceyrəsi və elastik toxuma itkisi ilə bağlı medial degenerasiyanın
olması müəyyənləşmişdir. Hemorragiya, vasa-vasorumların prolife-
rasiyası, adventisiyanın genişlənməsi digər əlamətlər hesab edilir.
Sifilitik aortitdə plazma hüceyrələri tapılmır və qranulomalar ancaq
seyrək şəkildə ola bilir.
Takayasu xəstəliyində qadın kişi nisbəti 4:1-dir.Xəstələrdəki
aortanın zədələnməsi baxımından yayılmasına görə ABŞ-da Hindis-
tana görə daha çox yayılmışdır, lakin Yaponiyada bu xəstəlik ön
planda hesab olunur.
Aşağıdakı simptomlar-temperatur, yorğunluq, çəkinin itməsi,
tərləmə, zəifləmə və leykositoz müşahidə olunur. Digər simptomlar: baş
ağrısı, sinkopiya, görmə pozğunluğu, aritmiya, ürək çatışmazlığı,
dispnoye, çirpıntı, öskürək, hemoptiziya, sinə ağrısı və pulmonar
emboliya rast gəlinir. Tonzillit, hamiləlik və stress kimi faktorlar
xəstəliiyin kəskin halını provokasiya edə bilər. Yaralı kolit ilə Takayasu
75
xəstəliyi arasında birlik vardır. Xəstəliyin kəskin faza simptomları
gözdən qaça bilər.Ətraf arteriya yaralanmaları ətraflarda işemik
simptomlara,abdominal visseral tıxanıqlıqlar bağırsaq işemiyasına və
pulmonar arteriya darlıqları pulmonar hipertenziyaya səbəb ola bilər.
Anevrizmalar çox vaxt tapıldıqları yerlə bağlı simptom və əlamətlərə
səbəb
olurlar.Məsələn:
abdominal
aorta
anevrizmaları
bel
ağrısı,həssaslıq,qonşu nahiyələrə təzyiq simptomları verir.
Takayasu xəstəliyinin tanınmasında gənc bir qadında xüsusilə
karotis,subklavian,braxial və ya radial nəbzlər alınmırsa, səbəbi bəlli
olmayan temperatur varsa,onda Takayasu xəstəliyindən şübhələnmək
lazımdır.
İshikaüa kəskin Takayasu xəstəliyinin diaqnozunu qoymaq
üçün kriteriyalar irəli sürmüşdür:
1) Xəstələr ümumiyyətlə,40 yaşdan aşağı olmalıdırlar.
2) Sağ və ya sol körpücükaltı arteriya stenozunun tapılması.
3) Dörd və ya daha çox minor kriteriyanın tapılması.
Daha çox sol ana karotis arteriya və ya sol subklavian
arteriyalar tutulur,fəqət əgər hər iki subklavian arteriya tutularsa,
diaqnoz üçün iki minor kriteriya yetərlidir.
Medikal müalicə-steroid müalicəsi uyğun deyildir,çünki
steroidlər yara sağalmasını gecikdirir və sepsisə yol aça bilər.
Tıxayıcı və ya anevrizmal xəstəlik medikal müalicəyə baxmayaraq
irəliləyə bilər və patoloji kəskindən yarımkəskin vəziyyətə keçə
bilər.Steroidlər anevrizmaların cırılma riskini artıra bilir.
Uzun müddətli proqnoz simptomların başlanmasından sonra
xəstələrin uzun müddətdə sağ qalma nisbəti 5 illik 91% və 10 illik
84%-dir.Ciddi
hipertenziya,funksional
pozğunluq
və
kardial
zədələnmə ölümün aşkarlayıcısıdır.
İkincili aortanı zədələyən qeyri-infeksiya mənşəli aortitlərin
əmələ gəlməsinə ən çox səbəb autoimmun xəstəliklər hesab edilir.
Buraya aşağıdakıları aid etmək olar:giqant hüceyrəli arteriit,
revmatoidli artrit,polixondrit,Şeqren sindromu,Reyter xəstəliyi,
ankilozlaşdırıcı spondilit,sistemli lyupus,polimialgiya romatika,
Kawasaki xəstəliyi,Kron xəstəliyi,yaralı kolit,sarkoidoz,Behçet
xəstəliyidir.Ən yayılmış olanı isə giqant hüceyrəli arteritdir.
76
Giqant hüceyrəli arterit-orta ölçülü arteriyaları və bəzən aortanı
zədələyən autoimmun xarakterdə bir arteritdir.Aorta divarının iltihabi
qranulomasında histoloji olaraq xəstəliyin adını verən giqant
hüceyrələr vardır.Temporal arteriyaların zədələnməsinə bağlı olaraq
temporal arterit əmələ gəlir.Giqant hüeyrəli arteritin digər iki adı
temporal arterit və Horton xəstəliyidir.Giqant hüceyrəli arterit və
polimialgiya romatika arasında əlaqələr vardır.Bəzən xəstələrdə
giqant hüceyrəli arterit olmadan əvvəl polimialgiya romatika
meydana çıxır.
Histoloji əlamətlərdən intimanın qalınlaşmasıdır. İltihabı hü-
ceyrələr, qranulomalar ilə aorta mediasının infiltrasiyası, multi-
nukleuslu giqant hüceyrələri,epitel hüceyrələri,T-limfositlər, mono-
nuklear limfositlər və fərqli tipdə digər leykositlər intimanın qalın-
laşmasını meydana gətirir.
Xəstələrdə çox vaxt baş ağrısı ilə bərabər görmə pozğunluğu və
səbəbi bilinməyən tempertaur olur. Xəstələrin təxminən 60% - də
temporal nəbzlər olmur. Görmə itkisi çox vaxt optik nevritə bağlıdır.
Alfa 1-antiximotripsin səviyyəsi xəstəliyin aktiv olduğu dövrlərdə
yüksəkdir və 0,7 qr\l - dən aşağı endikdə xəstəlik daha az aktivdir,
steroid müalicəsi azaldıla bilər.
Diaqnoz temporal arteriyanın biopsiyası ilə qoyula bilər. Uzun
müddətli yüksək doza kortikosteroid müalicəsi temporal arteriya
biopsiyasında diaqnoz qoymağı çətinləşdirə bilir.Orbita qan axımının
rəngli doppler araşdırmasında mərkəzi retinal və qısa posterior siliar
arteriya qan axım sürəti azalmışdır və damar müqaviməti artmışdır.
Arterioqrafiya xüsusilə karotid arteriyalar, körpücükaltı arteriyalar və
şaxələrindəki tıxanıqlıqları göstərir. Xətəliyin xroniki dövrlərində
xəstələrin 10%-də aortanın zədələnməsi simptomları ola bilər. Daha
seyrək olaraq abdominal visseral damarlar,vertebral arteriyalar, koro-
nar arteriyalar və karotid arteriyaların intrakranial şaxələri zədələnə
bilir. Aortanın cırılması nadir hallarda olur. Angioqrafiyada aorta
şaxələrindəki zədələnmə Takayasu xəstəliyindən fərqli olaraq daha
distaldadır.
Kəskin dövrdə steroid müalicəsi görmə pozğunluqları və baş
ağrısı ilə birlikdə korluğu qabaqlaya bilir.Xroniki fazadakı aorta
77
yaraları cərrahi olaraq müalicə edilir.Xroniki dövrün kəskin
dövründə aorta toxuması cırılmaya həssasdır.Birincili anevrizmalar
qalxan arotada meydana çıxıb,daha sonra aortanın digər hissələrində
də genişlənmə rast gəlinə bilir.
Revmatoid artritli xəstələrdə aortanın zədələnməsi nadir
hallarda baş verir. Fəqət aorta zədələnmiş olarsa onda,qalxan aorta və
aorta qapaqlarının zədələnməsi baş vermiş olur.Digital yaralar,
digital qanqrena,Reyno fenomeni və mezenteriya qanqrenası tapıla
bilir.
Nuksedən polixondritli xəstələrdə vaskulyar ağırlaşmalar
ölümə səbəb olur.Bu xəstəlikdə zədələnmələr birincili olaraq
qığırdaq toxumasına təsir edir.Xəstəliyin erkən dövrlərində səbəbi
aydın olmayan temperatur,halsızlıq olur.Aortanın hər hansı br
seqmentində anevrizma və diseksiyalar meydana çıxa bilir.
Ankilozlaşdırıcı spondiliti olan xəstələrdə seyrək olaraq aortit
rast gəlinir.Aorta qapaqlarının və qalxan aortanın zədələnməsi
yayılmış halda olur.Çox hallarda aortanın bütün təbəqələrində
iltihabi yaralar inkişaf edir.Periferik arterit, perikardit ilə birlikdə
ürək və aortanın zədələnmələri daha çoxdur.
Behçet xəstəliyi olan xəstələrin ən əsas əlamətləri ağızın
selikli qişasında və genital sahədə ən çox meydana çıxan aftoz
yaraların varlığıdır.Bunlara əlavə olaraq uveit də olur.Xəstəlik
ümumiyyətlə,
20-40
yaşlarında
meydana
çıxır.
Kardial
ağırlaşmalar pankardit,qan axının defektləri,qapaq deformasiyaları,
koronar anevrizmalar ola bilir.Orta ölçülü arteriyalarda izolə
olunmuş anevrizmalar baş verir,nəticədə həmin anevrizmalar
pulmonar damar yatağında hemoptiziyaların yaranmasına səbəb
olur.Behçet xəstəliyi autoimmun köklüdür və bu səbəblə steroid
və ya klorambusil müalicələrinə cavab verir.Behçet xəstələrində
aortada iltihabi anevrizmaların əmələ gəlməsi müşahidə olunduğu
hallarda, cərrahi müalicə standart hesab edilir.Bu xəstələr
ümumiyyətlə, postoperativ trombozislə üz-üzə qalır və venoz və
ya qraft trombozunun qarşısını almaq üçün antikoaqulyant
profilaktikası məsləhət görülür.
78
Polimialgiya romatikalı xəstələrin 10-15%-də aorta zədələnir.
Aortada anevrizma,diseksiya və ya aorta şaxələrinin tıxanması
meydana çıxır.Xəstədə çiyin,boyun və qalça ağrılarına əlavə olaraq
səhərlər oynaqlarda yorğunluq olur.Xəstəliyin vaskulyar simptomları
ortaya çıxdıqdan sonra cərrahi göstəriş olarsa müalicə edilir.
Aortitin ən çox rast gəlinən səbəbləri iri damarların qeyri-
infeksion vaskulitləridir (Giqant hüceyrəli arteriit və Takayasu
xəstəliyi). Bundan başqa aortanın divarlarını müxtəlif növ
bakteriyalar,mikobakteriya və göbələklər infeksiyalaşdıra bilər
(cədvəl 6.).
Mikroorqanizmlərin aortaya keçməsi aşağıdakı yollarla baş tuta
bilər:
Hematogen yolla damardan damara keçmə;
Aorta divarının patoloji dəyişiklikləri zamanı mənfəzdən bila-
vasitə aorta divarına;
Bir sıra törəmələrdən infeksiyanın yayılması;
Aortanın travmatik zədələnmələri;
Septik embollar.
Bakterial və ya göbələk infeksiyaları immunkomplekslərin
əmələ gəlməsi nəticəsində və ya autoimmun mexanizmlərlə qeyri-
infeksion vaskulitlər yaranır. İnfeksion endokarditlə yanaşı olaraq,
bakterial və ya göbələk mənşəli aortit bakteriemiyadan sonra da-
marın çox kiçik bir müqavimət nahiyəsində (məsələn: aterosklerotik
pilək, anevrizma ) inkişaf edir.
Aortit-üçüncülü sifilisin əsasən qalxan aortada meydana çıxan
ürək-damar təzahürüdür. Bununla belə keçən əsrin başlanğıcında ürək-
damar sisteminin sifilitik zədələnməsi nisbi olaraq çox rast gəlinən
xəstəlik idi. Hazırda isə üçüncülü sifilis benzilpenisillin vasitəsilə
tamamilə aradan qaldırılmışdır,belə ki, onun meydana çıxması tibbidə
artıq rast gəlinmir. Buna baxmayaraq üçüncülü sifilisdə yaranan
zədələnmələr immun sistemin pozğunluqları olan xəstələrdə mükəmməl
müalicənin aparılması zamanı da saxlanıla bilər.
Dostları ilə paylaş: |