Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Canlı  təbiətə  təsir  edən  əsas  subyektlər



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə47/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   89
DƏRSLİK

Canlı  təbiətə  təsir  edən  əsas  subyektlər.  Bu 
gün dünyada  bioloji rəngarəngliyin qorunub saxlan-
ması  probleminə  böyük  diqqət  yetirirlər.  Biorənga-
rənglik  (canli  orqanizmlərin  rəngarəngliyi)  mikroor-
qanizmlərin,  bitkilərin,  heyvanların  müxtəlif  növ-
lərindən  və  onların  yaşadığı    ekoloji  sistemlərdən 
ibarətdir.  Bura  həmçinin  genetik  rəngarənglik, 
növlərarasi  rəngarənglik  və  ekosistemlərin    də 
rəngarəngliyi daxildir. 
       Bioloji  rəngarəngliyin  qorunub  saxlanması 
qlobal  ekoloji  problemlərdən  biridir  və  ildə-ilə  daha 
da kəskinləşir. Biorəngarəngliyin katastrofik azalma-
sı  əsas    etibarı  ilə    antropogen    fəaliyyət,  kənd  və 
meşə    təsərrüfatlarının  təbiəttutumlu  inkişafı,  ətraf 
mühitin  çirklənməsi  nəticəsində  yaşayış  mühitinin 
korlanmasından  irəli  gəlir.  Canlı    təbiətə  təsir  edən 
əsas subyektlər arasında aşağıdakı sahələr və fəaliy-
yət  növlərini qeyd etmək olar: 
       aqrar  sahədə  əkinçiliyin  və  maldarlığın  inkişafı, 
yeni 
torpaqlardan 
istifadəyə, 
bataqlıqların 
qurumasına, 
pestisidlərdən 
istifadəyə, 
təbii 
ekosistemlərin otlaqlara çevrilməsinə gətirib çıxarır;               
     balıqların 
intensiv 
ovlanmasına, 
balıq 
ehtiyatlarının  azalmasına,  bir  sıra  balıq  növlərinin 
yox olmasına gətirib çıxarır; 


146 
 
      meşə 
təsərrüfatının 
inkişafı 
meşələrin 
qırılmasına,  böyük  ərazilərdə  biorəngarəngliyin 
itirilməsinə,  oduncağın  daşınması  üçün  yolların  və 
meşə  emaledici  müəssisələrinin  tikintisinə  gətirib 
çıxarır; 
      infrastruktur  və  nəqliyyat  sektorunun    artması  
yeni    yolların,  aeroportların,  limanların,  kanalların 
genişlənməsi  və  tikintisini  nəzərdə  tutur  ki,  bu  da 
ekosistemlərə  yükün    artması,  növlərin  itməsi  və 
antropogen təsirin çoxalmasına gətirib çıxarır; 
       energetika sektorunda SES-lər ekosistemlərin və 
heyvanların 
yaşayış 
yerlərinin 
dəyişməsində, 
çayların  yerlərinin  və  məcrasının  dəyişməsinə,  neft 
və  qaz  hasilatı  torpaqların  itirilməsinə    neft 
borularının  və  paylaşdırıcı  stansiyaların  tikintisinə 
gətirib çıxarır; 
     şəhərsalma    və  turizm    məhdud  ərazilərdə  canlı 
təbiətə yükün kəskin artmasına gətirib çıxarır. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin