Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Qoruqlar, milli parklar və yasaqlıqla-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə46/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   89
DƏRSLİK

 
2.7.  Qoruqlar, milli parklar və yasaqlıqla-
rın  iqtisadi  əhəmiyyəti  və  onların 
təbiətin mühafizəsində rolu. 
 
          Bioloji  müxtəliflik  və  onun  əhəmiyyəti.  Bu 
gün  dünyada    bioloji  müxtəlifliyin  qorunub  saxlan-
ması  probleminə  böyük  diqqət  yetirirlər.  Biorənga-
rənglik  (canlı  orqanizmlərin  rəngarəngliyi)  mikroor-
qanizmlərin,  bitkilərin,  heyvanların  müxtəlif  növ-
lərindən  və  onların  yaşadığı    ekoloji  sistemlərdən 
ibarətdir. Bura həmçinin genetik müxtəliflik, növlər-
arasi  müxtəliflik  və  ekosistemlərin    də  müxtəlifliyi 
daxildir. 
Bioloji  rəngarəngliyin  qorunub  saxlanması 
qlobal ekoloji problemlərdən biridir və ildən-ilə daha 
da kəskinləşir. Biorəngarəngliyin katastrofik azalma-
sı əsas  etibarı ilə  antropogen  fəaliyyət, kənd və me-
şə    təsərrüfatlarının  təbiəttutumlu  inkişafı,  ətraf 
mühitin  çirklənməsi  nəticəsində  yaşayış  mühitinin 
korlanmasından irəli gəlir.  
          Biorəngarəngliyin  qorunması    və  istifadəsi 
insanların  kənd  təsərrüfatı  məhsullarına,  dərman 
preparatlarına, estetik xidmətlərə  və s.  olan tələbat-
larını  ödəmək üçün əhəmiyyət kəsb edir. 
          Biomüxtəlifliyin qorunub saxlanmasında xüsu-
si qorunan ərazilərin yaradılması və fəaliyyət göstər-
məsi    mühüm  əhəmiyyət  kəsb  edir.  Xüsusi  qorunan 


145 
 
ərazilərə:  dövlət  qoruqlarını,  milli  parkları,  təbiət 
parkları, botanika bağları, təbiət abidələrini, müalicə-
istirahət ərazilərini və kurortları aid etmək olar. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin