Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Şəkil 12. Ərzaq təhlükəsizlik modelinin



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə78/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   89
DƏRSLİK

Şəkil 12. Ərzaq təhlükəsizlik modelinin 
formalaşması. 
 
"Ərzaq  təhlükəsizlik"  modelindən  aydın  olur 
ki,  ərzaq  məhsulları  istehsal  edən  müəssisələr  ilk 
növbədə  bazarın  tələblərinə  uyğun  məhsullar  isteh-
salını  həyata  keçirməlidirlər.  Burada  ərzaq  məhsul-
ları  istehsalı  bolluğu  eyni  zamanda  satış  bazarının 
təhlükəsizliyini  təmin  etmək  üçün  şərait  yaradır. 
Digər tərəfdən xarici bazar istehlakçılarının tələbatını 
təmin  etməklə  hər  iki  bazarın  təhlükəsizliyini  təmin 
etmiş olur. 
Ərzaq təhlükəsizliyinin əsas istiqaməti ölkənin 
milli  təhlükəsizliyinin  prioritet  sahələrindən  sayılır. 
Ümumiyyətlə,  dövlət  siyasətinin  müvəffəqiyyətlə 
fəaliyyətinə  xidmət  etməklə  iqtisadi  amillərin  təsiri 
altında  formalaşır.  Dövlətin  ərzaq  təhlükəsizliyinin 
təmin  edilməsi  istehlak  xarakterli  təsərrüfat  sahə-
lərinin inkişafının vəziyyətindən daha çox asılıdır. 
İnkişaf  etmiş  ölkələrdə  ərzaq  təhlükəsizliyi 
nəinki  daxili  iqtisadi  siyasətə,  eləcə  də  ölkədə  iqti-
sadi  sahədə  artımın  yüksəlməsində,  ölkə  daxilində 
siyasi  sabitliyin  formalaşmasında  və  beynəlxalq 
səviyyədə  dövlətin  istehlak  bazarında  tanınmasında 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  ölkələr  özlərinin 
strateji  əhəmiyyət  kəsb  edən  ərzaq  məhsulları 
sahəsində öz maraqlarını qorumaq məqsədi ilə xarici 
təsirlərə  daha  çox  davamlılıq  nümayiş  etdirirlər. 


207 
 
Ölkənin  strateji  ərzaq  təhlükəsizliyinin  təmin  edil-
məsinə  yönədilmiş  dövlətin  ərzaq  təminatı  siyasəti 
müxtəlif ticarət formaları, ərzaq məhsullarının müəy-
yən  qruplarına  taarif  məhdudiyyətlərinin  tətbiqi, 
qiymət  siyasəti,  həmçinin  ərzaq  yardımlarının  gös-
tərilməsi  yolu  ilə  reallaşır.  Bununla  yanaşı  beynəl-
xalq səviyyədə ərzaq təhlükəsizliyi probleminə ABŞ, 
Yaponiya,  Avropa  Birliyi  ölkələrinin  xüsusi  qurum-
ları və təşkilatları tərəfindən  xüsusi fikir verilir. 
Təcrübə  göstərir  ki,  ərzaq  təhlükəsizliyi 
sahəsində inkişaf  etmiş  ölkələrdə  siyasi  cəhətdən iki 
mühüm 
amilin 
tətbiqi 
ilə 
şərtlənir.                                               
Birinci  amil  ərzaq  məhsulları  istehsalında  mühüm 
əhəmiyyət  kəsb  edən  aqrar  sənaye  kompleksinin 
inkişafında  müasir  klassik  model  hesab  edilir.  Bu 
əsasən 
interval 
meyllərin 
gücləndirilməsinə 
əsaslanan  ən  çox  ABŞ,  Fransa,  Böyük  Britaniyanın 
və  digər  inkişaf  etmiş  ölkələrin  aqrar  iqtisadi 
sahələrində 
tətbiq 
olunur.                                     
İkinci  amil  isə  kənd  təssərüfatında  proteksionist 
siyasətin  reallaşdırılması  ilə  səciyyələnir  və  xüsusi 
ilə Kanada, Avropa Birliyi ölkələrində tətbiq olunur. 
Bu  ölkələrdə  innovasiya  siyasəti  aqrar  sektorda 
müasir  texnologiyaların  tətbiqi,  elmi  texniki 
tərəqqinin  (ETT)  nailiyyətlərinin  tətbiqinə  əsaslanır. 
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, daxili və 
xarici  bazarlarda  ölkənin  milli  maraqlarının 
qorunmasına  yönəmlik  iqtisadi,  o  cümlədən  aqrar 
sahədə, 
həmçinin 
yeyinti 
sənayesinin 
bütün 


208 
 
sahələrində 
ərzaq 
təhlükəsizliyinin 
dayanıqlı 
inkişafından əhəmiyyətli dərəcədə  asılıdır. 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin