Xüsusi qorunan ərazilər və onların əhəmiy- yəti. Dövlət qoruqları xüsusi qorunan ərazilərin ən
sərt qorunan növüdür. Bu ərazilərdə təsərrüfat ilə
məşğul olmaq qəti qadağandır.
Milli parklarekoloji, tarixi və estetik əhəmiy-
yətə malik təbii kompleks və obyektlərdən ibarət
ərazilərdir. Onlar təbiətqoruyucu, elmi, təhsil, mədə-
ni məqsədlər üçün nəzərdə tutulur və bu sahələrdə
təşkil olunmuş turizmə icazə verilir.
Təbiət abidələriekoloji, mədəni cəhətdən əvəz
olunmaz, unikal təbiət kompleksləri və həmçinin
təbii və süni mənşəli obyektlərdir.
Təbiət parklarıekoloji və estetik əhəmiyyətə
malik təbiətqoruyucu, rekreasiya təsisatlarıdır.
Botanika bağları və dendroloji parklar elmi
və mədəni məqsədlər üçün istifadə olunan xüsusi
qorunan ərazilərdən ibarətdir.