inkiĢaf etdirilməsi.
inkiĢafı üçün artikulyasiya çalıĢmalarının aparılması.
43
a) Düzgün olmayan səs tələffüzünü aradan qaldırmaq.
b) UĢaqlarda artikulyasiyaya görə eyni və ya səslənməsinə görə
oxĢar səslərin tələffüzünü diferen-siallaĢdırma bacarığını inkiĢaf
etdirmək.
V) UĢaqların müstəqil nitqinin müxtəlif növlərinin tələffüz
bacarığı vərdiĢlərinin formalaĢdırılması.
Beləliklə də, uĢaqlarda səs tələffüzü qüsurlarının düzəldilməsi
səslərin qoyuluĢu və avtomatlaĢdırılması ilə eyni zamanda fonematik
qavramanın inkiĢafını da özündə birləĢdirir. Tam, düzgün
qavranılmayan fonem, düz tələffüz edilməyəcək və digər səslərdən
fərqləndirilməyəcəkdir. Fonematik qavramanın inkiĢaf etdirilməsi
loqopedik iĢin elə ilk mərhələlərindən baĢlayıb, oyun formasında frontal
yarım-qrup və fərdi məĢğələlərdə keçirilir.
Göstərmək lazımdır ki, bu iĢ danıĢıq səslərindən fərqli olaraq adi
səslər üzərində aparılır. sonra isə ana dili səsləri sisteminə daxil olan
nitq səsləri üzərində keçirilir.
Bununla paralel olaraq, uĢaqlarda eĢitmə diqqəti və yaddaĢı
üzərində də məqsədyönlü iĢ aparılır. Bu fonematik qavramanın daha da
yaxĢı inkiĢafı üçün çox əhəmiyyətlidir. Belə ki, bəzən uĢaqlar onları
əhatə edənlərin nitqini yaxĢı qavarmadıqlarından düzgün səs tələffüzünə
yiyələnə bilmirlər.
Loqopedik məĢğələlər zamanı uĢaq ən əvvəl öz nitqinə nəzarət
etmək bacarığı qazanmaq və onu əhatəsində olan-ların nitqi ilə
müqayisə edib düzəltmək vərdiĢinə yiyələn-məlidir.
Məlumat üçün göstərmək lazımdır ki, uĢaqlarda fonemləri
diferensiasiya etmək bacarığını inkiĢaf etdirmək üçün loqopedik iĢ Ģərti
olaraq 6 mərhələyə ayrılır:
I mərhələ – qeyri-müəyyən nitq səslərinin alınması.
II mərhələ – eyni materialı əsasında səsin gücü, hündürlüyü,
tembrini sözlərdə, söz birləĢmə və cümlələrdə fərqləndirilməsi:
III mərhələ–yazının səs tərkibinə görə sözlərin fərqləndirilməsi.
IV mərhələ – hecaların differensiasiyası.
V mərhələ – fonemlərin differensiasiyası.
VI mərhələ – sadə səs təhlili vərdiĢlərinin inkiĢafı.
Dostları ilə paylaş: