etməlidirlər. Bu, ən müxtəlif üsullarla həyata keçirilə bilər. Məsələn,
135
üzərində uĢaqların adları yazılan yarlıklardan istifadə etməklə,
müəllimlər bunu həyata keçirə bilərlər. Müəllimlər Ģifahi nitqi yaxĢı
olan uĢaqları, Ģifahi nitqi bir az zəif olan uĢaqlarla yanaĢı əyləĢdirməklə,
necə deyərlər, onların dilini aça bilər. UĢaqların bəziləri digər uĢaqlara
yardımçı olmaqdan ləzzət alırlar. Digərləri isə, baĢqa uĢaqlara
bənzəməyi xoĢlayırlar.
Müəllimlər uĢaqları kiçik qrup üçün nəzərdə tutulan fəaliyyət
növü üzrə qruplaĢdıranda, bu Ģəxsi keyfiyyətlərə fikir verməlidirlər.
Müəllimlər uĢaqların biri digərinə çox diqqətlə yanaĢdıqları fəaliyyət
növlərini təklif etməklə, onların arasındakı dostluğu möhkəmləndirə
bilərlər. Dərnəkdə məĢğələnin keçirildiyi zaman tipik xüsusiyyətli
uĢaqlar təkcə oyun zamanı müəyyən bir məkanı seçməklə deyil, həm də
digər uĢaqları ona qoĢulmağa dəvət etməklə həvəsləndirilə bilərlər. Belə
bir həvəsləndirmə metodu seçim etməkdə çətinlik çəkən, yaxud
müstəqil Ģəkildə oynamağa təĢəbbüs göstərməyən uĢaqlar üçün çox
xeyirlidir. Qüsurlu uĢaqlar öz tay-tuĢlarına əllərindən gələn köməyi
etmək imkanına malik olmalıdırlar. Bəzi qüsurlu uĢaqlar xüsusi bir
sahədə, məsələn görmə baxımından güclü ola bilərlər. Nəticə etibarilə
onlar bir yerdə çətin suallar verməkdə uğur qazana bilərlər.
AydınlaĢdırma zamanı müəllim bu uĢağa yanaĢı oturduğu uĢağın həmin
çətin
məsələni
tamamlayıb-tamamlamadığını
bilmək
imkanı
yaratmalıdır. Mümkün olan bütün hallarda müəllim uĢaqlara elə bir
imkan yaratmalıdıdır ki, onlar sual meydana çıxdıqda, bunu yaĢlı
Ģəxslərdən yox, öz tay-tuĢlarından soruĢsunlar.
Qeyri-ənənəvi qrup fəaliyyətindən istifadə olunması, uĢaqlar
arasında ictimai ünsiyyəti yaratmağın yollarından biridir. Musiqiyə
qulaq asdıqları zaman, məsələn qüsurlu uĢaqlar tipik uĢaqlarla yanaĢı
otuzdurulmalıdır. Bu uĢaq cütləri musiqiyə qulaq asdıqda, bütün
hərəkətələri bir yerdə etməlidirlər. Belə bir strategiya yaĢlılardan yox,
məhz öz tay-tuĢundan kömək uman uĢaqlar üçün xeyirdir. Bu, həm də
oyuna qoĢulmağa ürək etməyən passiv uĢaqlara impuls verəcəkdir.
Qrupdakı bu və ya digər vərdiĢlərin aĢılanması prosesi (a) sosial
münasibətlərin stimullaĢdırılması sahəsində təminat yaradır, (b) uĢaqlara
ən müxtəlif vəziyyətlərdə ictimai davranıĢ normalarını öyrədir və (v)
sinifdə aparılan fərdi fərqlər və dostluğun əhəmiyyəti mövzusunda
aparılan müzakirə üçün, əlveriĢli mühit yaradır.
Dostları ilə paylaş: