Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Hobbs  /1588-1679/  da  ingilis  royalistlərinin  tərəfində  idi. 
İngilis burjuaziyasının ideologiyası ilə bağlı olan T.Hobbsda 
F.Bekonun  dərinliyi  və  humanizmi  yox  idi.  İngilis 
cəmiyyətini  diqqətlə  təhlil  edən,  burjua  münasibətlərinin 
sürətli  inkişafını,  ictimai  ziddiyyətlərin  kəskinləşməsini 
bütün aydınlığı ilə görən Hobbs İngiltərə hakim dairələrinin 
təəssübkeş müdafiəçisi üsyana qalxmış xalqın düşməni kimi 
hərəkət  edir.  O,  xalqı  "qüdrətli,  lakin  şər  təbiətli  bir  gənc" 
sayır. 
40-cı  illərin  inqilabi  mübarizələr  dövründə  onun 
möhkəm hakimiyyətə, monarxiya quruluşuna rəğbəti daha da 
artır. 
Ədəbi-estetik 
görüşlərində 
Hobbs 
klassisizm 
mövqelərində  durur,  incəsənətin  vəzifəsini  silki  quruluşun 
sarsılmazlığını tərənnüm etməkdə görürdü. 
Bu  dövrün  kralpərəst  ədəbiyyatının  ən  səciyyəvi 

Afaq Yusifli İshaqlı 
 
 
98 
nümunəsi  kimi  Con  Qodenin  "Kralın  surəti"  əsərini 
göstərmək  olar.  XVII  əsrin  mürtəce  siyasi  romanı  olan  bu 
əsərdə inqilabın edam etdiyi I Karl tərənnüm edilir, o, şəhid 
kimi  göstərilir.  Bir  tərəfdən  dini  mənqəbələrə  və  nəzakətli 
romanlara  yaxın  olan  bu  əsər,  həm  də  XVI-XVII  əsrlərin 
epopeyaları ilə səslənirdi. Burada təkcə kral I Karl yox, həm 
də onun təmsil etdiyi quruluş idealizə olunur. 
İnqilabın  ideallarına  bağlı  olan  publisist  və  şairlər 
daha  çox  idilər,  onlar  öz  düşmənlərindən  daha  artıq 
qətiyyətlə hərəkət edirdilər. Bu dövrdə kalvinist publisistika 
daha  çox  fəallıq  göstərir,  ingilis  xalqını  mütləqiyyətə  qarşı 
mübarizəyə  çağıran  moizəçi  və  natiqlər  bibliya  üslubunda 
yazılmış broşürlar və nitqlərlə çıxış edirlər.  
Parlamentin,  inqilabın  işini  müdafiə  edən  qəzetlər 
ətrafında  toplaşan  bir  sıra  istedadlı  jurnalistlər  oldu,  kəskin 
publisist 
yazıları  ilə  respublikaya,  inqilaba  xidmət 
göstərirdilər.  Bunların  arasında  Uoker  xüsusilə  seçilirdi. 
Dəmir məmulatı alverçisi olan Uoker qalxmış şəhərin əhval-
ruhiyyəsini  əks  etdirən  yazılarda  meydanlarda,  əsgər 
yığıncaqlarında  işlənən  dildən  istifadə  etmişdir,  xalqın 
işlətdiyi  narahat,  döyüşkən  ifadələri  mətbuata  gətirmişdir. 
İngiltərə və Amerikada burjua ədəbiyyatşünasları Uokeri indi 
də  həzm  edə  bilmir,  onu  istehza  ilə  "sarı"  Uoker  adlandırır, 
savadsız olması barədə əfsanələr uydururlar. 
Bu  dövrün  istedadlı  şairlərindən  olan  Endrü  Marver 
və  Mörc  Uizer  royalist  /kral  hakimiyyəti  tərəfdarı/  olan 
sənətkarların əksinə olaraq respublika işinə xidmət edirdilər. 
Lakin  Marver  Kromveli  həm  "general",  həm  də  lord-
protektor  kimi  tərənnüm  edəndə,  onun  şücaəti,  müdrikliyi, 
insaniliyi  ilə  fəxr  edəndə,  əlbəttə,  yanılırdı.  Bir  odasında 
Kromveli  vəsf  edən  Marver  Kromvelin  diktatorluq 
hərəkətlərindən  narazı  qalan  respublikaçıları  da  tənqid 
etməkdən  çəkinmir.  O,  Kromvelə  güclü  bir  burjua  mütləq 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
99 
hakimi  kimi  heyranlıqla  yanaşır.  Kromvelə  belə  bir 
münasibət  baxımından  C.Drayden  və  bir  sıra  başqa 
sənətkarlar da onunla həmkar idilər. Burada onların mövqeyi 
ilə  royalist  şair  və  dramaturq  Uilyam  Davenantın  mövqeyi 
bir-birinə çox yaxınlaşırdı. Onu da qeyd edək ki, 1656-cı ildə 
Davenantın təşəbbüsü ilə on beş illik fasilədən sonra ingilis 
teatrı yenidən işə başlayır. Davenantın "Rodosun mühasirəsi" 
adlı  qəhrəmanlıq  pyesi  ilə  açılan  ingilis  teatrı  intibah 
dövrünün  humanist  teatr  ənənələri  ilə  əlaqəni  birdən-birə 
bərpa  edə  bilməsə  də,  onun  açılması,  fəaliyyətə  başlaması 
mütərəqqi bir addım idi. 
XVII  əsrin  40-50-ci  illərində  Kromvelə  qarşı  çıxış 
edən  demokratik  müxalifət  cəbhəsi  də  çox  güclü  idi. 
Görkəmli  publisist  Con  Lilbern,  kəskin  pamfletlər  ustası 
Cerard Uinstenli və xüsusən Con Milton bu cəhətdən diqqəti 
cəlb edir. Onlar müxtəlif partiya və qrupları təmsil etsələr də, 
feodal  mütləqiyyətinə  düşmən  münasibət,  mütləqiyyəti 
inqilabi yolla ləğv etmək zərurətini anlamaq, feodalizmin və 
onun  tərəfdarlarının  məğlubiyyətinə  inam  onları  eyni 
cəbhənin adamları kimi birləşdirirdi. Onlar hər üçü 40-50-ci 
illərin mürtəce ədəbiyyat və publisistikasına qarşı barışmaz, 
düşmən mövqedə dayanırdılar. 
 
 
 
 
BƏRPA İLLƏRİNDƏ /1660-1688/ 
İNGİLİS ƏDƏBİYYATI 
 
1660-cı ildə İngiltərədə mütləqiyyətin bərpa edilməsi 
təsadüfi olmayıb respublikanın son illərində yaranan şəraitin 
qanunauyğun  nəticəsi  idi.  Kromvelin  ölümündən  sonra 
burjuaziyanın  və  yeni  dvoryanlığın  liderləri  arasında 

Afaq Yusifli İshaqlı 
 
 
100 
hakimiyyət  uğrunda  didişmələr  və  royalistlərin  fəallaşması 
Stüartlar  sülaləsinin  bərpa  olunmasına  və  II  Karlın 
hakimiyyət  başına  gəlməsinə  səbəb  oldu.  Bərpa  əsl  inqilabi 
qüvvələrə  qarşı  royalist  terrorunun  başlanmasına  gətirib 
çıxardı.  Royalist  mühacirlər  və  onlarla  həmrəy  olan 
prisviterianlar  xoşları  gəlməyən  qüvvələrə  amansız  divan 
tutmağa başladılar. 
Bərpa  olunmuş  mütləqiyyətlə  burjuaziya  və  yeni 
dvoryanlığın  münasibətləri  də  o  qədər  mehriban  və  səmimi 
deyildi.  Feodal  zadəgan  dairələr  və  burjuaziya  parlamentin 
zəiflədilməsi,  kral  hakimiyyətinin  möhkəmləndirilməsinə 
çalışırdılar.  Xalq  kütlələrinin  get-gedə  artan  narazılığına 
əsaslanın  müxalifət  qüvvələrinin  hərəkatı  da  güclənirdi. 
Müxalifət  qüvvələri  Stüartların  xarici  siyasətindəki 
uğursuzluqlardan,  onların  fransız  mütləqiyyətindən  asılı 
düşməsi faktından məharətlə istifadə edirdilər. 
Bərpa  edilmiş  mütləqiyyət  əleyhinə  mübarizə  döv-
ründə  tori  və  viqi  siyasi  adları  meydana  çıxır.  Torilər  iri 
torpaq  sahiblərinin  partiyası  idi,  onlar  bərpa  olunmuş 
mütləqiyyəti  müdafiə  edir,  parlamentin  zəifləməsinə 
çalışırdılar.  Viqilər  burjuaziyanın  və  yeni  dvoryanlığın 
mənafeyini ifadə edir, II Yakova qarşı çıxırdılar. 80-ci illərin 
axırında  II  Yakov  torilərin  və  fransız  sarayının  köməyinə 
arxalanaraq  İngiltərədə  katolikliyin    möhkəmlənməsinə 
gətirib çıxara biləcək bir sıra tədbirlə həyata keçirmək istəyir. 
Burjuaziyanın  və  yeni  dvoryanlığın  mənafeyinə  toxunan  bu 
tədbirlə  geniş  xalq  kütlələrinin  narazılığına  və  narahatlığına 
səbəb  oldu.  Ölkədə  inqilabi  yüksəlişin  mümkünlüyü  real 
şəkil alır. Tori və viqilər belə bir vəziyyət qarşısında qalaraq 
sazişə  gəlir  və  saray  çevrilişi  edirlər.  Yakov  taxtan  salınıb, 
onun  yerinə  kürəkəni  Vilhelm  Oranlı  taxta  çıxarılır.  1688-
1689-cu  illərdə  baş  verən  bu  hadisələrdə  əslində  bir-birilə 
döyüşən  hakim  siniflər  xalq  kütlələri  üzərinə  birgə  hücuma 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
101 
keçmək üçün razılığa gəlirlər. 
1660-cı  ildən  başlayaraq  saray  mühiti  və  feodal 
zadəgan dairələri tərəfindən himayə olunan bir sıra mürtəce 
şair 
və 
yazıçılar 
ədəbi 
vasitələrlə 
mütləqiyyətin 
möhkəmlənməsinə  çalışırlar.  Con  Roçester,  Çarlz  Bakherst, 
Yentvort  Roskommon  və  Corc  Eterec  bu  dövrün  saray 
zadəgan ədəbiyyatının ən tanınmış nümayəndələri idi. 
Onu  da  qeyd  edək  ki,  mütləqiyyətin  bərpası  İngil-
tərədə burjua münasibətlərinin inkişafına zadəganlığı, özü də 
get-gedə  daha  artıq  kapitalistləşir,  Hobbsun  şərh  etdiyi  kimi 
hakim 
dairələrin  varlanması  və  xalq  kütlələrinin 
əzişdirilməsi  elminə  daha  dərindən  yiyələnirdilər.  Şair  və 
dramaturqların 
əsərlərində 
zadəgan 
qəhrəmanlığının 
tərənnümü geniş vüsət aldı. 
CON  DRAYDEN  /1631-1700/.  Drayden  şair, 
dramaturq,  tənqidçi  və  nəzəriyyəçi  kimi  tanınır.  Onun 
yaradıcılığında  klassisizmə  məxsus  cizgilər  daha  güclüdür. 
Bununla  bərabər  keçid  dövründə  yaşamış  bir  sənətkar  kimi, 
o,  intibah  dövrünün  və  manyerizmin  nailiyyətlərindən 
qidalanır,  onların  uğurlarından  istifadə  etməyə  çalışır,  dildə 
əzəmətli  obrazlılıqla  danışıq  dili  xüsusiyyətlərini  birləşdirir, 
qafiyəsiz, ağ şeiri qoşa qafiyəli misralarla əvəz edir. 
Kembric Universitetində oxumuş və Bərpa dövrünün 
məddah  dramaturqu  kimi  tanınmışdır.  1659-ci  ildə 
Kromvelin  ölümü  münasibətilə  göz  yaşı  tökən  şair 
/"Qəhrəmanlıq  stansları"/ "Yenidən  çıxan  ulduz" odası  ilə  II 
Karlın  Londona  qayıtmasını  alqışlamışdır.  Bərpa  illərində 
Drayden  ilk  ingilis  laureat  şairi,  ilk  saray  dramaturqu  və 
rəsmi tarixçi olur. 1688-ci ildə Hannover sülaləsi hakimiyyət 
başına  gələndə  Drayden  onları  tanımaqdan  imtina  etmiş, 
həyatın son on ilini ehtiyac içərisində keçirmişdir. 
Draydenin  poeziyası  oynaqlığı  və  zərifliyi  ilə  seçilir. 
İngilis  şeirinə  o  vaxta  qədər  görünməmiş  bir  çeviklik  və 

Afaq Yusifli İshaqlı 
 
 
102 
ifadəlik  gətirən  şair  "Mak-Flekno"  kimi  satirik  poema 
yaradır,  "Avesslom  və  Axi-Tüfeyl",  "Maral  və  Bəbir"  adlı 
məddah  poemalar  və  bir  çox  başqa  poetik  əsərlər  yazır. 
Lakin  Drayden  60-70-ci  illərin  ingilis  ədəbiyyatında  daha 
çox məhsuldar bir dramaturq kimi tanınır. 
Con  Drayden  zadəgan  dairələrinin  sənətə  baxışı 
əsasında  yeni  tipli  tamaşa  növü  yaratmağa  çalışmış  və 
"qəhrəmanlıq  dramı"  deyilən  bir  janr  yaratmışdır.  Bu  haqda 
nəzəri  görüşlərini  o,  "Qranadanın  mühasirəsi"  əsərinə 
yazdığı "qəhrəmanlıq dramı haqqında təcrübə" adlı önsözdə 
şərh etmişdir. 
XVII  əsr  fransız  teatrının  ənənələrindən  bəhrələnən 
dramaturq  "qəhrəmanlıq  dramı"    janrına  "qəhrəmanlıq 
poemalarının miniatür formada təqlidi" kimi baxmışdır. Ona 
görə  də  onda  hərəkətdən  çox,  deklamasiyaçılıq  özünü 
göstərir.  İngilis  teatrının  ənənələrinə  yad  olan  "qəhrəmanlıq 
dramı" Draydenin dövründə hay-küylü bir şöhrət qazansa da, 
yaşaya  bilmədi.  Sünilik  və  zahiri  təmtəraq  dramaturqun 
işlədiyi  ciddi  və  əhəmiyyətli  mövzuların  lazımi  səviyyədə 
işlənilməsinə  imkan  vermirdi.  O,  gah  Amerika  hindularının 
ispanlar tərəfindən qırılmasından /"Hind imperatoru", 1668/, 
Qərbi  Avropa  feodalizminin  hücumları  qarşısında  dağılan 
qədim dövlətlərin yaranmasından /Aurəng-Zibi, 1676/ söhbət 
açır,  lakin  toxunduğu  mövzulara,  hadisələrin  mahiyyətinə 
nüfuz  etməyə  cəhd  göstərə  bilmir,  buna  təşəbbüs  də 
göstərmirdi.  Əslində  onun  Qərb,  Şərq  və  antik  adlar  və 
libaslar  altında  göstərilən  qəhrəmanları  nəzakətli  zadəganlar 
idilər. Draydenin qəhrəmanı çox vaxt şöhrət, şəhvət və var-
dövlət haqqında düşünürdü. Onun pyeslərinin qəhrəmanları, 
bir  növ,  idealizə  edilmiş  kübar  xanımlar  və  ağalardır.  Dray-
denin  əsərlərinin  təmtəraqlı,  saxta  patetikaya  əsaslanan  dili 
bu cəhəti bir daha təsdiq edir. 
XVII  əsrin  kosmopolit  saray  mədəniyyətinə  mən-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
103 
subluğunu  Drayden  əsərlərinin  mövzuları  ilə  də  nəzərə 
çatdırır.  O,  dram  və  poemalarının  mövzusunu  əksər  halda 
ingilis  həyatından  götürmür,  onların  forma  və  süjetində  də 
milli həyatdan qaçmağa çalışır. 
Bokaççodan, Ovididən, Horatsidən etdiyi tərcümələr, 
bir  sıra  mənzum  satiraları  Draydenin  yüksək  istedada  malik 
bir  sənətkar  olduğunu  göstərir.  Lakin  o,  hakim  dairələrinin 
nökərinə çevrilib öz istedadını məhv etmişdir. 
Bərpa  dövrünün  komediyalarında  ingilis  gerçəkliyi 
daha  geniş  və  nasiranə  bir  tərzdə  əks  etdirilmişdir.  Burada 
şəhər və kəndin, burjua və zadəgan dairələrinin kübar həyatı 
gülünc, kobud, xoşagəlməz səhnələrlə canlandırılmış, onların 
əxlaq düşkünlüyü və abırsızlığı göstərilmişdir. 
 
UİLYAM  UİÇERLİ  /1642-1716/.  Bərpa  dövrünün 
ingilis komediyasının ən tanınmış nümayəndəsi U.Uiçerlidir. 
Onun  komediyalarının  qəhrəmanı  soyuq,  abırsız,  xudbin, 
ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır. 
Dvoryan,  yaxud  iri  burjua  dairələrinə  mənsub  olmasından 
asılı  olmayaraq  o,  ikrahedici,  alçaq,  əxlaqsız  bir  varlıqdır. 
Dramaturqun  "Kənd  arvadı"  adlı  komediyası  bu  baxımdan 
səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-
da  keçirdiyi  sevgi  macəralarından  doyan  qəhrəman  kəndə 
gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya 
kobud,  açıq-saçıq  səhnələrlə  doludur.  Dramaturq  belə 
yüngül,  sənətə  zidd  bir  yolla  tamaşaçıların  diqqətini  cəlb 
etməyə çalışır. 
Bərpa  dövrünün  ingilis  komediyası  bir  qayda  olaraq 
aşiqanə  məzmun  daşıyır,  lakin  burada  insan  hissləri  son 
dərəcə  bayağılaşdırılır.  Guya  insana  materialistcəsinə 
yanaşan  yazıçılar  əslində  insanı  məhv  edirdilər.  Müasir 
ingilis  kübar  cəmiyyətinin  eybəcərliklərini  onlar  yanlış 
olaraq bütün  ingilis  xalqına  şamil  edirdilər.  Bununla  yanaşı, 

Afaq Yusifli İshaqlı 
 
 
104 
70-80-ci  illərin  ingilis  komediyasının  uğurlarını  da  inkar 
etmək olmaz. 
İngilis  teatrının  və  bütövlükdə  ingilis  ədəbiyyatının 
inkişafında  mühüm  hadisə  olan  bərpa  dövrü  komediyası 
ingilis  gerçəkliyinin  rəngarəng  tiplər  qalereyasını  yaradır, 
hakim  dairələrinin  mənəvi  yoxsulluğunu,  əxlaqsızlığını,  pul 
hərisliyini  açıb  göstərirdi.  XVII  əsr  komediyası  ingilis 
ədəbiyyatında  satirik  meyllərin  güclənməsinə  güclü  təkan 
vermiş  və  XVIII  əsrin  maarifçi  realist  ədəbiyyatı  üçün 
səmərəli nümunələr yaratmışdır. 
 
CON  BENYAN  /1628-1688/.  XVII  əsrin  60-70-ci 
illərində  feodal  mütləqiyyət  irticasına  qarşı  ümumxalq 
narazılığı  C.Benyan  və  Milton  kimi  sənətkarların  yaradı-
cılığında  öz  əksini  tapmışdır.  Con  Benyan  yoxsul  kəndli 
ailəsində doğulmuşdur. Çox gənc yaşlarından qazanc xatirinə 
əsgərliyə getmiş və vətəndaş müharibəsində iştirak etmişdir. 
1649-cu  ildə  Benyan  hərbi  qulluğu  atıb  qalayçılıqla  dolanır. 
Sonralar  isə  o,  çoxsaylı  təriqətlərdən  birinin  üzvü  və 
moizəçisi  olur.  Bərpa  dövründə  onu  mütləqiyyətə  qarşı 
apardığı  moizəçilik  fəaliyyətinə  görə  tutub  həbs  edirlər. 
Həbsxanada  qaldığı  on  iki  il  müddətində  o  öz  gələcək 
moizələrini  yazmaq  qərarına  gəlir.  Azadlığa  çıxan  kimi 
Benyan yenidən öz moizəçilik fəaliyyətinə başlayır, üç ildən 
sonra yenə həbs olunur, lakin bu dəfə ancaq yarım il həbsdə 
qalır.  Rəvayətə  görə,  elə  bu  vaxtlar  "Ziyarətçinin  yolu" 
povestini yazmağa girişir. 
1678-ci ildə nəşr edilən bu kitabın qiyməti ondadır ki, 
burada XVII əsr ingilis cəmiyyətinin geniş tənqidi mənzərəsi 
canlandırılır. Müəllif xüsusi mənalar daşıyan alleqorik adlar 
altında  ingilis  gerçəkliyinin  real  insan  tiplərini  göstərir. 
Cənab  Boşboğaz,  Azinamlı,  Dağılmışabad  Sadiq,  Ümidkar, 
həyatanlar  kimi  adlar  yazıçının  ayrı-ayrı  surətlərinə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
105 
tendensiyalı  münasibətini  aydın  nəzərə  çatdırır.  Əsərin 
qəhrəmanı  xristian,  onun  ailəsi,  dostları,  müəllimi 
Evangeliyaçı,  onun  daimi  yol  yoldaşları  olan  Sadiq  və 
Ümidkar  Bərpa  tərəfdarlarına  düşmən  mövqedə  dayanan 
adamlardır. Yazıçı Bərpa edilmiş mütləqiyyətin tərəfdarlarını 
acgöz, qorxaq, nadan, cəllad, qəddar adamlar kimi göstərir. 
Povestdə  Şöhrətpərəstlik  şəhəri,  onun  mərkəzindəki 
hay-küylü  Şöhrətpərəstlik  yarmarkası,  İngiltərə  hakim 
dairələrinin burada hərəkət edən nümayəndələrini xüsusi bir 
əyanilik  və  canlılıqla  əks  etdirmişdir.  Benyanın  boyaları  nə 
qədər xəsis olsa da, ifadəliliyi, tipləri aydın göstərmək gücü 
ilə  seçilir.  İki  yüz  il  sonra  V.Tekkerey  adını  Benyanın 
povestindən 
götürdüyü 
"Şöhrətpərəstlik 
yarmarkası" 
romanında  burjua  cəmiyyətinin  tənqidini  yeni  daha  yüksək 
bir  zirvəyə  qaldırır.  Onu  da  demək  lazımdır  ki,  Benyanın 
əsərinin  dini  səciyyə  daşıyan  alleqorizmi  onun  tənqidi 
gücünü xeyli azaldır, təhkiyəni yoxsullaşdırır. 
Benyanın  "Cənab  Bedmenin  həyatı  və  ölümü"  adlı 
ikinci  povestində  burjuaziyanın  tənqidi  daha  da  güclənir. 
Əsərdə XVII əsr ingilis işbazlarının eybəcər surəti yaradılır. 
Yazıçının  əsas  tənqid  hədəfi  "yaramaz  adamdır".  Bedmen 
sözü özü "yaramaz adam", "pis adam" deməkdir. 1681-ci ildə 
çap  olunan  "Müqəddəs  mübarizə"  povestində  Benyan  40-cı 
illərin  vətəndaş  müharibəsini  və  inqilabi  ordunun 
mütləqiyyət  üzərində  qələbəsini  qələmə  almışdır.  Açıq 
kalvinist meyl bu əsərin bədii dəyərini xeyli azaldır. 
 
SEMÜEL  BATLER  /1612-1681/.  Yaradıcılığının 
son  dövrlərinə  məxsus  olan  satiralarında  bərpa  edilmiş 
mütləqiyyəti  kəskin  tənqid  edən  sənətkarlardan  biri  də 
S.Batlerdir.  Bərpa  dövrünün  ən  böyük  satirik  şairi  kimi 
tanınan  S.Batler  fermer  ailəsində  anadan  olmuş,  bir  çox 
vəzifələrdə  çalışmışdır.  Katib,  məhkəmə  məmuru  və  s. 

Afaq Yusifli İshaqlı 
 
 
106 
vəzifələrdə işləyən şair əsas əsəri olan "Qudibras" poemasını 
yazanda  yaşı  əllini  keçmişdi.  S.Batler  bir  xeyli  müddət 
Kromvel  ordusunun  zabitlərindən  olan  polkovnik  Lükün 
ailəsində  xidmət  etmişdir.  Ehtimal  edirlər  ki,  puritan 
Qudibras  surətini  yaradarkən  ser  Lük  şairin  komik 
qəhrəmanının əsas proobrazı olmuşdur. Şair Servantesin yolu 
ilə  gedərək  Qudibrasla  onun  nökəri  Ralfonun  qəribə 
macəralarını və mübahisələrini qələmə almışdır. Qudibras və 
Ralfonun 
mübahisə  və  deyişmələri  vasitəsilə  şair 
presviterianlarla  independentlərin  mübarizəsinə  gülmüşdür. 
Şair  Qudibrasın  simasında  prisviterianları,  Ralfonun 
simasında independentləri satira hədəfinə çevirir. 
Qudibrasla  Ralfonun  mübahisə  və  savaşları  əksər 
halda  gülünc  və  axmaq  səbəblər üzündən başlanır,  lakin  bu, 
onların  ayrılmaz  dostlar  kimi  qalmalarına  mane  olmur.  Şair 
inqilab iştirakçılarının surətlərini qəsdən karikaturalaşdıraraq 
puritanlığın  əsl  nöqsanlarını  açıb  göstərir.  Puritan  kübar 
dairələrində hökm sürən riyakarlığı tənqid edir. 
Puritan  kübar  dairələrinin  antiəxlaqi  mahiyyəti, 
onların şənlənən sadə kütləyə qarşı hərəkətlərində daha aydın 
nəzərə çarpır. Puritan cəngavəri və onun silahdaşıyanı nahaq 
yerə  xalq  şənliyinə  mane  olmağa  çalışırlar.  Qudibras  və 
Rolfo  şənlənən  xalq  qarşısında  məğlub  olur  və  əsir  alınır, 
onların  əl  və  ayaqlarına  kündə  vururlar.  Qudibras  və  onun 
nökərini kündədən varlı bir dul qadın xilas edir. Dul qadının 
dövlətinə aşiq olan Qudibras guya ona sevgi duyğuları bəslə-
diyini  bildirir.  Saxta  və  riyakar  Qudibras  uzun  müddət  öz 
məqsədini  gizlədir.  Lakin  qadının  qulluqçu  və  nökərləri 
ifritələr  cildinə  girərək  Qudibrasın  yatağına  soxularaq 
həqiqəti  öyrənirlər.  Puritan  cəngavəri  yenə  öz  silahdaşıyanı 
ilə birlikdə döyülür, biabır edilərək qovulur. 
S.Batler  komik  qəhrəmanlarından  ayrılan  kimi 
vətənpərvər  bir  şairə  çevrilir,  vətəndaş  müharibəsinin 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
107 
fəlakətlərindən, partiyalar arasında  gedən mübarizənin xalqı 
var-yoxdan 
çıxarmasından 
danışır. 
Burjuaziya 
və 
dvoryanlığın özlərini xalqın müdafiəçiləri kimi göstərib onu 
aldatmaq  istədiyindən  söhbət  açır.  Royalistlərin  qələbəsini 
Batler  inqilabdan  əvvəlki  quruluşun  bərpa  edilməsi  kimi 
başa düşür və buna görə də bəşər tarixinin mənasızlığını, hər 
dəfə keçilmiş mərhələyə qayıtdığı fikrini irəli sürür. 
Məhz  bu  cəhətlərinə  görə  poema  feodal  zadəgan 
dairələrində  məğlub  olmuş  respublika  quruluşuna  qarşı 
yazılan  bir  əsər  kimi  qarşılanır,  müəllifin  royalist 
görüşlərinin ifadəsi kimi qiymətləndirilir. 
Karl  və  kübar  dairələr  əsərə  heyran  olduqlarını 
bildirir,  şairə  pul  mükafatı  verirlər.  O,  dəbdə  olan  bir  şairə 
çevrilir.  Lakin  saray  şairi  şöhrəti  Batleri  o  qədər  də  cəlb 
etmir.  O,  bərpa  edilmiş  mütləqiyyətə  qarşı  bir  sıra  satirik 
poemalar yazır, kübar cəmiyyətini, saray dairələrini, Stüartlar 
sülaləsinin  alim  nökərlərini  tənqid  hədəfinə  çevirir. 
Həyatının  son  illərini  yoxsul  bir  həyat  keçirən  şairin 
yaradıcılığında  get-gedə  artan  bir  bədbinlik  və  ümidsizlik 
müşahidə olunur. Bu, şairin ingilis burjuaziyasına da, bərpa 
edilmiş  Stüartlara  da  inamının  itirilməsindən  irəli  gəlirdi. 
Hakimiyyət  uğrunda  vuruşan  hakim  dairələrdən  heç  biri 
S.Batleri  cəlb  etmirdi.  Batlerin  irsindəki  realist  meyllər  onu 
XVIII əsr maarifçi realizmi ilə, xüsusən, Svift yaradıcılığı ilə 
bağlayır, "Qudibras" Sviftin stolüstü kitablarından olmuşdur. 
 
XVII  əsr  ingilis  ədəbiyyatı  İngilis  ədəbiyyatı 
tarixinin  ən  mühüm  və  maraqlı  mərhələlərindən  biridir.  Bu 
dövrdə  xalqın  qanı  və  iztirabları  bahasına  ingilis  burjua 
dövlətinin əsası qoyulur. Əsrin yazıçı, şair və publisistlərinin 
əsərlərində  xalq  kütlələrinin  qazandığı  tarixi  təcrübə  əks 
etdirilir, 
feodal 
cəmiyyətinin 
dağılması, 
burjua 
münasibətlərinin  inkişaf  prosesi  göstərilir.  XVII  əsrin 

Afaq Yusifli İshaqlı 
 
 
108 
qabaqcıl  ingilis  yazıçıları  inqilab  dövründə  darmadağın 
edilən  feodal  irticasını  daha  doğru,  daha  kəskin  şəkildə 
göstərməklə  bərabər  burjua  münasibətlərinin  kölgəli 
cəhətlərini də tənqid edirdilər. 
 
CON  MİLTON  /1608-1674/.  XVII  əsr  ingilis 
ədəbiyyatının  ən  parlaq  siması  Miltondur.  Mütəfəkkir  və 
inqilabçı  şair  olan  Milton  döyüşən,  irəliyə  doğru  hərəkət 
edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran 
insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm 
hadisələri  əks  olunmuş,  baş  verən  hadisələr  təhlil  edilərək 
ümumbəşəri  nəticələr  çıxarılmışdır.  Onun  poeziyasında 
müşahidə  olunan  barokko  romantizmi  də,  vətəndaşlıq 
ideyaları  ilə  aşılanmış  klassisizm  də  cəmiyyətin  həyatında 
cərəyan  edən  nəhəng  hadisələrin  təzahürü,  onların  dərk 
olunması cəhdinin ifadəsi idi. 
Con  Milton  Londonda  notarius  ailəsində  anadan  ol-
muşdur.  Şairin  atası  sadiq,  möhkəm  əqidəli  bir  puritan  idi, 
oğlunu  da  puritanlıq  ənənələri  ruhunda  tərbiyə  edir.  Milton 
ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə 
alır.  Bu  məktəb  ən  qatı  puritanlar  olan  Cillərin  əlində  idi. 
Miltonun  dünyagörüşü  və  ədəbi  zövqünün  formalaşmasında 
bu məktəbin mühüm rolu olmuşdur. 
Varlı  puritan  ailələrindən  çıxan  əksər  gənclər  kimi 
Milton  da  Kembricdə  oxuyur.  Burada  o,  parlament 
tərəfdarları  ilə  feodal-zadəgan  irticası  tərəfdarları  arasında 
gedən  mübarizələrə  qoşulur.  Mütləqiyyət  hakimiyyəti 
tərəfdarları  burada  nə  qədər  az  olsalar  da,  çox  inamla  və 
qətiyyətlə hərəkət edirdilər. Milton müəllimlə nəsə bir siyasi 
məsələ  ilə  əlaqədar  toqquşur  və  onu  müvəqqəti  olaraq 
universitetdən çıxarırlar. Buna baxmayaraq o, universiteti əla 
qiymətlərlə qurtarır. 
Universiteti  bitirdikdən  sonra  Milton  həyatının  bir 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
109 
neçə  ilini  atasının  yenicə  aldığı  Qorton  malikanəsində 
yaşayır,  vaxtının  çoxunu  kitablar  arasında  keçirir.  Əvvəllər 
keşiş olmağa hazırlaşan şair sonra bu fikirdən vaz keçir. 
1638-ci  ildə  Milton  Avropa  ölkələrinə  səfər  edir, 
Fransa, İtaliyada olur. O, İtaliyada daha çox ləngiyir, italyan 
ədəbiyyatı  və  klassik  filologiya  sahəsindəki  biliyini  xeyli 
təkmilləşdirir.  İngiltərədə  inqilabi  hadisələrin  yaxınlaşması 
xəbərini  eşidən  Milton  vətənə  qayıdır,  siyasi  mübarizələrə 
qoşularaq bir publisist kimi yepiskop əleyhinə çıxış edir. 40-
cı  illərin  ortalarında  o,  independentlərə  yaxınlaşır,  onların 
tapşırıqlarını  yerinə  yetirən  bir  adama  çevrilir.  50-ci  illərdə 
isə  independentlər  respublikasının  "latın  katibi",  yəni 
beynəlxalq  siyasət  üzrə  məsləhətçi  olan  Milton  həddindən 
artıq  çox  işlədiyindən  görmək  qabiliyyətini  itirir. 
Sağlamlığının  pisləşməsinə,  düşmənlərinin  hədələrinə 
baxmayaraq  işdən  ayrılmır.  Mütləqiyyətin  bərpa  edilməsi 
onu  çətin  vəziyyətdə  qoyur,  onu  edam  təhlükəsi  hədələyir, 
təzminat  isə  onu  müflisləşdirir.  Royalistlərin  istehza  və 
təhqirlərinə  baxmayaraq  yoxsulluq  içində  yaşayan  şair  feo-
dal-zadəgan  irticasına  qarşı  mübarizə  aparır,  respublika 
quruluşunun qələbəsinə inamını itirmir. 
Miltonun  yaradıcılığını, bir qayda olaraq, dörd dövrə 
bölürlər: 
1. 1620-1630;  2. 1630-1640;   3. 1640-1660; 
4. 1660-1670. 
Miltonun  60-70-ci  illə  poeziyası  və  publisistikası  ilə 
müqayisədə  yaradıcılığının  Kembric  və  Qorton  dövründə 
yazdığı  əsərlər  nisbətən  az  əhəmiyyətlidir,  bunlarda  şairin 
sonrakı  əsərlərində  görəcəyimiz  ümumiləşdirmələr,  poetik 
orijinallıq  çatmır,  onlardakı  böyük  tematika  görünmür. 
Bununla  yanaşı  artıq  bu  əsərlərdə  şairin  siyasi  hadisələrə 
ciddi  maraq  göstərdiyi  sezilir.  Bu  dövrdə  onun  latınca  və 
ingiliscə  yazdığı  şeirlər,  poemalar  və  səhnə  əsərlərində 

Afaq Yusifli İshaqlı 
 
 
110 
metafizik  şairlərlə  düşmən  mövqedə  dayandığı  görünür.  "5 
noyabr  gününə"  adlı  poemasında  şair  feodal  katolik 
irticasının  və  Roma  papasının  düşməni  kimi  çıxış  edirsə, 
"Yunqun  ölümünə  mərsiyə"  şeirində  kral  Yakovun  alman 
protestantlarına kömək etmədiyinə görə narahatlığını bildirir. 
Qortonda  yazdığı  "Həyatsevər",  "Kədərli"  poema-
larında  yeni  insan  problemi  ön  plana  çəkilir.  Şair  feodal 
zadəgan 
ədəbiyyatının 
pozğun 
və 
xəyalpərvər 
qəhrəmanlarının  əksinə  olaraq  həyatsevər,  ciddi,  savadlı 
humanist  alim  surəti  yaradır.  Onun  qəhrəmanı  həyatın 
qoyduğu  suallardan  qaçmır,  onları  həll  etməyə  çalışır. 
Miltonun qəhrəmanları Con Donnun əsərlərində olduğu kimi 
taleyin  əlində  oyuncağa  çevrilmir,  ağlın  üstünlüyü  ilə  ağılla 
hissin vəhdətini qəbul edir. 
"Komus" pyesində bu ideya ardıcıl bir şəkildə təsdiq 
edilir. Komus meşə və cəngəlliklər hakimidir, sərhəd bilməz 
ehtiraslar  və  şənliklər  əcinnəsidir.  O,  meşədə  azmış  təmiz, 
günahsız  bir  qızı  yoldan  çıxarmaq  istəyir.  Qızın  qardaşları 
Xeyir  Mələyinin  köməyi  ilə  qızı  Komusun  pəncəsindən 
qurtarırlar.  Lakin  ən  mühüm  cəhət  budur  ki,  qardaşlarının 
gəlişinə  qədər  də  Komus  və  onun  yarı  insan,  yarı  heyvan 
mahiyyəti  qızın  iradəsini  sındıra  bilmir.  Onların  hədələri, 
vədləri heç bir nəticə vermir. Qız ikrahla onların bütün təklif 
və vədlərini rədd edir. 
"Komus"  pyesi  Miltonun  bir  şair  kimi  xeyli  inkişaf 
etdiyini  göstərir.  O,  təbiətin  heyranedici  mənzərələrini 
yaradır,  ingilis  dilinin  incəliklərinə  həssaslıqla  yanaşdığını, 
şeir texnikasına dərindən yiyələndiyini nümayiş etdirir. Qızın 
mətin  surəti  iblis  Komusun  pozğunluğuna  qarşı  qoyulur. 
"Komus"  əsərindəki  bir  çox  siyasi  parçalar  açıq-açığına 
zadəganlığa  qarşı  yönəlmişdir.  Lakin  onu  da  qeyd  edək  ki, 
"Komus"dakı 
güclü 
nəsihətçilik 
meyli 
Miltonun 
dünyagörüşündə  puritanlıq  ünsürlərinin  güclənməsindən 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
111 
xəbər verir. Miltonun tərənnüm etdiyi ağıl, İntibah dövrünün 
göstərdiyi  üsyankar  ağıldan  fərqlidir.  Miltonun  tərənnüm 
etdiyi  ağıl  təbiət  qanunlarına  tabe  olan  ağıldır.  Bu  dövrdə 
Milton təbiətə panteistcəsinə yanaşır və onu allahın təzahürü 
kimi qəbul edir. 
Yaradıcılığının  üçüncü  dövründə,  1640-1660-cı 
illərdə Miltonun həyatı gərgin siyasi mübarizələrdə keçir. O, 
feodal  mütləqiyyət  irticası  ilə  döyüşlərdə  iştirak  edərək 
zəngin  həyat  təcrübəsi  qazanır,  alovlu,  humanist  yazıçı 
publisist  kimi  formalaşır.  Miltonun  bu  dövrdə  yaratdığı 
traktatlar, məqalələr və tədqiqatlar bədii materiallarla zəngin 
olmaqla  bərabər  obrazlı  bir  dillə  yazılmışdır.  Məhz  bu 
cəhətlərinə  görə  onlar  XVII  əsr  ingilis  ədəbiyyatının  ən 
mühüm  abidələri  kimi  diqqəti  cəlb  edir.  Bir  şair,  alim, 
siyasətçi  və  publisist  kimi  Miltonun  nəsri  İngiltərə  burjua 
inqilabının tarixi-mədəni xüsusiyyətlərini öyrənmək və başa 
düşmək üçün əvəzedilməz bir xəzinədir. O, ilkin xristianlığın 
və  Avropa  dini  hərəkatlarının  tarixinə  əsaslanaraq  anqlikan 
kilsəsini ifşa edir, yepiskopatlığı məhv etməyə çağırır. 
Miltonun yepiskopal kilsəyə qarşı yazılmış traktatları 
insan  vicdanını  əsarətdə  saxlamaq  əleyhinə  coşqun  etiraz 
ruhu  ilə  aşılanmışdır.  Boşanma  haqqında  yazdığı  bir  sıra 
traktatlarda da /"Boşanma haqqında təlim", "Martin Bukerin 
boşanma barədə mülahizəsi", "Tetraxordon" və b./ eyni etiraz 
ruhu hakimidir. Milton insanın özünə həyat yoldaşı, köməkçi 
seçmək  hüququnu  coşqunluqla  müdafiə  edirdi.  Şair  kişini 
"iki bərabər içində birinci"  saysa  da,  onun  sevgi  haqqındakı 
baxışları XVI əsr humanistlərinin görüşləri ilə həmahəngdir. 
Miltonun  erkən  traktatları  arasında  1644-cü  ildə 
yazılan  "Aeropaqitika"  xüsusi  yer  tutur.  Burada  o,  mətbuat 
azadlığını  müdafiə  edir.  Qabaqcıl  fikrin  yayılması  üçün 
azadlıq tələb edən şair, katolikliyə belə bir azadlıq verilməsi 
fikri  ilə  razılaşmır.  Miltonun  fikrincə  yezuitlərin  fəaliyyəti, 

Afaq Yusifli İshaqlı 
 
 
112 
bu  dini  təlimin  qeyri-insani  mahiyyəti  bir  daha  bütün 
aydınlığı  ilə  aşkar  edildiyindən  o,  katolikliyə  mətbuat  və 
təbliğat  azadlığı  verilməsini  ağla,  insanlığa  zidd  bir  hərəkət 
sayır. 
"Tərbiyə  haqqında"  adlı  pedaqoji  traktatında  Milton 
yenidən özünün antifeodal meyllərini əks etdirir, insanı şəxsi 
və ictimai həyatda təbiətin qanunlarına tabe olmağa çağırır. 
40-cı  illərin  ortalarından  başlayaraq  Milton  presvi-
terianlardan  uzaqlaşır,  onun  rəhbərlərinin  müstəbidlik 
meyllərini görərək independentlərlə yaxınlaşır. Bu dövrlərdə 
o,  "Hökmdarların  və  dövlətlərin  vəzifələri"  /1649/,  "İkona 
düşməni"  /1649/  traktatlarını  yaradır  və  bunlarda  tarixi  və 
hüquqi  baxımdan  kralı  edam  etməyə  bəraət  qazandırır. 
"İkona düşməni" traktatı birbaşa independentlərin sifarişi ilə 
yazılmışdır.  Presviterianların  və  royalistlərin  I  Karlı  şəhid 
kimi  göstərmək  cəhdlərinə  qarşı  yazılan  bu  əsər  bütün 
Avropada  böyük  əks-səda  oyadır.  Milton  müstəbidlərə  qarşı 
xalqı mübarizəyə çağırırdı. Miltonun əsərinin müvəffəqiyyəti 
nəinki təkcə mühacirətdə olan ingilis kralpərəstlərini, həm də 
Fransa, İspaniya və  İtaliyanın hökmdarlarını narahat etməyə 
başladı. 
Beynəlxalq 
irticanın 
təkidi 
ilə 
Leyden 
Universitetinin  professoru  Salmazi  Somez  və  onun 
həmkarları Miltonu nüfuzdan salmaq, onun fikirlərini alt-üst 
etmək məqsədilə bir sıra kitablar yazırlar. S.Somezin "Kral I 
Karlı  müdafiə"  /1649/  kitabı  bu  əsərlərdən  birincisi  idi. 
Milton bu kitaba "İngilis xalqının müdafiə traktatı" ilə cavab 
verdi.  Bu  vaxt  royalistlər  tərəfindən  muzdla  satın  alınan  bir 
dəstə  Miltona  hücuma  keçir.  Milton  onlara  cavab  verərək 
"İngilis  xalqını  ikinci  müdafiə"  /1654/,  "Özünü  müdafiə" 
/1655/ traktatlarını yazır. Məhz bu müdafiələr Miltonu 50-ci 
illərin  Avropa  publisistikasının  korifeyi  kimi  tanıtdırdı. 
Təkcə  1650-51-ci  illərdə  "İngilis  xalqını  müdafiə"  traktatı 
beş  dəfə  nəşr  edildi.  "İngilis  xalqını  ikinci  müdafiə"də 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
113 
Milton  vətəndaş  müharibəsi  hadisələrinin  qəhrəmanlıq 
mənzərələrini  yaradır,  həmvətənlərini  aza  qane  olmaqda 
qazanc  arxasınca  getməkdə  təqsirləndirir.  Şair  inanırdı  ki, 
ingilis  xalqı  vaxtında  doğru  yol  tutmasa,  onu  heç  bir 
Kromvel xilas edə bilməyəcək. 
Bu dövrdə Miltonun Kromvelə münasibəti də dəyişir. 
"Müdafiələr"də, 
"Lord  general  Kromvelə" 
sonetində 
Kromveli  ilhamla  tərifləyən  şair  həm  də  onu  açıq-açığına 
xəbərdar  edir,  inqilab  işi  üçün  qorxulu  olan  hərəkətlərdən 
çəkinməyə çağırır. 
50-ci  illərin  ikinci  yarısında  Milton  siyasi  müba-
rizədən  uzaqlaşır,  "Xristian  təlimi  haqqında"  adlı  iri  həcmli 
traktat  üzərində  işləyir.  Bu  əsərdə  filosof  Miltonun 
ziddiyyətləri  daha  qabarıq  görünün,  o,  elmi  fikirlə  dini 
barışdırmağa  cəhd edir, allahı maddi aləmə səpələnən, onda 
təcəssüm  edən  bir  varlıq  kimi  götürür.  Alın  yazısına  qarşı 
çıxıb  Adəmin  günah  iş  tutmasının  əvvəlcədən  allah 
tərəfindən  müəyyənləşdirilmiş  bir  hadisə  olmadığını  sübuta 
çalışır. 
Kromvelin  ölümündən  sonra  Milton  yenidən  qələmə 
sarılır  və  can  üstündə  olan  respublikanı  xilas  məqsədilə 
axırıncı  traktatlarını  yazır.  1660-cı  ildə  o,  "Azad  respublika 
qurmağın  həqiqi  və  asan  yolu"  traqetatında  yeni  dövlət 
quruluşu  barədə  öz  planını  şərh  edir.  Kral  hakimiyyətinin 
bərpa edilməsini şair ən böyük şər, ingilis xalqı üçün fəlakət 
sayır, xalqı buna yol verməməyə çağırır. Bu traktatın bir çox 
sətirləri  azadlıq  üçün  rekviyem  kimi  səslənir.  Geniş  xalq 
kütlələrinin  respublikanın  məhvinə  laqeyd  yanaşmasının 
səbəblərini  anlaya  bilməsə  də,  bu  laqeydliyin  nəticələri  ilə 
əlaqədar  xalqa  xəbərdarlıq  edirdi.  İrticanın  təntənəsi 
ərəfəsində  yazdığı  bu  traktatda  Milton  bir  daha  uğrunda 
vuruşduğu  prinsiplərin  qələbə  çalacağına  inandığını 
bildirirdi. 

Afaq Yusifli İshaqlı 
 
 
114 
1660-cı  ildə  mütləqiyyətin  bərpasından  sonra 
Miltonun  həyatının  ən  ağır,  yaradıcılığının  ən  parlaq  dövrü 
başlanır.  Şairin  presviterian  düşmənləri  sevinirlər  ki,  kor 
Milton  və  onun  həmkarları  həmişəlik  gözdən  düşürlər. 
Milton  ancaq  böyük  məbləğdə  cərimə  hesabına  edamdan 
canını qurtarır və azadlıq əldə edir. 1660-cı il avqustun 13-də 
icmalar  palatasının  qərarı  ilə  və  Kralın  fərmanı  ilə 
"İkonodüşməni"  və  "İngilis  xalqını  müdafiə"  kitabları 
cəlladın əli ilə yandırılır. 
Bu  zamanlar  bir  çoxlarına  elə  gəlirdi  ki,  irtica  uzun 
müddətə  qələbə  çalmışdır.  60-cı  illərin  ingilis  cəmiyyətində 
müxtəlif dini cəmiyyətlər, təriqətlər, mistik cərəyanlar geniş 
yayılmışdı.  Baş  verən  hadisələr  dini  şəkildə  izah  olunurdu. 
İrticanın  qələbəsi  özü  də  ingilis  xalqının  günahlarının  və 
səhvlərinin  nəticəsi,  cəzası  kimi  qiymətləndirilirdi.  Bərpaya 
qarşı  vuruşmaq  dini  qəhrəmanlıq  sayılırdı.  Kromvelin 
levellerlər  və  diggerlərə  divan  tutaraq  xalq  kütlələrini 
məğlub  etməsi,  qalib  gəlmiş  burjua  respublikasına  xalqın 
inamını  itirməsi  və  onun  siyasi  cəhətdən  yetkin  olmaması 
bərpa  hökumətinə  qarşı müxalifətin  dini  hərəkatlar  şəklində 
təzahürünə gətirib çıxarmışdı. Bütün bunlar hamısı Miltonun 
yaradıcılığı üzərində dərin izlər buraxmışdır. 
Miltonun  60-cı  illərdə  yazdığı  ən  parlaq  əsər  "İtiril-
miş  cənnət"  poemasıdır.  1658-1667-ci  illərdə  yaradılan  bu 
əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. 
"İtirilmiş  cənnət"  poeması  nəinki  öz  dövründə,  həm 
də  sonrakı  əsrlərdə  İngiltərədə  və  onun  xaricində  böyük 
maraq  doğurmuş,  dünya  ədəbiyyatının  ən  əhəmiyyətli 
abidələrindən  biri  kimi  qiymətləndirilmişdir.  Burjua 
ədəbiyyatşünasları  onu  daha  çox  dini  epopeya  kimi 
səciyyələndirməyə  çalışırlar.  Poemanı  40-cı  illərin  inqilabi 
hadisələrinin  tam  paraleli  kimi  anlamaq  da  doğru  deyildir. 
Şair  bibliya  əfsanələri  vasitəsilə  böyük  ümumiləşdirmələr 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
115 
aparır,  bəşəriyyətin  çətin,  əzablı  yollarla  inkişafa,  tərəqqiyə 
doğru getdiyini təsdiq edir. 
Poema  allaha  qarşı  üsyan  etmiş  mələklərin  məğlu-
biyyətinin təsviri ilə bağlayır.  Başda iblis olmaqla üsyankar 
mələklər göylərin nüfuzuna qarşı çıxmışlar. İndi isə döyüşdə 
məğlub  olduqlarına  görə  həmişəlik  göyləri  tərk  etməli, 
cəhənnəmin od-alovları içərisində yaşamalıdırlar. Lakin İblis 
və  onun  dostları  burda  da  özlərini  məğlub  saymır,  ilahi 
nüfuza qarşı mübarizəni davam etdirməyə çalışırlar. İblis öz 
zərbəsini  allahın  yaratdığı  ən  yaxşı  nə  varsa  ona,  ilk 
insanların  yaşadığı  dünyaya  qarşı  yönəltmək  istəyir.  İblis 
daha  çox  ona  çalışır  ki,  ilk  insanları  allahın  əlindən  alsın, 
onları öz qiyamçı, məğrur təbiətinə tabe etsin. 
Allah  Adəm  və  Həvvaya  İblisin  niyyətindən  danışır, 
onları  ehtiyatlılığa  çağırır.  Onun  elçisi  Rəfael  isə  İblisin 
üsyanı və məğlubiyyətindən söhbət açır, onları müti olmağa 
öyrədir.  İblis  Həvvanı aldadıb  yoldan  çıxara bilir, o, allahın 
qoyduğu  qadağanı  pozur,  xeyir  və  şəri  dərk  etmə  ağacının 
meyvəsindən dərib yeyir. Adəm də onun kimi edir, o da idrak 
ağacının  meyvəsindən  yeyir.  Lakin  o,  İblisə  aldandığı  üçün 
deyil,  rəfiqəsini  tək  qoymamaq,  onun  alacağı  cəzaya  şərik 
olmaq  xatirinə  belə  edir.  İlahi  məhkəmənin  qərarı  ilə  Adəm 
və  Həvva  cənnətdən  qovulur,  adi  öləri  insanlara  çevrilirlər, 
həyatın  əzab  və  işgəncələrinə  məruz  qalırlar.  Allahın 
nökərləri  Adəm  və  Həvvanı  cənnətdən  qovmazdan  əvvəl 
allahın  göstərişi  ilə  mələklərdən  olan  Mikayıl  Adəmə 
bəşəriyyətin  gələcəyini  göstərir.  Məqsəd  isə  onu 
ruhlandırmaq və xilas yolunu göstərməkdədir. 
Adəmin  gözü  qarşısından  bəşər  tarixinin  geniş  və 
dəhşətli  mənzərələri  gəlib  keçir.  Xalqların  sevincləri,  müsi-
bətləri,  müharibələrin  törətdiyi  fəlakətlər  günahlardan 
keçərək  müdrikləşmiş  Adəmin  gözü  önündən  keçir.  İnsan 
həyatının rəngarəng mənzərələrini yaradan şair əməyi xüsusi 

Afaq Yusifli İshaqlı 
 
 
116 
məhəbbətlə  təsvir  edir.  Bu  hissələrə  şən,  nikbin  bir  əhval-
ruhiyyə hakimdir. 
Mikayıl Adəmi başa salır ki, bəşər nəsli gələcəkdə öz 
ulu  babasının  günahını  yuyacaqdır.  Guya  bu  günahlardan 
təmizlənmə  xristianlıq  təliminin  yayılması  ilə  gələcək, 
insanlara  mənəvi  kamillik  yolunu,  həqiqi  cənnətin  yolunu 
göstərəcək. Poema Adəm və Həvvanın cənnətdən qovulması 
səhnəsinin    təsviri  ilə  tamamlanır.  Onlar  əl-ələ  tutaraq 
Ədəmdən  uzaqlaşırlar.  Ədəm  üzərində  alov  və  tüstü  dilləri 
ucalır.  Adəm  və  Həvvanı  qarşıda  sakit  cənnət  həyatı  deyil, 
bəşər  nəslinin  çətinlikləri,  məhrumiyyətlərlə  dolu  tarixi 
gözləyir. 
Şairin qənaətinə görə insanın həyat yolu çətin olsa da, 
o,  həmin  yolla  irəliyə  doğru  addımlayacaq,  mənən 
təkmilləşəcəkdir.  Bu,  həm  də  Miltonun  40-50-ci  illərin 
hadisələrindən,  ingilis  burjua  inqilabının  məğlubiyyətindən 
çıxardığı  əsas  nəticə  idi.  Milton  ilahi  nüfuzunun  qüdrəti 
qarşısında üsyankar İblisin və asi insanların gücsüz olduğunu 
ön  plana  çəkir,  bununla  irtica  əleyhinə  üsyana  yox,  mənəvi 
və  əxlaqi  təkamülə,  mənəvi  qüvvələrin  bir  yerə 
toplanılmasına  çağırır.  Lakin  onun  poeması,  Belinskinin 
qeyd  etdiyi  kimi  "nüfuza  qarşı  üsyanın  təntənəsi"  kimi 
səslənmişdir.  Poemanın  inqilabi  pafosu  İblis  surətində  daha 
aydın  ifadə  olunmuşdur.  Qiyamçı  və  məğrur  İblis  məğlub 
olsa da, allahdan intiqam almaqda davam edir. İblis bir surət 
kimi  poemadakı  surətlərin  hamısından  daha  cəlbedici  çıx-
mışdır. Şair mənəvi təkmilləşmə ideyasını vəsf etsə də, onun 
poeması  döyüşə,  mübarizəyə,  üsyana  çağıran  bir  əsər  kimi 
qarşılanmışdır.  Əsərdə  xalq  kütlələrinin  feodal  mütləqiyyət 
irticasına nifrəti əks olunmuşdur. 
Miltonun  poemasında  müəyyən  bir  tarixilik  duyğusu 
və  kortəbii  dialektika  vardır.  Onun  insan  qəhrəmanları 
cənnətdən  qovulana  qədər  qayğısız  bir  həyat  sürürdülərsə, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
117 
oradan  çıxandan  sonra  düşünən,  zəhmət  çəkən,  böyüyən  və 
inkişaf  edən  adamlar  kimi  hərəkət  edirlər,  onlar  bir  növ,  öz 
həyatlarının daha yüksək mərhələsinə qədəm qoyurlar. 
Milton  yaradıcılığının  xüsusiyyətləri,  onun  dünya-
görüşündəki  ziddiyyətlər  ayrı-ayrı  surətlərin  təqdimində 
daha  aydın  nəzərə  çarpır.  Şair  tədricən  qəhrəmanlarının 
xarakterindəki  müxtəlifliyi  nəzərə  çatdırır.  Adəm  onun 
poemasında  şücaət,  müdriklik  və  mərdlik  təcəssümüdür. 
Bütün  bunlarla  yanaşı  o,  canlı  insan  cazibəsinə  malikdir. 
Adəmin daxili aləmi zəngindir. Onda ağıl, xəyal, hiss, ehtiras 
və  azad  iradə  vəhdətdədir.  Milton  belə  hesab  edir  ki,  ağlın 
rəhbərliyi  ilə  hərəkət  edən  azad  iradə  insanın  qarşısında 
duran  tarixi  vəzifələrin  ən  doğru  və  obyektiv  həllində  onun 
ən  yaxın  köməkçisi  olar,  insan  onun  köməyi  ilə  bəşəriyyəti 
ədalətə  və  səadətə  gətirib  çıxaran  doğru  yolu  tapar.  Azad 
iradə  haqqındakı  düşüncələrində  Milton  ziddiyyətli  olsa  da, 
puritan  görüşlərindən  yaxa  qurtara  bilməsə  də,  o,  insanlığı 
irəliyə  doğru  aparan  böyük  bir  qüvvə  kimi  vəsf  edilmişdir. 
Bu  cəhətdən  o,  insanı  qəza  və  qədərin,  hikməti  ilahinin 
əlində  bir  oyuncaq  sayan  puritan  dini  baxışlarına  zidd 
gedirdi. 
Həvva  surətini  şair  isməti,  gözəlliyi,  xeyirxahlığı, 
yumşaqlığı ilə seçilən cazibəli bir qadın kimi təsvir etmişdir. 
Onun Adəmə münasibəti, sevgisi səmimi və təmizdir, onunla 
mehriban  və  diqqətlidir,  sevincini  də,  kədərini  də  Adəmlə 
bölüşür.  Lakin  Adəmlə  Həvvanın  münasibətinin  təsvirində 
də  Miltonun  müəyyən  puritanlıq  meylləri  özünü  göstərir. 
Məsələn,  şair  onların  münasibətlərini  göylərin  təqdis  etdiyi 
bir kəbin adlandırır. Şairin xalq  yaradıcılığı ilə bağlılığı onu 
puritan öyüdlərindən daha yüksəklərə qaldırır, ailə səadətinin 
təsvirində Milton daha çox xalqın saf və təmiz sevgi ilə bağlı 
ideallarına yaxınlaşır. 
Məlum  olduğu  kimi,  Adəm  də  günah  edir,  İblis  də, 

Afaq Yusifli İshaqlı 
 
 
118 
lakin  Adəm  bir  başqasının  xatirinə,  ona  bəslədiyi  sevgi 
duyğuları  üzündən  günah  iş  tutur.  Burada  Adəmin  hərəkəti 
humanist  məzmun  daşıyır.  Düzdür,  o  da  nüfuza  qarşı  asilik 
edir, lakin  onun  asiliyi,  üsyanı ilə  İblisin asiliyi  bir deyildir, 
İblis  şöhrətpərəstlik,  paxıllıq  üzündən  asilik  edir.  Puritanlıq 
görüşləri  baxımından  hər  iki  hərəkət  eybəcərdir,  günahdır. 
Milton  isə  məsələyə  başqa  cür  yanaşır.  O,  İblisi  pisləyirsə, 
Adəmi vəsf edir. Bununla bərabər İblislə müqayisədə Adəm 
zəif,  aciz  görünür.  Mələklərlə  söhbət  edərkən  o,  ancaq  sual 
verir,  soruşur,  yaxud  susur.  Allahın  elçiləri  qarşısında  müti 
qula  çevrilir,  ilahi  qüdrətin  hər  hansı  bir  ədalətsiz  hökmünü 
qəbul etməyə, hətta ona bəraət qazandırmağa hazır olduğunu 
bildirir.  Milton,  bir  növ,  insan  ağlının  imkanlarını 
məhdudlaşdırır,  onun  üçün  sərhəd  qoyur.  Adəmin  yaradılış 
haqqındakı  cəsarətli  suallarını  eşidəndə  Rəfail  ona 
xatırlatmalı  olur  ki,  o,  ancaq  insandır.  O,  kainatın  bir  çox 
sirlərinə nüfuz etmək xəyalına düşə bilməz. 
Adəm  surətinin  belə  bir  təqdimi  şairin  puritançılıq 
görüşlərini  daha  qabarıq  nəzərə  çatdırır.  Burada  intibah 
dövrünün  yaratdığı  insan  surətlərinə  nisbətən  Miltonun 
Adəmi daha aciz və kiçik görünür. 
Milton allah, onun oğlu və mələklərinin təsvirində də 
puritançılıq görüşlərindən yaxa qurtara bilmir. 
Milton  mələkləri  yeknəsəq,  simasız  varlıqlar  kimi 
təsvir edir. Şairin fikrincə, onlarda ehtiras yoxdur. Onlar eyni 
ağlın eyni işığı ilə işıqlanmışlar. Onlar qaşlarını çatsalar da, 
sevinsələr də, bu ancaq  pərdədir, bu hərəkətlər hər hansı bir 
hissin  və  ehtirasın  nəticəsi  deyildir.  Miltonun  zahirən 
insanabənzər  mələkləri  qeyri-insanidirlər,  onlar  canlı 
deyillər,  eyni  ideyanın  ifadəsi  olub  bir-birini  təkrar  edirlər. 
Mələklər  aləminin  bu  şəkildə  təqdimində  puritançılığın 
antihumanist  mahiyyəti  bir  daha  özünü  təzahür  etdirmişdir. 
Bu  cəhət  cəsarətli  hərəkətə  görə  insanı  qəddarcasına 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
119 
cəzalandıran  despot  allahı  tərənnüm  etməyə  gətirib  çıxarır. 
Milton yaradıcılığına məxsus ziddiyyətlər burada da müşahi-
də  olunur:  İblisin  dəstələrinin  məğlub  olması;  amansız 
puritan  ilahilərinin  öz  düşmənləri  üzərində  qələbəsi  bərpa 
edilmiş  Stüartlar  hakimiyyətinin  dağılacağına  və  onların 
tərəfdarlarının cəzalanacaqlarına şairin qəti inamının ifadəsi 
idi. Göylərin ildırımları ancaq insanın başına yağmır, həm də 
"ilan", "əjdaha" İblisin və onun lordlarının başına alov saçır. 
Poemanın ən maraqlı surəti, heç şübhəsiz ki, İblisdir. 
O,  qətiyyəti,  dönməzliyi  ilə  seçilir.  Allaha  qarşı  mübarizə 
aparan  bu  nəhəngin  qəlbində  nifrət,  paxıllıq,  intiqam 
hərisliyi,  təkəbbür  və  qorxu  yuva  salmışdır.  Onun  nəhəng 
siması  arxasında  ümidsizlik,  peşmançılıq  duyğuları  da 
gizlənmişdir.  O,  cəhənnəm  ağasının  imtiyazlarından  yüksək 
olan  daxili  sakitlik  keyfiyyətlərini  itirmişdir.  Mənəvi 
iztirablar  keçirdiyi  indiki  vaxtda  o  əvvəlki  mənəvi  sakitlik 
çağlarının həsrətini çəkir. Bu ilan və əjdaha iztirab çəkən bir 
insana  çevrilir.  Onun  ümidsiz  və  məğrur  inadı  isə  oxucuda 
rəğbət  oyadır,  oxucu  istər-istəməz  İblisi  bağışlamaq  fikrini 
rədd edən ilahi nüfuzun qəddarlığından narazı qalır. 
İblisin mürəkkəb daxili aləmi onun zahiri portretində 
də  əks  olunmuşdur.  O,  cəhənnəm  alovları  içərisində  yerə 
sərilmiş  nəhəng  bir  balinaya  oxşadılır.  Bu  qanadlı  nəhəng 
kürəyində  qalxan,  əllərində  ox  cəngavərlik  libasında 
cəhənnəm  alovları  arasında  görünəndə  gah  bütöv  bir 
donanmaya bənzəyir, gah da bir kometaya oxşayır. Cəbraillə 
qarşılaşdığı səhnədə o, Alasa, Tenerifə oxşadılır. 
İblis  gah  sərkərdə  olur,  gah  hökmdar  kimi  şurada 
sədrlik  edir,  gah  da  keşikçi  mələk  cildinə  girir  ki,  Ədəmə 
daxil  ola  bilsin.  Bu  son  halda  onun  ölçüləri  kiçilir,  insan 
ölçülərinə  yaxınlaşır,  lakin  bu  vaxtda  da  onun  təkəbbürlü 
siması, amiranə hakim görkəmi yox olmur. İblisin döyüşkən 
fərdiyyətçiliyi  isə  onun  məhvinə  səbəb  olur.  O,  ölüm  yayır, 

Afaq Yusifli İshaqlı 
 
 
120 
şər işlər tutur, insanı məhv edir. 
İblisin  simasında  şair  özünü  sevən  xudbin  bir 
fərdiyyətçinin surətini yaratmışdır. Öz şəxsiyyətini hər şeyin 
ölçüsü, kainatın mərkəzi sayan İblis elə hesab edir ki, o hər 
şey  edə  bilər.  Feodal  istibdadının  yerini  tənha  bir  xudbinlik 
müstəbidliyi  tutur,  Arkadiya  alverçilər  dövlətinə,  Utopiya 
quldurlar 
müstəmləkəsinə  çevrilir.  Miltonun  burjua 
fərdiyyətçiliyi  meylinə  qarşı  çıxması  tamamilə  xəlqi  bir 
hərəkət  idi.  Lakin  onun  XVII  əsr  burjua  fərdiyyətçiliyinə 
qarşı tənqid və hücumlarında puritan ilahiyyatçılığı da özünü 
büruzə verirdi. Bu cəhət həmin tənqid və hücumları məhdud-
laşdırırdı. 
"İtirilmiş cənnət" mübarizə, döyüş ruhunu əks etdirən 
bir  əsərdir.  Özünün  dediyinə  görə,  o,  sələflərindən  fərqli 
olaraq  daha  əhəmiyyətli,  daha  artıq  qəhrəmanlıq  ruhu  ilə 
aşılanmış  bir  süjet  seçmişdir.  Şair  özü  şəxsən  döyüşlərdə 
iştirak  etməsə  də,  o,  epopeyanın  imkanları  çərçivəsində 
müharibənin  dəhşətlərini,  qorxunc  və  qanlı  döyüşləri, 
qəhrəmanların  çarpışmalarını,  müasirlərinin  şücaət  və 
hünərini  vəsf  etmişdir.  Həm  də  Milton  kosmik  masştablı 
döyüş  səhnələrinin  qəhrəmanlıq  eposuna  məxsus  təsviri  ilə 
kifayətlənmir,  insanların  psixologiyasını,  mənəvi  aləmini 
göstərməyə daha çox meyl göstərir. 
XVI-XVII  əsrlərin  epopeyalarında  qəhrəman  dəyiş-
məz  qalır,  Milton  isə  əksinə  baş  verən  hadisələrin  təsiri 
altında qəhrəmanlarının dəyişməsini göstərməyə çalışır. 
Miltonun  əsərində  get-gedə  dramatik  ünsürlər  epik 
ünsürlərə  üstün  gəlir.  İdillik  qəhrəman  fəci  qəhrəmanla 
pastoral  əfsanələr  aləmi  sərt  gerçəkliklə  əvəz  olunur.  Şairin 
poemasında  bu  cəhət  əsasdır.  Hadisələrin  ən  gərgin  və 
böhranlı  anlarında  qəhrəmanlarının  daxili  iztirablarını 
göstərməyə olan güclü meyl də bununla əlaqədardır. 
Bütün  ziddiyyətlərinə  və  məhdud  cəhətlərinə  bax-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
121 
mayaraq  "İtirilmiş  cənnət"  epopeyası  XVII  əsr  ingilis 
həyatının, onun mübarizələrlə  dolu tarixinin ən parlaq bədii 
ümumiləşdirilməsi kimi diqqəti cəlb  edir.  O, həm də ingilis 
ədəbiyyatında  bərpa  edilmiş  mütləqiyyətə  qarşı  çevrilən  ilk 
ən sanballı bir poema idi. 
1666-cı  ildə  Milton  "Qaytarılmış  cənnət"  poemasını 
yazıb  nəşr  etdirdi.  Əgər  "İtirilmiş  cənnət"  12  nəğmədən  və 
11 min misradan ibarət idisə, şairin yeni əsəri 4 nəğmə və iki 
min  misradan  ibarət  idi.  Burada  İblisin  İsanı  aldada 
bilməməsi  haqqındakı  xristian  əfsanəsi  nəzmə  çəkilmişdir. 
Miltonun  il  poemasına  xas  olan  üsyankarlıq  ruhu,  "nüfuza 
qarşı  üsyanın  təntənəsi"  burada  yoxdur.  Ona  görə  də  bu 
poema  sonrakı  dövrlərdə  "İtirilmiş  cənnət"  poemasına 
yazılmış bir son söz kimi qarşılanmışdır. 
Əgər  "İtirilmiş  cənnət"də  günah  etmə  göstərilirsə, 
yeni əsərdə günahlardan təmizlənmə qələmə alınır. Adəm və 
Həvva  aldanıb  yoldan  çıxırsa,  günah  edirsə,  onların  varisi 
olan  İsa  mərdanəliyi  və  dəyanəti  ilə  İblisə  qalib  gəlir, 
bəşəriyyəti  cəhənnəm  əzablarından  qurtarır.  Poemanın  belə 
bir  dini  məzmun  daşıması  onun  ideyasının  "İtirilmiş 
cənnət"dən  fərqləndiyini  aydın  nəzərə  çatdırır.  Bununla 
bərabər  "Qaytarılmış  cənnət"  Miltonun  bir  şair  kimi 
inkişafını  nümayiş  etdirir.  Şair  dini  məzmun  altında  kəskin 
siyasi  ideyalı  bir  əsər  yaradır.  Onun  qəhrəmanı  İsa  incil 
mənbələrindən asılı olsa da, fikir və düşüncələri baxımından 
Stüartlar  hakimiyyətinə,  şairin  nifrətlə  yanaşdığı  ingilis 
zadəganlığına  qarşı  qoyulmuşdur.  İblis  burada  nüfuza  qarşı 
üsyan  edən  rəhbər  və  qiyamçı  deyildir.  O  özü  artıq  nüfuz 
sahibidir, insanlara və cəhənnəmə ağalıq edir, torpaqları olan 
bir  diktatordur.  Onda  inamsızlıq,  narahatlıq,  tərəddüd  və 
qayğı əlamətləri görünür. 
İblis hələ böyük bir aləmin ağasıdır. Onun ehtirasları 
ilə  bu  aləmin  ehtirasları  arasında  qırılmaz  bir  əlaqə 

Afaq Yusifli İshaqlı 
 
 
122 
yaranmışdır.  Onun  hakimiyyət  ehtirasları  sərkərdələrə  və 
imperatorlara keçib, onun var-dövlət ehtirası isə bütöv-bütöv 
insan  nəsillərini  yoldan  çıxarmışdır.  Onun  sənətindəki, 
fikirlərindəki  saxtakarlıq,  yalan  hələ  aradan  qalxmamışdır. 
Qəhrəmanlıq,  şöhrət,  şərəf  haqqındakı  təsəvvürlər  özləri  də 
İblisin uydurmalarından başqa bir şey deyildir. Lakin İblisin 
varlığına  hakim  kəsilən  inamsızlıq,  narahatlıq,  öz  gücsüzlü-
yündən irəli gələn çılğın qəzəb İblisin və onun təmsil etdiyi 
bu dünyanın məhvə məhkum olduğunu xəbər verir. 
İsa surəti bir çox cəhətlərdən puritanlığı xatırladır. O, 
qalib gəlmiş ağlın təcəssümüdür.  İlk poemadan fərqli olaraq 
burada  insanın  mənəvi  aləminə,  onun  daxilində  yaşayan, 
döyüşən  ziddiyyətlərə  olan  maraq  öz  yerini  dini  ehkamlara 
verir. 
"Qaytarılmış 
cənnət" 
poemasında 
klassisist 
estetikasının  tələblərinə  meyl  də  xeyli  güclənmişdir. 
Surətlərin 
səciyyəsi 
bir-birindən 
kəskin 
şəkildə 
fərqləndirilmişdir. İblis hər şeydən əvvəl şirnikdirib aldadan 
bir  varlıqdırsa,  İsa  şirnikdirilib  aldadılan  bir  şəxsdir.  Qalan 
bütün  mənəvi  keyfiyyətlər  bu  əsas  xüsusiyyətə  tabe 
edilmişdir. Poemanın süjetində də bir yığcamlıq, məhdudluq 
duyulur,  lirik  ricətlər,  əsas  təhkiyədən  kənara  çıxan  bütün 
epizodlar büsbütün atılır. 
İsanın bir surət kimi passivliyinə, qeyri-fəal olmasına 
baxmayaraq  o,  feodal  mütləqiyyət irticasının təzyiqinə qarşı 
inadlı  puritan  müqavimətini  doğru  əks  etdirir.  İsa  kimi 
puritanlar  da  bütün  imtahanlardan  ləyaqətlə  çıxır,  bərpa 
edilmiş mütləqiyyətin dönməz düşməni olaraq qalırdılar. Bu 
cəhətdən  İsanın  yoldan  çıxarılması  cəhdləri  və  onun 
aldanmaması  bir  çox  puritanların  tərcümeyi-halına  uyğun 
gəlirdi.  "Qaytarılmış  cənnət"  poemasında  da,  gördüyümüz 
kimi,  Milton  müasir  ingilis  gerçəkliyini,  onun  hərəkət  və 
düşüncə meyllərini əks etdirmişdir. Şairin ən aktual fikir və 
ideyaların  inikası  üçün  dini  mövzulara  müraciət  etməsi  isə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
123 
onun dövrünün ideya səviyyəsi ilə, dini baxışların kütlələrin 
şüur və gündəlik həyatında dərin kök salmış ilə əlaqədar idi. 
Milton yaradıcılığının ən mühüm əsərlərindən biri də 
1667-ci  ildə  yazılmış  "Pəhləvan  Samson"  faciəsidir. 
Puritanların  teatra  və  dramaturgiyaya  mənfi  münasibətini 
nəzərə alaraq Milton oynanılmaq üçün deyil, ancaq oxumaq 
üçün  nəzərdə  tutulan  bir  faciə  yaratmışdır.  Bərpa  dövrünün 
səhnə  ənənələrindən  fərqli  olaraq  Milton  əyləndirən  deyil, 
həyəcana  gətirən,  feodal  mütləqiyyətin  irticasına  qarşı 
mübarizəyə çağıran bir faciə yaratmışdır. 
Hadisələr  Fələstin  şəhəri  Qəzzada  cərəyan  edir. 
Gözləri  kor  edilmiş  Samson  fələstinlilər  tərəfindən  qula 
çevrilmişdir.  Düşdüyü  vəziyyətə  görə,  o  ancaq  özünü  gü-
nahkar sayır. Gücünə görə ağlı olmadığından şikayətlənir. Bu 
vaxt  onun həmqəbilələrindən ibarət  xor  ona  yaxınlaşır,  atası 
Monoy  da  buradadır.  Onlar  Samsona  təsəlli  verir,  onun 
şücaətindən,  böyüklüyündən  danışırlar.  Gücü  və  şücaəti  ilə 
özünə  ölməz  bir  şöhrət  qazanan  qəhrəman  kimi  onu  vəsf 
edirlər.  Samsonun  varlı  kübar  ailəsindən  deyil,  sadə  bir 
ailədən çıxdığını yada salıb onu zadəgan qəhrəmanlara qarşı 
qoyurlar. 
Kor  Samsona  təsəlli  verərək,  onun  xalqın  əsarətdə 
olmasından,  Samsondan  sonra  heç  kəsin  fələstinlilərə  qalib 
gələ  bilməməsindən  söhbət  açanda  Samson  xalqının 
hökmdarlarını  ittiham  edir,  onların  qələbədən  vaxtında 
istifadə etmədiklərini, xalqı satdıqlarını söyləyir. 
Gözəl  geyimli  Dəlilənin  gəlişi  isə  Samsonun  xorla 
söhbəti yarımçıq qalır. 
Dəlilə  Samsona  yalvarır,  ona  yaltaqlanır,  üzr  istəyir, 
taleyi  ilə  barışmasını,  kor  olduğuna  görə  həddindən  artıq 
kədərlənməməsini  məsləhət  görür.  Dəlilə  yenidən  onu  öz 
evinə çağırır, orada qayğı və mehribanlıq görəcəyini bildirir. 
Samson  onu  məhv  edən,  gözlərinin  çıxarılmasına,  kölə 

Afaq Yusifli İshaqlı 
 
 
124 
vəziyyətinə salınmasına bais olan bu yalançı və saxta gözələ 
lənət yağdırır, onun bu cür alçaq xəyanətlərə xeyir-dua verən 
allahlara inanan xalqını ifşa edir. 
Dəlilə  hirslənib  gedir.  Onun  yerini  nəhəng  Qarafa 
tutur. Qarafa bu əsir qəhrəmana gülmək, ona lağ etmək üçün 
gəlmişdir.  Qarafanın  kobud  öyünmələrinə  dözə  bilməyən 
Samson silahlı Qarafa ilə vuruşmaq, ancaq bir döyənəklə ona 
qalib  gəlmək  əzmindədir.  Onun  qəzəbini,  qələbə  əzmini 
görən  Qarafa  qorxub  qaçır.  Xor  yenidən  əzilən  insanların 
duyğularını  tərənnüm  edir,  ziyalılara  qarşı  çıxan  xilaskarın 
meydana  çıxdığını  gördüklərini  bildirirlər.  Xor  Samsona 
mədhnamələr  oxuyur,  onu  yer  üzünün  qaniçən  hakimlərini 
ram etməyə gələn bir qəhrəman kimi öyürlər. 
 
Yer üzündə hakimləri ram eyləməyə, 
Qırmaq üçün istibdadın zəncirlərini, 
Yox etmək üçün ədalətsiz qaniçənləri; 
Kim ki, zülmün taxt-tacını qoruyur müdam, 
Min əzabla təqib edir, cana yığırlar, 
Kim ki, haqqa, ədalətə hörmət eyləyir. 
 
Xorun mahnısı zülmə və istibdada qarşı döyüş himni 
kimi  səslənir.  Lakin  Samsonu  yeni-yeni  müsibətlər  gözləyir. 
Daqon  məbədinin  xidmətçisi  tələb  edir  ki,  Samson  bayram 
şənliyinə  gəlsin,  fələstinliləri  əyləndirsin.  Samson  xeyli 
müddət  inad  göstərir,  bu  rüsvayçılığı  qəbul  etmək  istəmir. 
Axırda o, buna razılaşır. Oxucu hiss edir ki, onun nəsə gizli 
bir fikri vardır. O, çaparın dalınca fələstinlilərin məti təlxəyi 
olmağa  deyil,  öz  axırıncı  qəhrəmanlığını  göstərməyə  gedir. 
O, öz ölümü ilə xalqı üçün yeni bir qələbə əldə edəcək, onu 
əsarətdə saxlayanlardan dəhşətli intiqam alacaqdır. 
Samson  əsərdə  canlı,  ziddiyyətli  cizgilərə  malik  bir 
insan kimi təqdim olunur. O, öz günahını bütün dərinliyi ilə 
anlayır,  xalqını  azad  etməli  olduğu  halda,  özü  də  qul 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
125 
olmuşdur.  o,  xalqın  sərkərdəsi,  müdafiəçisi  kimi  günahı 
ancaq özündə görür. Samson həyatın mənasını fələstinlilərlə 
mübarizədə görür, lakin o, kor olduğu üçün, bu mübarizədə 
iştirak edə bilmədiyi üçün özünə ölüm arzulayır. Milton özü 
feodal  mütləqiyyət  irticasının  gec-tez  məğlub  olacağına 
möhkəm inandığı kimi, onun qəhrəmanı Samson da fələstin-
lilərin məğlubiyyətinə inanır. 
Faciənin  əvvəlində  Samson  korluğuna,  rüsvayçı 
vəziyyətinə  görə  iztirab  çəkirsə,  Dəlilə  və  Qarafa  ilə 
qarşılaşdığı  səhnələrdə  onun  ümidsizliyi  və  bədbinliyi  daha 
da  güclənirsə,  pyesin  sonunda  o  dəyişib  başqa  bir  adama 
çevrilir.  Qul  və  təlxək  kimi  bir  rüsvayçılığı  özünə  rəva 
görərək  düşmənə  qələbə  çalır,  ondan  intiqam  alaraq  ölməz 
bir  şöhrət  qazanır.  Lakin  Samson  təkdir.  "Qaytarılmış 
cənnət"  poemasında  olduğu  kimi  burada  da  xalq  iştirak 
etmir. Bu Miltonun artıq xalqa  yüksək qiymət verməsininmi 
ifadəsidir? Yoxsa, bərpa edilmiş mütləqiyyət dövründə xalqla 
inqilabi 
qüvvələr  arasında  yaranmış  anlaşılmazlığın, 
yadlaşmanın əks-sədasıdır? Həqiqət budur ki, İsa da, Samson 
da xalqı məzəmmət edir. Samson xalqı məzəmmət edir ki, o, 
fələstinlilərlə  mübarizədə  ona  kömək  etməmişdir,  qul halına 
düşməkdə,  məğlubiyyətdə  günahkardır.  Xalq  sakit  qul 
həyatını mübarizə həyəcanlarından üstün tutmuşdur. Bununla 
bərabər  etiraf  etmək  lazım  gəlir  ki,  Samsonun  mübarizə 
ruhunda,  nifrətində  zadəganlığa  qarşı  ümumi  xalq  narazılığı 
və nifrəti əks olunmuşdur. 
"Pəhləvan  Samson"  faciəsinin  ancaq  və  ancaq  bərpa 
edilmiş  Stüartlar  monarxiyasına  nifrət  edən  respublikaçı  bir 
şairin  əsəri  kimi  başa  düşmək  olar.  Buradakı  surətlər  və 
hadisələr  şairin  həyatı  və  mübarizəsi  ilə  bağlı  siyasi 
ideyaların  əks-sədasıdır.  Faciənin  aktuallığı,  müasirliyi 
döyüşən  tərəflərin  qarşılaşdırılmasında  da  özünü  büruzə 
verir. 

Afaq Yusifli İshaqlı 
 
 
126 
Məlum  olduğu  kimi  Milton  dövrünün  siyasi  dilində 
royalistləri  fələstinlilər  adlandırırdılar.  Burada  bir  tərəfdə 
təmtəraqlı  Qəzza,  Dəlilə,  Qarafa,  sərxoş  lordlar  və 
fələstinlilərin  bordanmış  kahinləri  dayanırsa,  o  biri  tərəfdə 
Samson  durur.  Bir  tərəf  kübar  dairələri, istismarçıları  təmsil 
edirsə, o biri tərəf xalqı, əzilən kütləni təmsil edir. 
"Pəhləvan  Samson"  faciəsində  surətlər  daha  dolğun 
və  hərtərəfli  verilmişdir.  Samsonun  özünün  səciyyəsi 
hərəkətdə və inkişafda göstərilir. Onun bir döyüşçü, oğul, ər, 
qəbilə  üzvü  kimi  duyğu  və  düşüncələrinə  dərindən  nüfuz 
edilir.  Milton  inqilabın  mahir  bilicisi  kimi,  qəhrəmanın 
hərəkət  və  psixologiyasındakı  dönüşləri  düzgün  əks  etdirir. 
Əsər  süjet,  quruluş  və  surətlərin  təqdimi  baxımından  da 
şairin poemalarından daha bütöv və  bitkindir. 
"Qaytarılmış  cənnət"də  və  "Pəhləvan  Samson"da 
Miltonun  yaradıcılığı  özünün  kosmik  və  ümumbəşəri 
ölçülərini müəyyən dərəcədə itirsə də, daha dünyəvi və daha 
az ziddiyyətli bir səciyyə alır. Dramatik keyfiyyətlər ön plana 
keçir,  barokko  romantikası  ilə  bağlı  cizgilər  inqilabi 
klassisizm meylləri tərəfindən sıxışdırılıb və susdurulub. 
Miltonun  yaradıcılığının,  xüsusən  onun  bərpa  dövrü 
əsərləri  XVII  əsr  ingilis  həyatının,  ingilis  burjua  inqilabı 
dövrü  hadisələrinin  ən  parlaq  inikasıdır.  Bu  əsərlərdə 
döyüşən,  qalib  gələn,  məğlub  olan,  bədbinləşən  və  inanan 
insanların  əhval-ruhiyyəsi,  nifrət  və  qəzəbi  qələmə 
alınmışdır.  Dini  mövzular,  süjetlər  şairin  əsərlərində 
aktuallığını, müasirliyini ört-basdır edə bilməmişdir.  
 
* * * 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
127 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin