İNGİLİS ƏDƏBİYYATI
XVII ƏSRİN BAŞLANĞICINDA
İNGİLİS CƏMİYYƏTİ VƏ ƏDƏBİYYAT
Artıq XVI-XVII əsrlərin sərhədində İngiltərənin
iqtisadi və ictimai həyatında müşahidə olunan ziddiyyətlərin
kəskinləşməsi, burjuaziyanın ölkənin təsərrüfatında və
siyasətində daha artıq rol oynamağa başlaması məsələnin
inqilabi yolla həllinə gətirib çıxardı. Bu dövrdə İngiltərə
manufaktura sənayesi şəhərin sərhədlərini aşaraq kəndə ayaq
açdı. Kənd manufakturalarında minlərlə yoxsul işləyirdi.
Uzaq bazarları ələ keçirməyə çalışan, bu məsələdə ingilis
dövlətini Hollandiya, İspaniya, Portuqaliya ilə mübarizə
aparmağa vadar edən iri ticarət kompaniyaları meydana çıxır.
Ost-İnd, Vest-İnd, Moskva kompaniyaları buna misal ola
bilər.
Zadəganlıq ingilis burjuaziyasının ticarət əməliy-
yatlarında yaxından iştirak edir, hətta çox vaxt dəniz
qarətlərində və müstəmləkə macəralarında ona rəqib çıxırdı.
XVI əsrdən başlayaraq İngiltərədə yeni tipli zadəganlar
qrupu yaranır ki, onlar öz torpaqlarında qoyun saxlayır,
manufakturalar üçün xammal verirdilər. Bunun nəticəsində
də ingilis burjuaziyası ilə zadəganlar arasında uzun müddətli
möhkəm bir ittifaq yaranır.
Bu qoyunçu-zadəganlar ələ keçirdikləri torpaqları
otlaqlara çevirir, orada yaşayan kəndliləri isə "çəpərləmələr"
yolu ilə oradan qovurdular. XVI-XVII əsrlərin sərhədlərində
bu "çəpərləmələr" son dərəcə böyük sahələri əhatə edir və
kəndli kütlələrinin kütləvi şəkildə yoxsullaşmasını daha da
sürətləndirirdi.
Burada
köhnə
qaydalarla
yaşayan
zadəganlarla bütün torpaqları ələ keçirib onları otlaqlara
Afaq Yusifli İshaqlı
86
çevirmək istəyən yeni zadəganlar arasında da müəyyən
ziddiyyətlər meydana çıxır. İlk mərhələdə kəndlilər yeni-yeni
istismar formalarına, XVI-XVII əsrlərin aqrar çevrilişinin
gətirdiyi fəlakətlərə qarşı çıxış etməyə dəfələrlə cəhd
göstərir, o biri tərəfdən isə şəhər yoxsulları öz çıxışları ilə
burjuaziyanı narahat etməkdə idi.
İngilis mütləqiyyəti ilə burjuaziya arasındakı
ziddiyyətlər kəskinləşdikcə, feodal zadəganlığının və dövlət
kilsəsinin öz mövqeyini asanlıqla əldən verməyəcəyi
aydınlaşdıqca ingilis burjuaziyasının ən radikal dairələri xalq
kütlələrinə yaxınlaşmaq, onlarla ittifaqa girmək qərarına
gəldi. Burjuaziya yaxşı başa düşürdü ki, feodal mütləqiyyət
idarə üsulunu məhv edə biləcək yeganə bir qüvvə varsa, o da
xalq kütlələridir.
Burjuaziya və "yeni" zadəganlıq mütləqiyyətə qarşı
mübarizədə parlamentdən də istifadə etmək qərarına gəldi.
Məsələ burasındadır ki, parlament, xüsusən onun "icmalar
palatası" Tüdorlar hakimiyyətini müdafiə edən orqandan,
ona qarşı müxalifətdə olan bir təşkilata çevrilmişdi. "İcmalar
palatası" sinfi tərkibi baxımından antifeodal müxalifətə daha
yaxın idi.
Get-gedə güclənməkdə olan puritanlıq hərəkatı kral
hakimiyyəti üçün daha qorxulu idi. İngiltərə yepiskop
kilsəsinə qarşı duran puritanlıq burada geniş yayılan ciddi
intizama malik olan, yaxşı təşkil edilmiş bir partiya səciyyəsi
daşıyırdı. O, parlamentə nisbətən mütləqiyyət quruluşuna
qarşı ictimai ixtilafın daha güclü qüvvəsi idi.
İngilis feodal mütləqiyyət quruluşuna qarşı duran
müxalifət cəbhəsinin qüvvələri get-gedə güclənir və
fəallaşırdı. Artıq həmin dövrdə bu müxalifət qüvvəsinin öz
daxili ziddiyyətlərinin üzə çıxmasına, narahatlıqlara səbəb
olmasına baxmayaraq şəhər burjuaziyası milyonlarla
kəndliləri, şəhər yoxsullarını və yeni zadəganları öz
XVII əsr Qərbi Avropa ədəbiyyatı
87
rəhbərliyi altında birləşdirərək mütləqiyyətə qarşı döyüşlərə
aparırdı. Artıq inqilabın gedişində ingilis cəmiyyətinin ayrı-
ayrı sinifləri və təbəqələri arasındakı ziddiyyətlər aşkara
çıxsa da, antifeodal qüvvələr mütləqiyyətə nisbətən daha
güclü idi. Bu qüvvələrin qarşısında feodal mütləqiyyət
irticası duruş gətirə bilmir, dalbadal məğlub olur, iflasa
doğru gedirdi.
XVI-XVII əsrlərin sərhədlərində baş verən siyasi,
ictimai hadisələr ədəbiyyata da öz təsirini göstərdi. XVII
əsrin əvvəllərində ingilis humanizmində böhran müşahidə
edilməyə başladı. XVII əsrin ikinci yarısının Bekon, Spenser,
Şekspir, Qrin, Bomont kimi mütəfəkkir və yazıçılarını
C.Donn, Uebster, Dekker kimi sənətkarlar əvəz etdi. Onların
əsərlərində ümidsizlik, inamsızlıq, düşkünlük əhval-
ruhiyyəsi əks olunurdu.
XVI əsr humanistlərinin böyük ümidlər bəslədiyi
vahid milli monarxiyanın ədalətsiz bir quruluş olduğu aşkar
oldu. Bu dövrün humanist utopiyalarında ingilis xalqının
müdrik və ədalətli kral tərəfindən idarə olunacaq gələcək
xoşbəxt həyatı haqqındakı arzular alt-üst oldu. Bu isə öz
növbəsində humanist ziyalılar arasında xalqın gücünə
inamsızlıq
və
bədbinlik
əhval-ruhiyyəsi
oyadırdı.
Mütləqiyyət quruluşu və hakim kilsə irticası öz hücumlarını
məhvə doğru gedən kral hakimiyyəti üçün qorxulu olan
qabaqcıl ingilis humanistlərinə XVII əsrin inqilabi
döyüşlərində mühüm mövqe tutan puritanlar düşmən
münasibət bəsləyir, onları təqib edirlər. Onlar hər cür azadfi-
kirliliyi boğur, kalvinist moizələrinin tələblərinə tabe olmağı
tələb edirdilər. Humanistlərin şən, həyatsevər dünyagörüşü
ilə puritanların /kalvinistləri İngiltərədə belə adlandırırdılar/
ideyaları bir araya sığmırdı.
Vaxtilə ingilis milli dövlətinin yaranması və möh-
kəmlənməsi uğrunda çıxış edən humanistlər, indi ya feodal
Afaq Yusifli İshaqlı
88
zadəgan irticasının tələblərinə tabe olmalı, ya Şekspir kimi
susmalı, ya da əzablı şübhələr və axtarışlar nəticəsində
əvvəlki baxışlarından əl çəkib yeni görüşlər hazırlamalı
idilər. İngilis milli dövlətinin içərisində kəskinləşən sinfi
mübarizə yazıçılardan tələb edirdi ki, onlar yeni dövrün yeni
baxışlar və görüşlər sistemini işləyib hazırlasınlar. Onlar
gənc ingilis milli dövlətinin necə quruluşa malik olması
məsələsini və bununla bağlı bir çox mühüm məsələləri
aydınlaşdırmalı idilər. İngilis humanizminin ənənələri öz
yeni davamçılarını tapmalı idi. Meydana çıxan yeni ədəbi
elmi qüvvələr, yeni dünyagörüşü incəsənətə yeni münasibət
işləyib hazırlayır, humanizmin böhranını aradan qaldırmaqla
XVI əsr sənətkarlarının nailiyyətlərini qoruyub saxlamağa
çalışırdılar.
XVII əsrdə ədəbiyyatın inkişafına filosof Bekonun
ideyaları xüsusilə güclü təsir göstərmişdir. İntibah dövrü
humanizminin ənənələrinə o, XVII əsr mütəfəkkirlərinin
hamısından daha yaxın idi. Onun "Təcrübələr", "Yeni
Orqanon", "Yeni Atlantida" kimi əsərləri fəlsəfi əsərlərlə
olmaqla yanaşı istedadlı bir sənətkar qələmi ilə yazılmışdır.
Bekon öz fəlsəfi nəzəriyyələrini qeyri-adi ifadəli bir tərzdə
şərh edir.
XVII əsr ingilis şair və yazıçıları Bekonun əsərləri
əsasında tərbiyələnmiş, onun fikir və ideyaları əsasında öz
dünyagörüşlərini işləyib hazırlamışlar. Milton və Marvel
kimi sənətkarların yaradıcılığında bu cəhət daha qabarıq
şəkildə nəzərə çarpır. XVII əsrdə ingilis humanizminin
ənənələri B.Conson, Milton, Uinstenli, Benyan kimi
yazıçıların yaradıcılığında yeni keyfiyyətlər qazanaraq
yaşamaqda davam edir. XVI əsrin humanistləri kimi onlar da
xalq kütlələrinin mənafeyinə xidmət göstərir, öz əsərləri ilə
feodalizmin qalıqları üzərində qələbə qazanılmasına kömək
edirdilər. Bu dövrdə fəlsəfi fikirdə və incəsənətdə müxtəlif
XVII əsr Qərbi Avropa ədəbiyyatı
89
cərəyanların mübarizəsi onların təmsil etdiyi siniflərin və
partiyaların mübarizəsinə uyğun olaraq daha açıq, daha kəs-
kin şəkil alır.
XVII əsrin başlanğıcında ingilis barokko şeirinin ən
tanınmış nümayəndəsi CON DONN /1572-1631/ olmuşdur.
Oksford və Kembric universitetlərində hüquq elmlərini
öyrənən, müxtəlif adamların yanında katib işləyən C.Donn
ömrünün son illərini müxtəlif ruhani rütbələrdə keçirmişdir.
Mürəkkəb, çətin bir yaradıcılıq yolu keçən şair yeni dövrün
əhval-ruhiyyəsini əks etdirmişdir. Şeirlərinin musiqisinə,
axıcılığına az fikir verən C.Donn özü üslubunu "kobud və
qaba" adlandırmışdır. Lakin onun şeirlərində yandırıcı bir
daxili qüvvə duyulur. C.Donn təzadlı, zil, bəm ahəngləri,
ülvi əflatuni sevgi hisslərindən birdən-birə naturalist
səhnələrə keçidləri çox sevir, istehza və lənətləri birdən-birə
vəhd və heyranlıq duyğuları əvəz edir. Bir şair kimi C.Donnu
əzablı ziddiyyətlərlə dolu olan mürəkkəb hissələr, onların
toqquşması, mübarizəsi, bir-birinə çulğaşması cəlb edir. Bu
təzadlar
və
mürəkkəbliklər
vasitəsilə
o,
həyatın
ziddiyyətlərini
əks
etdirməyə
çalışır.
O,
həyatın
müəmmalarını, məntiqi yolla ifadə etmək mümkün olmayan
ruhi hallarını poeziya vasitəsilə əks etdirməyə can atır.
Sevgi əzabları, ayrılıq iztirabları, ölüm və onun
fəlsəfi mənası, yetkinlik və tənəzzül rəmzi olan payızın
yazdan üstün olması Donnun poeziyasının əsas motivləridir.
Şair istiarələrə çox meyl göstərir. Onun fikrincə hər şey
nisbidir, ancaq başqası ilə müqayisədə və qarşılaşdırma
zamanı dərk olunur.
Bu dövr dəbdə olan "metafizik məktəb"in və "Karl
məktəbi"nin
1
üzvləri olan şairlər yaradıcılıqlarının bir sıra
1
Бу мяктябин ады онун щамиси олан Ы Карл Стцартын адындан эютцрцлмцшдцр.
Afaq Yusifli İshaqlı
90
keyfiyyətləri ilə C.Donn ilə birləşirdilər. C.Herbert, R.Kreşo,
H.Voen, T.Keryü kimi sənətkarları birləşdirən bu məktəblər
mürtəce ingilis mütləqiyyətinin ideologiyasına xidmət
edirdilər. Metafiziklərin nümayəndələrinin şeirlərində mistik
dini
əhval-ruhiyyə,
açıq
erotika
və
döyüşkən
mütləqiyyətçilik təəssübkeşliyi ilə birləşir, ingilis kübar
dairələrində katolikliyə rəğbətin gücləndiyini göstərirdi.
İngilis mütləqiyyəti XVII əsrin iyirminci illərində katolikliyə
rəğbətlə yanaşır, puritançılıq və kalvinizm dini bayrağı
altında çıxış edən mütərəqqi qüvvələrə qarşı mübarizədə ona
arxalanmağı əlverişli sayırdı.
"Metafiziklərin" "Karl məktəbi" şairlərinin lirik
qəhrəmanı ya mistik dini seyrçiliyə qapılmış, yaxud
mücərrəd elmi axtarışlarla məşğul olan bir xəyalpərvər, ya da
çoxsaylı cəngavərlik romanlarının qəhrəmanlarını təqlid
edən bir rıtsardır. Bu əsərlərin dil və üslubu da onların
məzmunundan uzağa getmirdi. Onlardakı ritorika, söz
oyunbazlığı, incə ifadələr arxasınca qaçmaq meyli həmin
əsərlərin xalqa zidd bir mahiyyətdə olduğunu bir daha nəzərə
çatdırırdı.
XVII əsrin ilk illərində mürtəce ədəbi cəbhənin
əksinə olaraq qabaqcıl yazıçılar xalqın istək və arzularını
qələmə alır, dövrün ziddiyyətlərindən söhbət açır, xalq
kütlələrinin mütləqiyyətə, zadəganlığa və hakim kilsəyə
qarşı mübarizəsindən danışırdılar. Bu dövrün ən istedadlı
sənətkarlarından biri Şekspirin kiçik müasiri dramaturq
Bencamin Conson /1573-1637/ idi. Yazıçının hörmət və
məhəbbət əlaməti olaraq onu Ben Conson adlandırırdılar.
Dramaturq artıq "Hər kəsin öz əxlaqı var", " Hər kəsin öz
əxlaqı yoxdur" adlı ilk komediyalarında ingilis gerçəkliyinin
canlı səhnələrini yaradır, cəmiyyətin əxlaqının parlaq
səciyyələrini təsvir edir. Bunlarda nəsihətçilik meyli
güclüdür.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
91
Ben Conson "Sintiyanın məclisi", "Qafiyəquraşdıran"
pyeslərində özünün ədəbi düşmənlərinə kəskin cavab vermiş,
onların dramaturgiyanı ancaq zərif bir əyləncə vasitəsinə
çevirmək cəhdlərini rədd edərək incəsənətin öyrədici,
tərbiyəedici vəzifələrindən danışmışdır.
"Seyan: onun süqutu" və "Katilina: onun sui-qəsdi"
faciələrində isə Conson Şekspir ənənələrinə sadiq qalaraq
siyasi faciə yaratmış və bu faciələrdə özünün mütləqiyyətə
zidd olan respublika görüşlərini ifadə etmişdir. Şekspirin
faciələrindən fərqli olaraq Conson ciddi elmi axtarışlar
aparmış, öz Roma faciələrini Roma adət və ənənələri, tarixi
faktları ilə zənginləşdirmişdir. Ayrı-ayrı surətlərin nitq və
danışıqları Roma tarixi və ədəbi abidələrinin diqqətli filoloji
tədqiqi əsasında yaradılmışdır.
Dramaturqun "Voltene" /1607/, "Episin, yaxud dön-
məz qadın" /1609/, "Kimyagər" /1610/, "Müqəddəs Varfo-
lomey günündə yarmarka" /1614/ kimi komediyalarında
ingilis gerçəkliyinin daha realist mənzərələri yaradılmış,
iflasa uğramış zadəganların, acgöz burjua nümayəndələrinin
satirik surətləri yaradılmışdır. Burjua acgözlüyü və
tamahkarlığını tənqid edən Conson "Voltene" komediyası ilə
Şekspirin "Afinalı Timon"u ilə yanaşı dura bilən bir əsər
yazmışdır.
"Müqəddəs Varfolomey günündə yarmarka" kome-
diyasında Conson ingilis cəmiyyətinin müxtəlif təbəqələrinin
nümayəndələrini yarmarka meydançasına toplayaraq şən,
canlı, xəlqi bir əsər yaratmışdır. Nadan və qəddar hakim
Overdu, özünü dindar, təmiz bir adam kimi göstərən riyakar
puritan Rebi Bizi surətinin təqdimində dramaturqun xəlqiliyi
daha aydın nəzərə çarpır.
Conson inqilab ərəfəsi dövrünün ingilis gerçəkliyini,
bu gerçəkliyin nümayəndələrini ustalıqla qələmə alır. Onun "
Varfolomey yarmarkası" komediyasında yaradılan xalq
Afaq Yusifli İshaqlı
92
nümayəndələrinin surətləri – yomenlər və plebeylər rəğbətlə
təsvir olunur, onlardakı güc, enerji göstərilir. Onların hərəkət
və sözlərində yaxınlaşan inqilabın nəfəsi duyulur.
Ben Conson öz estetik görüşlərini şərh edən ayrıca
əsərlər yazmamışdır. Lakin pyeslərinin önsözlərində, dostları
ilə söhbətlərində, xüsusən "Kəşflər" adlı aforizmlər
toplusunda dramaturq incəsənətə dair görüşlərini şərh
etmişdir. Gerçəkliyin ən tipik hadisələrini tapıb göstərməyi,
surəti dərin psixoloji təhlildən keçirməyi tələb etmək onun
estetik görüşlərində əsas yer tutur. Lakin rasionalizmə
müəyyən meyl onu həyatı dialektik inkişafda, rəngarəng
tərzdə əks etdirməyə imkan verməmiş, onun realizmini
məhdudlaşdırmışdır. Bu cəhət Consonu erkən klassisistlər və
onların sələfləri ilə yaxınlaşdırır.
Consonun "yumor" nəzəriyyəsində də bu cəhət aydın
görünür. Dramaturqa görə "yumor" şəxsin cəmiyyətdə
tutduğu yer və mövqelə bağlı yaranan, inkişaf edən səciyyəvi
xüsusiyyətdir. "Yumor" bu halda ancaq müəyyən bir şəxsə
aid olan keyfiyyət olmayıb, ictimai vəziyyətlərinə görə
birləşən insan qruplarının xüsusiyyətləridir. Cəmiyyətdə eyni
mövqe tutan adamlar eyni "yumora", daha doğrusu, sifətlərə
malik
adamlar
kimi
təqdim olunurlar. "Voltene"
komediyasındakı Voltene, Korbaçço, Voltorre kimi surətlər
buna misal ola bilər. Bu adamları eyni eybəcər acgözlük,
qızıl, var-dövlət hərisliyi səciyyələndirir. Consonun yumor
nəzəriyyəsi ingilis dramaturgiyasının inkişafında mühüm bir
hadisə olsa da, o, yazıçını məhdudlaşdırır, insanın realist
inikası problemini onun "yumorunun" təsviri ilə əvəz edirdi.
Consonun Şekspir realizmindən uzaqlaşması burada özünü
daha aydın göstərirdi.
Lakin bir cəhəti yadda saxlamaq lazımdır ki,
Consonun "yumor" nəzəriyyəsi yazıçının müasir ingilis
gerçəkliyinə olan dərin marağı ilə, onun öyrənmək, anlamaq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
93
cəhdi ilə bağlıdır. Bu meyl onu ingilis həyatının rəngarəng
mənzərələrini
yaradan
esse-oçerk
müəllifləri
ilə
yaxınlaşdırırdı. C.Stivens, C.Erl, T.Overberi və başqa
oçerkçilər anatomiya /təhlil, öyrənmə, nəzərdənkeçirmə
deməkdir/ adlandırdıqları əsərlərində ingilis həyatının canlı
mənzərələrini yaradırdılar. Skvayrlar, peşə və sənət adamları,
tələbələr, şəhərlilər bu esselərin qəhrəmanına çevrilir, ədəbi
surətlərin canlı prototipləri olurdular.
XVII əsrin birinci yarısında ingilis nəsrinin ən
görkəmli sənətkarı "Melanxoliyanın anatomiyası" əsərinin
müəllifi Robert Bertondur /1577-1640/. 1621-ci ildə kəşf
edilən bu əsər tənqidi pafosu və səmimiliyi ilə diqqəti cəlb
edir. Yazıçı memuar janrının xüsusiyyətləri elmi əsərə
məxsus cizgiləri məharətlə birləşdirmiş maraqlı, zəngin bir
əsər yaratmışdır. Melanxoliyanın /ruh düşkünlüyünün/
mahiyyətini aydınlaşdırmağa çalışan müəllif onu dalğın
xəyalpərvərlik və qəmli düşüncələrə dalmaq kimi yox,
insanın daimi xüsusiyyəti, "yumoru" kimi götürüb. Ədib
B.Consonun "yumor" istilahını da onun işlətdiyi mənada
istifadə edir, həmin "daimi xüsusiyyəti" həyatın qeyri-
kamilliyindən irəli gələn bir narazılığın ifadəsi sayır. Berton
ingilis ictimai quruluşunun, ingilis sosial sisteminin
yaramazlığını, onun ədalətsizliyini göstərməklə yanaşı insan
təbiətindəki ziddiyyətlərə diqqəti cəlb edir, heyrətlənir və
heyrətləndirir. Yazıcı insan qəlbini dərin psixoloji təhlildən
keçirərək insan mənəviyyatının ən incə duyğular aləminə
nüfuz edir. Bertonun əsərində hər şeydən əvvəl humanizm
böhranı əks olunmuşdur.
Berton
ruh
düşkünlüyündən qurtarmaq üçün
mistikaya, erotikaya deyil, elmə, əməyə müraciət etməyi
lazım bilir, əməyin insana gətirdiyi həzzi, ləzzəti tərənnüm
edir. Yazıcı ruh düşkünlüyündən tamam yaxa qurtarmaq
üçün deyil, onu zərərsizləşdirmək üçün çarə, dərman axtarır.
Afaq Yusifli İshaqlı
94
O, təbiətdə və cəmiyyətdəki ziddiyyətləri dərk etmək üçün
daha kamil idrak metodunun olduğunu duyur və bunu
yüksək qiymətləndirir. İftixarla özünü "kiçik Demokrit"
adlandıran Berton şübhələrinə baxmayaraq insan ağlına
inamını heç vaxt itirməmişdir.
Conson və Berton inqilab ərəfəsində ingilis ədə-
biyyatının ən görkəmli nümayəndələri kimi diqqəti cəlb
etsələr də, onların əsərlərində mütləqiyyət və yepiskopal
kilsənin tənqidi kalvinizmə yaxın olan şair və yazıçıların
əsərlərində,
xüsusən
20-30-cu
illərin
puritan
publisistikasında olduğu qədər kəskin deyildi. Məhz bu
cəhətlərinə görə feodal mütləqiyyəti irticası onlara qarşı daha
amansız hərəkət edir, onları izləyir, işgəncələr verir,
doğrayır, qulaqlarını kəsir, rüsvayçılıq dirəyinə bağlayırdılar.
XVII əsrin başlanğıcında bir çox ingilis şairlərinin
dünyagörüşü puritan publisistikasının təsiri altında
formalaşmışdır. Miltonun 20-30-cu illərindəki ədəbi-
publisist fəaliyyəti də puritan mətbuatının təsiri altında
olmuşdur.
1648-Cİ İL İNGİLİS BURJUA İNQİLABI
VƏ ƏDƏBİYYAT
Burjuaziya və yeni dvoryanlıq XVII əsrin 40-cı
illərində baş vermiş inqilabda xalqın qazandığı qələbədən öz
xeyrinə istifadə etməyə, inqilabın dərinləşməsinə mane
olmağa çalışırdı. Yeni dvoryanlıq iri torpaq mülkiyyətinin
ləğv etməyə mane olurdu.
Vətəndaş müharibəsinin başlanğıcında antifeodal
hərəkatının başında mülayim dini-siyasi istiqaməti təmsil
edən presviterianlar dururdu. İri burjuaziyanın və yeni
dvoryanlığın
ən
yüksək
dairələrini
təmsil
edən
presviterianların rəhbərləri kralla sazişə gəlməyə hazır idilər.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
95
1644-cü ildə orduda və arxa cəbhədə narazılıq yaradan
presviterianlar hərbi rəhbərlikdən kənar edilir.
Ticarət və sənaye burjuaziyasının, eləcə də yeni
dvoryanlığın orta təbəqələrini /centri/ təmsil edən inde-
pendentlər partiyası hakimiyyəti ələ alır. Orduda böyük
nüfuzu olan independentlərin başında görkəmli dövlət
xadimi və sərkərdə Oliver Kromvel dururdu. O, parlament
ordusunu inqilabi əsaslar üzərində yenidən qurdu və 1644-cü
ildən bütün hərbi əməliyyatlara şəxsən rəhbərlik etdi.
Kromvelin "Yeni nümunə" adı ilə yaratdığı ordu və özünün
qətiyyətli hərəkətləri onun I Karl üzərində qələbəsini təmin
etdi, feodal mütləqiyyət hakimiyyəti ləğv olundu.
İndependentlər royalistlər üzərində qəti qələbəyə can
atdıqları kimi yeni dvoryanlığın mənafeyinə toxunan kəndli
hərəkatını da boğmağa çalışırdılar. Buna görə də 40-cı illərdə
ingilis burjuaziyasının ən inqilabi qüvvələrini təmsil edən
"levellerlər
-
bərabərləşdiricilər"
Kromvelə
və
independentlərin hakim dairələrinə qarşı çıxış edirdilər.
İndependentlərin siyasətinə qarşı ümumxalq narazılığınən
artdığı ilk dövrlərdə levellerlər geniş xalq kütlələrini öz
tərəflərinə çəkə bildilər. Levellerlərin lideri Con Lilbern idi.
Mütləqiyyət hakimiyyəti dövründə həbsxanada olan Lilbern
inqilab dövrünün ən tanınmış hərbi sərkərdələrindən
sayılırdı. Lakin Kromvel çəpərləmələrin ləğvini, qanun
qarşısında hamının bərabərliyini, ümumi seçki hüququ və
vergi islahatı aparılmasını tələb edən levellerlərə amansız
divan tutdu, Lilbern zindana atıldı. Orduda levellerlərə
rəğbətdən irəli gələn üsyanlar da yatırıldı.
Bu hadisələr kəndli kütlələrini qorxutmadı, inqilabın
dərinləşməsinə, feodal münasibətlərin ləğvinə, torpaqların
bölünməsinə can atan kəndli kütlələri "əsl levellerlər, yaxud
diggerlər" belə hesab edirdilər ki, kəndlilər inqilabda iştirak
etməklə özlərini dolandıra biləcək miqdarda torpağa sahib
Afaq Yusifli İshaqlı
96
olmaq hüququ qazanmışlar. Onlar kral tərəfdarlarının
müsadirə olunmuş torpaqlarının yoxsul kəndlilər arasında
bölünməsini tələb edir, bu torpaqları ələ keçirən parlamentin
yuxarı hakim dairələrinin özbaşınalığına qarşı çıxırdılar.
Diggerlər boş torpaqların birgə becərilməsi, qarşılıqlı kömək
prinsiplərini irəli sürürdülər. 1648-1649-cu illərdə onlar öz
planlarını bəzi yerlərdə əməli surətdə həyata keçirməyə
girişirlər. Lakin onlar hər yerdə varlı kəndlilərin və dövlətin
müqavimətinə rast gəlirlər. Parlament ordusu diggerlərə
divan tutmaq üçün hərəkətə gəlir.
İngiltərədə burjua inqilabının ordusu xalq hərəkat-
larına divan tutmaq vasitəsinə çevrildi. 1649-1652-ci illərdə
İrlandiya işğal olundu. İngilis burjuaziyasının hakimiyyəti
əldə saxlamaq cəhdləri independentləri hərbi diktaturaya
gətirib çıxartdı. İnqilab sərkərdəsi xalqı boğan bir diktatora
çevrildi. İngiltərə respublikası lord-protektor və onun valiləri
– general-mayorlar tərəfindən idarə olunan hərbi polis
dövləti oldu.
İngilis hakim dairələri xalqın narazılığını aman-
sızlıqla boğur, varlanır, yeni bazarlar və ticarət yolları
uğrunda mübarizə aparırdı. Aldadılmış, qarət edilmiş
kəndlilər və şəhər yoxsulları burjuaziya və yeni dvoryanlığın
yaratdığı yeni dövlətə tərəfdar çıxmadı.
Kromvelin ölümündən sonra onun həmkarları
hakimiyyət uğrunda mübarizə apardıqları bir dövrdə
Stüartlar sülaləsinin hakimiyyəti bərpa edildi.
Edam edilən I Karlın oğlu II Karl hakimiyyəti ələ
aldı. Burjuaziya və yeni dvoryanlıq tərəfindən edilən bu iş
xalq hərəkatını boğmaq üçün atılan bir addım idi.
XVII əsr ingilis burjua inqilabı və onun iştirakçıları
arasında ayrı-ayrı partiyalar və istiqamətlərin mübarizəsi
ingilis gerçəkliyinin ifadəsi idi, onun iqtisadi və ictimai
münasibətlərinin mürəkkəbliyi ilə şərtlənirdi. Ayrı-ayrı
XVII əsr Qərbi Avropa ədəbiyyatı
97
partiya və istiqamətlərin mübarizəsi ictimai fikrə və
ədəbiyyata da güclü təsir göstərmiş, onun mövzusunu,
janrlarını, üslubunu və formalarını müəyyənləşdirmişdir.
İngiltərədə geniş yayılan təbliğat janrı publisistik
cizgilər alır. Dövrün tələblərindən irəli gələn bu janr baş
verən hadisələrə qarşı oyanan fikir və duyğuları əks etdirmək
üçün çox əlverişli idi. Döyüşən tərəflər ondan güclü bir silah
kimi istifadə edirlər. Moizə XVII əsrin natiqlik nəsrinin ən
əlverişli janrı olmaqla döyüşən cəbhələrin ideya və
görüşlərini əks etdirirdi. 30-40-cı illərdə irticanın
rəhbərlərindən olan yepiskop Lod özü moizəçi idi. O,
metafiziklərin şeirlərinə yaxın olan mistik, qılıqlı moizələr
yaratmışdır. "Karl məktəbi" şairləri ilə birlikdə 1642-ci ildə
parlamentin əmri ilə bağlanmış teatrların aktyorları da Karl
bayrağı atında vuruşurdular. Parisdə yaşayan mühacir
yazıçılar /Davenant, Kauli və b./ Karl sarayının mənafeyini
müdafiə edirdilər.
XVII əsrin görkəmli materialist filosofu Tomas
Dostları ilə paylaş: |