119
lər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək
səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə
etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mə-
nasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiy-
yatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz
olduğunu göstərmək üçun işlədilir. Müəllifin və ritorun dilində
belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya – diniləyicilərə
münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor ara-
sında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə
hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik nor-
malardan kənara çıxmamalıdır. Ritorun nitq
zamanı hərəkətləri də
etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi
dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdir-
məməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qals-
tukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı
natiq üzü tüklü, köynəyi çirkli və yaxalığı əzik şəkildə, rəngləri
müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir,
əlindəki kitabı, karandaşı, tabaşiri tez-tez ya stola çırpır, ya da
göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər
zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.
Dostları ilə paylaş: