118
Ritorika və tarix Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək
olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil.
Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini
yaxşı bilməsi nəzərdə tutulur.
Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu
dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin
görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi
bacarmalıdır. Əgər, ritor tarixi hadisələri – onların səbəblərini,
gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olma-
yacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək.
Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini gö-
türək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından
yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin
hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqı-
mızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması
kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və
şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə,
aramla, astadan, pauzalarla danışmalı olacaqdır.