Ritor-əslində danışdığı dildə yaramış olan ədəbiyyatla yanaşı,
ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr,
dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin
poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcə-
hətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə
əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq
üçün natiqdən – ritordan bu sahəni yaxşı bilmək tələb olunur.
İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu
ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün
kimi, dinləyicini də razı sala bilməzsən.
Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənim-
səmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxu-
maq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada
oxumaq natiq üçün qüsurdur.