Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə136/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   166
2015-332

 
190 
Dramaturgiya  dili  –  monoloq  və  dialoqlardan  ibarət  olan 
səhnə əsərinin dilidir.  
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha 
zəngin  sayılır.  Başqa  üslubların  formalaşması,  ədəbi  dil 
normalarının  müəyyənləşməsində  bədii  üslub  həmişə  aparıcı 
olmuşdur.  Ədəbi  dildə  normanın  yeniləşməsi,  ümumxalq  dili 
vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır. 
 
Mövzu 21. Elmi üslub. Sözün terminoloji funksiyası. 
 
Elmi  üslub  –  milli  elmi  təfəkkürün  ifadəsidir.  O,  müxtəlif 
elm sahələrinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqlik, 
dəqiqlik,  ardıcıllıq  və  konkretlikdir.  Elmin  müxtəlif  sahələrinə 
aid  kitab,  dərslik  və  məqalələr  elmi  üslubda  yazılır.  Bədii  üslu-
bun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslub-
da, demək olar ki, təsadüf edilmir. 
Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda 
ixtisas sözlərinin – terminlərin bol-bol işlənməsidir. Hər bir elm 
sahəsinin  özünəməxsus  terminləri  vardır  ki,  onlar  yalnız  mütə-
xəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur. 
Elmi  üslubda  mürəkkəb  cümlələr,  modal  sözlər  çox  işlənir. 
Elmi  üslubda  fikrin  daha  dəqiq  və  yığcam  şəkildə  ifadəsi  üçün 
çox  vaxt  müxtəlif  sxem  və  qrafiklərdən,  şərti  işarələrdən  geniş 
istifadə  edilir.  Elmi  üslubda  söz  və  ifadələr  müəyyən  elmi 
anlayışları  birmənalı  şəkildə,  birbaşa  ifadə  edir.  Buna  görə  də 
elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya 
və ya çoxmənalılığa yol verilmir. 
Sözün  elmi  üslubdakı  əsas  vəzifəsinə  onun  terminoloji 
funksiyası  deyilir.  Mətndə  birbaşa  terminoloji  funksiya  daşıyan 
söz  və  ya  ifadə  termin  adlanır.  Başqa  üslublar  üçün  səciyyəvi 
olmayan  terminlər  elmi  üslubun  əsas  göstəricilərindən  biridir. 
Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. 


 
191 
Termin,  ilk  növbədə,  ayrı-ayrı  elm  sahəsinə  aid  olan  və  yalnız 
həmin  elm  sahəsində  işləyən  mütəxəssislər  üçün  anlaşıqlı  olur. 
Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı 
ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu 
kimi,  bizim  dilimizdə  də  alınma  terminologiya–  beynəlmiləl 
səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir 
sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, 
sinus, kosinus, benzol, petrol və s. 
Dünya dillərinin çoxunda olduğu kimi, Azərbaycan dilində də 
alınma  terminologiya  daha  geniş  yayılmışdır.  Hər  bir  dilin  elmi 
üslubunda  beynəlmiləl  terminlər  milli  terminləri  sıxışdırır.  Elmi 
məlumatların,  müxtəlif  araşdırmaların  nəticələrinin  daha  çox  elan 
edildiyi dillər müəyyənləşir. İngilis, alman, fransız, rus dilləri kimi. 
Elmi üslub get-gedə daha çox formullara, sxemlərə meylli olur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin