Söz sırasının qəsdən pozulması (inversiya), qeyri-normativ
quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı).
Obrazlılığın fonetik səviyyədə təzahürü qrammatik səviy-
yədə təzahürü ilə, leksik səviyyədə təzahürü isə həm fonetik, həm
də qrammatik səviyyədəki təzahürləri ilə birbaşa bağlıdır.
Bədii üslub ümumxalq dilinə əsaslanır. Xalq təfəkkürünün
məhsulu olan sözlər, ifadələr, hətta müəyyən həcmdə dialek-
tizmlər belə bədii üslubda işlənir.
Bədii üslub – şeir dili, nəsr dili və drammaturgiya dili
formalarında özünü göstərir.
Şeir dili – müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və
qafiyələnən dildir. Məsələn,
Başına döndüyüm gülüzlü sona,
Ömrümün ilk çağı yadıma düşdü:
Şairlər oylağı bizim tərəflər,
Tərlanlar oylağı yadıma düşdü.
(S.Vurğun)
Nəsr dili – müəyyən süjetə malik olan təhkiyənin – hekayə,
povest, romanın dilidir. Məsələn:
Musa dayı iti və sərt bir hərəkətlə üzünü bizə tərəf çevirib,
heyrətlə əvvəlcə mənə, sonra Humaya, sonar yenə mənə baxdı.
Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi.
Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli
səslə mənim üstümə qışqırdı:…
(İ.Əfəndiyev)