Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə143/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   166
2015-332

Mövzu 28: Diplomatik natiqlik 
 
Xarici işlər nazirlərinin çıxışları, mətbuat konfransları, döv-
lət başçılarının BMT-də çıxışları, diplomatik mübahisələr barədə 
əməli məşğələ aparmaq lazımdır. 
 


 
199 
Mövzu 29: Məhkəmə nitqi. 
 
Bu  nitq  dilin  bütün  funksiyalarını  (ünsiyyət,  xəbər,  təsir 
funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bü-
tün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan  – elmi 
terminlər, hüquqi kateqoriyalar, standart formullar işlədilir ki, bu 
da  təbiidir.  Ona  görə  ki,  məhkəmə  prosesində  hüquqi  təhsili  və 
müəyyən  hüquqi  savadı  olanlar  danışır,  fikir  və  mülahizələrini 
söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq 
üslublarından – ictimai-siyasi məlumat vermək, təbliğat və təşvi-
qat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyə-
tini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da isti-
fadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim 
və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir 
qismi  (prokuror  və  məhkəmənin  nitqi)  ittihamedici,  digər  isə 
(vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. 
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və ay-
dın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, fakt-
lara,  obyektivliyə,  ədalətə,  qanun  aliliyinə  əsaslandığı  təqdirdə 
təsirli və inandırıcı olur. 
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. 
Məhkəmə prosesində qaldırılan vəsatət hadisələrin dərin təhlilin-
dən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, sə-
mimiliyə, qanunun aliliyinə riayət etməlidir. 
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan 
əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin 
bu növünə böyük əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının 
müəyyən  maddəsi  öz  şəxsi  mənafeyini  müdafiə  edə  bilmək  üçün 
məhkəmədə  nitq  söyləməyi  hər  bir  afinalının  borcu  hesab  edirdi. 
Bu  qanun  qədim  Yunanıstanda,  eləcə  də  Roma  respublikasında 
məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, 
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar. 


 
200 
XIX  əsrin  ikinci  yarısında  nitqin  bu  növünün  gözəl  nümunə-
lərinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast 
gəlinir.  Rusiyada  dövrün  qabaqcıl  ziyalıları,  alimlər  və  başqaları 
məşhur  vəkillərin,  ittihamçıların,  bəzən  də  müttəhimlərin  nitqini 
dinləmək  üçün  məhkəmə  salonlarına  gedirlər.  Azərbaycanda  da 
məhkəmə  natiqliyinin  müəyyən  tarixi  vardır.  Məhkəmə  salonla-
rında  alovlu  nitqlər  söyləyən,  adamların  hüquqlarını  müdafiə  et-
məyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmisə qiymət-
ləndirilmiş,  təqdir  olunmuşdur.  Uzun  illər  xalq  hakimi,  sonra  da 
vəkil  işləmiş  adlı-sanlı  ədliyyə  müşaviri  İman  İmanovun  natiqliyi 
barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında 
bir müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə 
müyəssər  oldu.  Bir  qədər  pafosla  söylənilən  bu  nitq  adamı  valeh 
edirdi. O, söz alıb ayağa qalxdı, ani olaraq susdu. Bu başlanğıc fasi-
ləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti cəlb edir, özü haq-
da ilk təssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta templə 
ifadə  etdiyi  ―Möhtərəm  hakimlər‖  müraciəti  ilə  nitqinə  başladı. 
Natiq  fikrini  aydın  ifadə  etmək  üçün  olduqca  münasib  sözlər, 
ifadələr  işlədir,  dediklərini  əsaslandırmaq  məqsədilə  yeri  gəldikcə 
faktlara,  dəlillərə  müraciət  edir,  şərhini  məntiqi  əsasda  qurmağa 
çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini tamamlayır, ikinci 
dərəcəli  məsələlər  əsas  fikrin,  mətləbin  açılmasına,  dinləyiciyə 
çatdırılmasına  xidmət  edirdi.  Natiq  yeri  gəldikcə  obrazlı  ifa-
dələrdən,  zərbi-məsəllərdən,  aforizmlərdən,  rəngarəng  müraciət 
formaları  və  sairdən  istifadə  edirdi.  Bu  nitq  intonasiya  cəhətdən 
zəngin  və  xoşagəlimli  idi.  Nitqin  sonu  başlanğıcla  əlaqələndirildi 
ki,  bu  onun  kompozisiya  baxımından  tamlığını  təmin  etdi.  Natiqə 
qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır. 
Məhkəmə  natiqliyindən  söhbət  düşəndə  İ.İmanov  onun 
uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı: 
1) Natiq  nitqin  predmetini  yaxşı  bilməli,  onun  müsbət  və 
mənfi cəhətləri natiq üçün aydın olmalıdır; 


 
201 
2) Natiq  ana  dilinin  zənginliklərindən,  ifadə  vasitələrindən 
istifadə etməyi bacarmalıdır. 
3) Yalan danışmamalıdır. 
Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf 
ki, onların natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılma-
mışdır.  Hazırda  ədliyyə  sistemində  işləyənlərin,  xüsusilə  hüquq 
təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə bö-
yük ehtiyac vardır.Bu gün universitetlərin hüquqşünas fakültələ-
rində  tələbələr  həm  də  mahir  natiq  kimi  yetişməli,  formalaş-
malıdır. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin