Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 26: Nitqin növləri və formaları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə141/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   166
2015-332

Mövzu 26: Nitqin növləri və formaları 
(dialoji nitq, monoloji nitq) 
 
Dialoji  nitq.  Bu  nitq  fəaliyyətinin  bir  forması  olaraq  müəy-
yən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, 
növbələşən  canlı  ünsiyyət,  danışıqdır.  Burada  danışan,  daha 
doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, 
sonra  isə  xarici  nitqə  keçir,  demək  istədiyini  sözlə  ifadə  edir. 
Fikri  qəbul  edən  (dinləyən,  eşidən)  əvvəlcə  dinləyir,  sonra 
düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq 
cavab  verir.  Dialoji  nitqdə  həmsöhbətlərdən  birinin  ifadə  etdiyi 
fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli 
olaraq  söhbətə  öncədən  hazırlıq  görülmür.  Bu  səbəbdən  dialoji 
nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında 
(dialoji  söhbət,  danışıq  formalarında)  onun  iştirakçıları  hadisəni 
təfərrüatı ilə danışır, onlara öz münasibətini bildirir, dediklərinin 
daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı 
söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciət-
lər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəh-


 
197 
dət  yaradır.  Dialoq  zamanı  leksik  təkrarlara,  suala  sualla  cavab-
vermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurul-
ması,  pauzalar  və  s.  özünü  göstərə  bilir.  Əlbəttə,  belə  ünsiyyət 
prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma-
larına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi 
vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, 
danışıq  dili  üçün  səciyyəvi,  yığcam  və  ixtisar  olunmuş  nitqdir. 
Orada  ifadələr  bir  qədər  qısa,  sintaktik  quruluşlar  sadədir.  Ya-
rımçıq  cümlələrdən  daha  çox  işlədilir.  Nitqin  bu  növündə  digər 
vasitələrdən də – jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə 
olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır. 
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struk-
tur  baxımından  sadədir.  Fikir  bir  nəfər  tərəfindən  geniş  və  ya 
müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın 
müsahibi  (və  ya  mühasibləri)  ilə  əks  əlaqəsi  olmur.  Monoloji 
nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təs-
diqləmə,  fikir  söyləmə,  səciyyələndirmə)  istifadə  etməklə  hər 
hansı  bir  məzmunun  başqasına  çatdırılmasıdır.  Bu,  təşkil  olun-
muş,  proqramlaşdırılmış  nitqdir.  Yəni  danışan  deyəcəklərini  əv-
vəlcədən  düşünür,  ifadə  edəcəyi  fikrin  həcmini,  xarakterini 
müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət for-
masını,  dil  materiallarını  seçir,  müsahibinin  (müsahiblərinin) 
səviyyəsini,  deyəcəklərinin  ona  (onlara)  necə  təsir  edəcəyini 
təsəvvüründə canlandırır. 
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan 
tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil 
donu  geyindirir.  Hansı  sözlərdən,  ifadələrdən  istifadə  edəcəyini, 
nitqini  necə  başlayacağını  və  quracağını  və  s.  özü  üçün  müəy-
yənləşdirir. 
 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin