198
Mövzu 27: Natiqlik sənətinin sahələriı. Ġctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmiş-
dir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio
və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Res-
publikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin
daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadi-
sələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir.
İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər
məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox
böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və
daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından
xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoy-
muşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti
həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil
olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan ―Nitq
mədəniyyətinin əsasları‖ fənninə bu barədə ayrıca bölmə daxil
edilməlidir. Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlə-
rinə bələd olsunlar, onun məziyyətlərini əxz etsinlər, öz ixtisas-
ları ilə yanaşı, həm də gözəl natiq, söz ustası kimi yetişsinlər.
Prezidentin inaqurasiya nitqi, siyasi mövzularda məruzələr,
hər hansı toplanışda hesabat məruzəsi, mitinqlər, siyasi təbliğat-
çıların nitqi, şüarlar, qanun vericilik layihələri və sair.