75
Müasir Azərbaycan dilində iĢlənən söz qrupları Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən
bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xü-
susiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər di-
lin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəy-
yən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa,
dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.
Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi
dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümu- mişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, ter- minlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.