76
sahələrinə aid olur; məsələn:
a)ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş;
b)əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı,
şirin;
c)miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox;
d)hal və hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəl-
mək, getmək.
Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi,
ictimai, rəsmi üslublarında işlənə bilir və işləndiyi nitqdə fikrin
bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir.
Dostları ilə paylaş: