Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə56/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   166
2015-332

TARĠXĠZMLƏR 
 İfadə  etdikləri  əşya  və hadisə ilə  birlikdə köhnəlmiş  sözləri 
şərti  olaraq  tarixizm  adlandırmaq  olar;  məsələn:  yasavul,  darğa, 
qazı və s. 
 Tarixizmlər  əsasən  dövlət  quruluşu,  ictimai  vasitə  və 
münasibətlərlə  bağlı  meydana  çıxan  köhnəlmiş  sözlərdir.  Buna 
görə  də  tarixizmlərin  ifadə  etdikləri  anlayışların  köhnəlməsi 
başlıca  olaraq  cəmiyyətin  və  ictimai  quruluşun  yüksək  tərəqqisi 
və  inkişafı  ilə  əlaqədardır.  Bu  qrup  sözlər  müxtəlif  dövrlərdə 


 
80 
meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə 
malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s. 
Kimi  sözlər  təxminən  40  il  bundan  əvvəl  köhnəlməyə  başla-
mışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, 
yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə 
bir prosesi keçirməkdədir. 
 Tarixizmlər müxtəlif sahələrə aid ola bilir; məsələn: 
Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda 
Silah adı bildirənlər: qalxan, şeşpər 
Ölçü adı bildirənlər: misqal, batman, girvənkə 
Geyim adı bildirənlər: çuxa, əba, arxalıq 
Alət adı bildirənlər: xış, cüt 
Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat, dərviş 
Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana  
 Deməli,  köhnəlmiş  sözlərdən  tarixizmləri  müəyyən  edən 
əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal is-
tifadədən  qalmasıdır;  bunların  hər  ikisinin  köhnəlməsidir.  Arxa-
izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemin-
də,  lüğət  tərkibində,  qrammatik  quruluşunda,  orfoqrafiyasında, 
orfoepiyasında  arxaizm  hadisəsi  vardır.  Buna  əsasən  arxaizmlər 
bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər. 
Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin