Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə48/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   166
2015-332

 
LEKSĠKOLOGĠYA 
 
Müasir Azərbaycan sözlərinin mənaca qrupları. 
Omonim, sinonim, antonimlər. 
Omonimlər 
Deyilişi  və  yazılışı  eyni  olan,  leksik  mənaca  isə  tamamilə 
fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mə-
naca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur.  
Məsələn:  
Bağ – meyvə ağacları əkilmiş sahə;  
bağ – bir şeyi bağlamaq üçün ip. 
Omonimlər  bəzi  cəhətlərinə  gorə  çoxmənalı  sözlərə  bən-
zəyir. Əsas fərq budur ki, çoxmənalı sözlərdə mənalar bağlı olur, 
əsas  mənadan  tam  uzaqlaşmır.  Omonimlərdə  isə  tamam  fərqli, 
uzaq  mənalar  olur.  Omonimlər  həm  eyni,  həm  də  müxtəlif  nitq 
hissələrinə  aid  ola  bilər.  Dilimizdə  əsasən  müxtəlif  nitq  hissələ-
rinə aid omonimlər daha çoxdur. Omonim sözlərə aid nümunələr: 


 
71 
don, yaz, qaz, qan, yağ, gül, yaş, çal, bal, xal, at, çat, daş, yol, sol, 
dan, min, biz, çən, yal, it, şam, düz, kök, sarı, hava, yan, zindan, 
aşıq, çay, bel, bar, yar, dolu, qol, ov, göy, top və s.  
Omonimlər 2 formada olur:  
1.Leksik  omonimlər.  Belə  omonimlər  müxtəlif  leksik  mə-
naları  ifadə  edir,  ayrı-ayrı  məfhumları  bildirir.  Yuxarıda  haq-
qında danışılanlar leksik omonimlərdir 
2.Qrammatik omonimlər. Bunlar da eyni cür yazılır, tələffüz 
olunur.  Lakin  mənalardan  biri  əsas  nitq  hissəsi,  digəri  köməkçi 
nitq hissəsi olur. Məsələn: Sarı – nitq hissəsi kimi sifət, Sarı – fel, 
Sarı  –nitq  hissəsi  kimi  qoşma;  Görəsən  –  nitq  hissəsi  kimi  fel,  
Görəsən – nitq hissəsi kimi modal söz.  
 Köməkçi nitq hissələrinin özlərinin də daxilində qrammatik 
omonimlik  ola  bilir;  məsələn:  tək  qoşma  və  ədat  kimi,  ilə 
bağlayıcı və qoşma kimi fərqli mənalar da daşıyırlar. 
Omonimlər kimi götürülə bilməz: 
 1)Vurğusu  dəyişməklə  mənası  dəyişən  sözlər  həm  xüsusi, 
həm də ümumi ad kimi işlənə bilən sözlər 
2)Şəkilçi  qoşulduqdan  sonra  deyilişi  və  yazılışı  eyniləşən 
sözlər, Məsələn: qazan-isim – qazan-feli sifət (quyu qazan) 
 Dilimizdəki bəzi sözlər həm omonim, həm də çoxmənalı ola 
bilir. Məsələn: kök, qol, dolu, yay, tut, üz, düz, az, bel və s. 
 Omonim  sözün  hər  məna  tayı  bir  leksik  vahid  sayılır,  çox-
mənalı söz isə bütün məna çalarları ilə birlikdə eyni söz sayılır və 
eyni nitq hissəsinə aid olur. 
 Omonim  xarakterli  sözlərdən  bədii  üslubda,  aşıq  poezi-
yasında cinas qafiyələr yaratmaq üçün istifadə edilir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin