1. Şəkli (piktoqrafik) yazı, 2. Fikri (ideoqrafik) yazı, 3.Heca (silloqrafik) yazı, 4. Səs (fonoqrafik) yazısı. Yazının bu tiplərinin hər biri bu və ya başqa xüsusiyyətlərinə
görə digərindən əsaslı surətdə fərqlənir.
1. Şəkli(piktoqrafik) yazı. Bu və ya başqa məlumat və
hadisənin şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli,
yaxud piktoqrafik yazı deyilir. Piktoqrafik yazıdakı hər
bir ünsür piktoqram adlanır.
Piktoqrafik yazıda hər şəkil bir cümləni əks etdirir. Bu yazıda
nitq sözlərə bölünməyərək bütöv cümlələr halında göstərilirdi.
Yazının ilk tipi olan şəkli yazının tarixi çox qədimdir.Uzaq
keçmişdə hər hansı bir hadisə və ya məlumatı ifadə etməkdən
ötrü başqasına əşya göndərmək və s. vasitələrdən istifadə etmək
insanlar üçün həmişə əlverişli və mümkün olmurdu. Buna görə
də ibtidai insanlar ―primitiv qrafik xətlər çəkmək vərdişi əldə
edərək‖ əşyanın özünü deyil, onun şəklini çəkib göndərmişlər.
Piktoqrafik yazılarda ifadə edilən mövzuların dairəsi bir o
qədər geniş olmurdu. Bu yazı vasitəsilə ov səhnələri, müəyyən
məlumatlar, vuruşma və qaçışma hadisələri, ticarət müqavilələri
yazılır.
Qədimdə insanlar piktoqramları qayalar, daşlar, ağaclar, hey-
van buynuzları və sümükləri üzərində cızmışlar. Şəkli yazı ümu-
miyyətlə yazının formalaşmasında bünövrə təşkil etməsinə bax-
mayaraq sonralar bir o qədər əlverişli olmamışdır. Belə ki, bu
yazı vasitəsilə fikrin bütün incəlikləri ifadə olunmurdu. Bundan
başqa şəkli yazı təlim-təhsil məqsədi daşımırdi. Buna görə də in-
sanlar yazının bu tipi ilə kifayətlənməyib, öz fikirlərini daha də-
qiq və genis əks etdirmək üçün müvafiq forma axtarmışlar. Şəkli
yazıya nisbətən belə bir müvafiq forma ideoqrafik yazı olmuşdur.