Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   166
2015-332

                         Cingiltili samitlərin tələffüzü 
 
6.  Sonu d samiti ilə bitən bəzi təkhecalı və ümumən çoxhe-
calı  sözlər  ayrılıqda  deyildikdə,  yaxud  həmin  sözlərdən  sonra 
samitlə  başlanan  söz  gəldikdə  sondakı  d  kar  tələffüz  edilir;  mə-
sələn: 
 dərd  
 
—  
 
dər[t ] 
 dörd  
 
—  
 
dör[t ] 
 qənd ver   
—  
 
qən[t ] ver 
7.  Sonu  c  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə,  yaxud  ondan  sonra  samitlə  başlanan  söz  gəldikdə  c  səsi 
kar tələffüz olunur: 
 ağac  
 
—  
 
ağa[ç ] 
 çəkic  
 
—  
 
çəki[ç ] 
 kərpic kəsən  
—  
 
kərpi[ç ] kəsən 
8.  Sonu  b  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə b səsi 
kar tələffüz edilir: 
 corab  
 
—  
 
cora[p ]  
 cavab verdi  
—  
 
cava[p ] verdi 
9.   Sonu  g  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə, yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə g səsi 
kar tələffüz edilir: 
 nəhəng    
—  
 
nəhən[k ] 
 pələng dərisi  
—  
 
pələn[k ] dərisi 
10. 
Rus  və  avropa  mənşəli  sözlərdə  t  səsindən  əvvəl 
gələn v samiti f kimi tələffüz olunur. Məsələn: 
 avtomat    
—  
 
a[f]tomat  
 avtobus    
—  
 
a[f]tobus  
11. 
Söz daxilində b və m samitlərindən əvvəl gələn n 
səsi m kimi tələffüz edilir: Məsələn: 
 zənbil  
 
—  
 
zə[m]bil  


 
62 
 sünbül    
—  
 
sü[m]bül ] 
12. 
 Söz sonunda q samiti kar tələffüz olunur: 
 otaq  
 
—  
 
ota[x ] 
 dodaq  
 
—  
 
doda[x ]  
13. 
 Q samiti söz ortasında kar samitdən əvvəl gəldik-
də kar tələffüz olunur: 
 nöqsan    
—  
 
nö[k’]san  
 məqsəd    
—  
 
mə[k’]səd  
14. 
Qoşa q samitli sözlərdəki birinci q səsi kar, ikinci 
cingiltili tələffüz edilir: 
 toqqa  
 
—  
 
to[k’]qa  
 saqqal    
—  
 
sa[k’]qal  
 baqqal 
 
—  
 
ba[k’]qal  
15. 
 Sonu  q  samitli  çoxhecalı  sözlərdən  sonra  samitlə 
başlanan şəkilçi, yaxud söz gəldikdə q səsi x kimi tələffüz edilir: 
 qonaqlar   
 
—  
 
qona[x]lar  
 torpaq becərmək  
—  
 
torpa[x ] becərmək 
16. 
 Sonu  q  samitli  coxhecalı  sözlərdən  sonra  saitlə 
başlanan söz gəldikdə q səsi ğ kimi tələffüz edilir: 
 papaq aldım  
—  
 
papa[ğ ] aldım 
 uşaq əli    
—  
 
uşa[ğ ] əli 
17. 
 Rus və avropa mənşəli sözlərin çoxunda qoşa sa-
mitlərdən ancaq biri tələffüz olunur. Məsələn: 
 attestat    
—  
 
[ atestat ]  
 rejissor    
—  
 
[ rejisor ] 
18. 
Sonu (st) səs birləşməsi ilə bitən sözlərədən sonra 
samitlə  başlanan  şəkilçi,  yaxud  da  söz  gəldikdə  t  səsi  tələffüz 
olunmur: 
 dostluq    
—  
[ doslux ] 
 sərbəst yazı  
—  
[ sərbəs ] yazı 
 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin