64
AZƏRBAYCAN DĠLĠNĠN YAZISI
Yazı haqqında məlumat
Görmə vasitəsi ilə dərk edilən fikrin ifadəsində əsas ün-
siyyət vasitəsinə köməkçi olan işarələr sisteminə yazı deyilir.
Yazı insan cəmiyyətinin inkişafında xüsusi rol oynamış,
onun ibtidai dövrdən bugünkü yüksək səviyyəyə qədər ucalma-
sına müəyyən dərəcədə xidmət etmişdir. İnsanların mədəni inki-
şafında yazı çox mühüm rola malikdir. Belə ki, yazı mədəniyyə-
tin inkişaf etdirmək üçün əsas və qüdrətli vasitədir. Əsrlər boyu
insanların əldə etdiyi mədəni misraların tarix səhifələrində əks
olunmasında və qorunub saxlanmasında yazı başlıca rol oynamış-
dır. Cəmiyyətin bütün inkişaf prosesində yaradılmış nailiyyətlər
yazı vasitəsilə bizə gəlib çatmışdır. Yazının köməyi ilə biz bugün
ən qədim xalqların tarixini öyrənirik, onların adət-ənənələri, ya-
şayışları, ictimai quruluşları və s.cəhətləri ilə tanış oluruq, həm-
çinin müasir xalqların tarixi və o cümlədən çox qədim keçmişə
malik olan Azərbaycan xalqının və bu xalqın yaşadığı yerdə əv-
vəl kimlərin və necə həyat sürdüyü haqqında məlumat ala bilirik.
Keçmişdəki bilik və təcrübələri öyrənmək və əldə olunmuş
bilik vəbacarıqları gələcək nəslə vermək üçün yazı həmişə xüsusi
rol oynamışdır.
Yazı müasir insanların dünyagörüşlərinin formalaşmasında,
onların tarixi şəxiyyətlərin nəzəriyyələri ilə silahlanmasında, hər-
tərəfli inkişaf etməsində xüsusi əhəmiyyətə malikdir.
Dərin bilik üçün də yazı vacibdir. Belə ki, insan hər şeyi
yadda saxlaya bilmir, xüsusən müasir dövrdə elmin, sənayenin,
texnikanın və başqa sahələrin sürətlə inkişaf etdiyi bir şəraitdə
hər bir yeniliyi tez dərk etmək və yadda saxlamaq mümkün deyil.
Lakin yazı bu və ya başqa məsələni əks etdirərək onu istənilən
zamanda təsəvvürdə canlandırmağa yenidən xatırlamağa kömək
edir. Belə yada salma nəticəsində isə insanlarda bilik daha da
66
və daşları çapmış, ibtidai xətlər çəkməyi öyrənmişlər. Bu va-
sitələrin hamısı yazının əmələ gəlməsində xüsusi rol oynamışdır.
Yazının inkişafı tarixində onun dörd əsas tipi yaranmışdır.
Dostları ilə paylaş: