Şəkil 3.13. İnnovasiyanın təşkili və idarə edilməsi prosesi Səmərəli innovasiya strategiyasının formalaşması sahə üzrə
bütün yeniliklərdə təzahür edən innovasiya fəaliyyətinin mövcud formalarının dəqiq qiymətləndirilməsini nəzərdə tutur. Müasir
elmi-texniki tərəqqinin və istehsal sahibkarlığının inkişafı nöq- teyi-nəzərindən innovasiya fəaliyyətinin aşağıdakı beş tipini – bö- yük, radikal, prinsipial, təkmilləşdirilmiş və sadə fərqləndirirlər.
İnnovasiya aktivliyi aşağı olan sənaye müəssisələrinin möv- cud texniki-iqtisadi vəziyyətində əsas diqqət təkmilləşdirilmiş və sadə innovasiya tipinə yönəldilməlidir. Sonuncuların həyata keçi- rildiyi şəraitdə sənaye müəssisələrinin innovasiya strategiyası və investisiya-innovasiya siyasəti formalaşarkən aşağıdakı məsə- lələrin həlli nəzərə alınmalıdır:
Sənaye məhsullarının çeşidlərinin təzələnməsi, onların istehsal texnologiyasının təkmilləşdirilməsi, yeni məhsul- ların və texnoloji proseslərin mənimsənilməsi;
Müəssisələrin marketinq və xarici iqtisadi fəaliyyətinin qiymətləndirilməsi əsasında inkişaf meylinin müəyyən edilməsi;
ƏMM-in problemlərinin (sahə ilə əlaqədar) həll edilməsi yolu ilə ekoloji tarazlığın qorunması;
İnnovasiya mühitinin tərkib hissəsini təşkil edən element- lərin qarşılıqlı əlaqəsinin təmin edilməsi.
İnnovasiya fəaliyyəti yalnız müəssisənin sərəncamında olan iq- tisadi ehtiyatları deyil, həmçinin istehsal, bölgü, mübadilə və isthe- lakla əlaqədar olan münasibətlərin bütün kompleksini əhatə edir.
İnnovasiya fəaliyyətinin ən ümdə məqsədi daha çox mənfəət əldə etməkdirsə, onun əsas vəzifəsi emal və istehlak sahələrində investisiyalar arasındakı nisbəti yaxşılaşdırmaqla, vəsaiti elmi- texniki tərəqqinin sürətləndirilməsini təmin edən sahələrin xeyri- nə yenidən bölüşdürməkdən ibarətdir.
İnnovasiya prosesinin məqsədini aşağıdakılarla izah etmək olar:
məsələnin yeni texniki həllini tapmaq – ixtiranın yaradılması;
elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ET və KTİ) aparılması;