Şəkil 3.15. İnnovasiya infrastrukturunun təşkili və idarə edilməsi
İnnovasiya fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakıla- rın icrası təmin edilməlidir:
fasiləsiz yaxşılaşdırma sisteminin tətbiq edilməsi;
yeniliyin mükafatlandırılması məqsədilə motivləşdirmə sisteminin təkmilləşdirilməsi;
işçilərin yeniliyə (innovasiyaya) olan subyektiv müqavi- mətinin aradan qaldırılması;
daxili və xarici marketinq məlumatlarının toplanması və emalı sisteminin təkmilləşdirilməsi;
innovasiya layihələrinin işlənilməsi, baxılması, təsdiqi, həyata keçirilməsi, monitorinqinin aparılması qaydaları- nın reqlamentləşdirilməsi və firmada strateji menecmentin təkmilləşdirilməsi.
Ölkənin qeyri-neft sənaye müəssisələrində innovasiya fəaliy- yətini genişləndirmək üçün ilk növbədə investisiya siyasətinin aşağıdakı prioritet istiqamətləri üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac duyulur:
investorların maraqlarını və hüquqlarını qorumaq şərtilə investisiya risklərinin aşağı salınması hesabına iqtisa- diyyatın həmin bölmələrinin investisiya cəlbediciliyinin yüksəldilməsi;
investisiyalara qənaət olunması üzrə transformasiya mexa- nizminin və bazar infrastrukturlarının inkişaf etdirilməsi;
sahənin müəssisələrini uzunmüddətli kreditlərlə təmin etmək üçün bank sistemində müvafiq şəraitin yaradılması;
rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalı üçün yüksək səmərə verən investisiya layihələrini aktiv dəstəklə- mək;
qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması;
tariflər üzərində qiymətlərin əmələgəlmə mexanizminin təkmilləşdirilməsi;
investisiyaların kommersiya və qeyri-kommersiya risklə- rindən sığortalanması;
elmi-texniki və innovasiya sferasında həyata keçirilən siya- sət mexanizminin yaradılması;
innovasiya fəaliyyətini kompleks şəkildə dəstəkləmək məq- sədilə maliyyə-kredit infrastrukturunun (holdinq, maiyyə- sənaye qrupu, müştərək müəssisə və s.) formalaşdırılması;
innovasiya məhsullarının yaradılması və realizə olunması üçün büdcə və qeyri-büdcə vəsaitlərinin cəmləşdirilməsi;
innovasiya sahibkarlığının sahədə genişləndirilməsi;
elmi-texniki fəaliyyətin nəticələri üzrə intellektual mülkiyyət hüquqlarının qorunması;
material və enerji resurslarından qənaətlə istifadə olunma- sına imkan verən müasir texnologiyaların tətbiqi;
qeyri-neft sənaye sahələri üzrə optimal çeşid siyasətinin düzgün formalaşdırılması və həyata keçirilməsi nəticəsində idxalyönümlü məhsulların həcminin və sayının azaldılması, ixrac potensialının artırılması.
IV.
MÜƏSSİSƏNİN XARİCİ VƏ DAXİLİ MÜHİTİNİN TƏHLİLİ
Xarici mühitin təhlili
Mülkiyyət formasından asılı olmayaraq, hər bir firmanın fəa- liyyət strategiyası işlənilərkən, ilk növbədə onun xarici mühiti təhlil edilir. Belə təhlilin uğurlu aparılması, nəticədə strateji plan- laşdırma və inkişaf strategiyası üzrə fəaliyyətin düzgün təşkilinə zəmin yaradır. Hər bir müəssisə açıq sosial-iqtisadi sistem old- uğundan həmişə xarici təsirə məruz qalır.
Xarici mühit – müəssisədən kənarda olmaqla onun fəaliy- yətinə müxtəlif amillərin köməyi ilə təsir göstərir. Xarici mühit daima dəyişikliyə məruz qalır. Məsələn, istehlakçıların zövqü, bazarda valyuta məzənnəsinin dəyişməsi, yeni qanunların qəbul edilməsi, vergi dərəcələrin dəyişməsi, istehsal prosesində baş verən inqilabi-texnoloji dəyişiklik, bazar strukturunun dəyişməsi və s. xarici mühit amilləri kimi firmanın mövcud fəaliyyətinə təsir göstərir.
Strateji menecmentin təşkilinə aid ədəbiyyatlarda bəzən xarici mühiti iki hissəyə – makromühit və mikromühitə ayırırlar.
Makromühitin təhlili zamanı adətən iqtisadiyyatın mövcud vəziyyəti, siyasi proseslər, təbii resurslar, hüquqi tənzimləmə və idarəetmə, cəmiyyətin sosial və mədəni aspektləri, elmi-texniki və texnoloji inkişaf və infrastruktura problemləri araşdırılır.
Mikromühitin təhlili zamanı aşağıdakılara diqqət yetirilir:
iqtisadi resursların tədarükçüləri;
müəssisənin məhsulunun (xidmətinin) alıcıları;
vasitəçilər (maliyyə, ticarət, marketinq və s.);
rəqabət aparan firma;
səhmdarlar və digər maraqlı qruplar (yerli təşkilatlar, kredi- torlar);
əlaqədə olan auditorlar.
Xarici təsir amillərinin iki növünü fərqləndirirlər: birbaşa təsir amilləri və dolayı təsir amilləri. Onların təsnifatı 4.1 saylı şəkildə əks etdirilmişdir.
Dostları ilə paylaş: |