Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə63/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Firmanın potensialı. Onlar adətən istehsal potensialı ilə xa- rakterizə edilir. Belə potensiallara əsas istehsal fondları; texniki- texnoloji baza; dövriyyə vəsaitləri və material resursları; kadr tə- minatı; xüsusi biliklər, informasiya-kommunikasiya texnologiya- ları və resursları daxildir (şəkil 4.2).


Şəkil 4.2. Firmanın istehsal potensialının tərkib hissələri


Marketinq. Marketinq bazar iqtisadiyyatı şəraitində «satış fəaliyyəti» mənasını daşıdığından, onun idarə olunması müxtəlif bazarlarda arzulanan satış səviyyəsinin əldə edilməsi üçün lazım olan bir sıra vəzifələrin yerinə yetirilməsi kimi xarakterizə edilir. Deməli, marketinqin idarə olunması bütünlükdə tələbatın idarə olunmasıdır. Daha geniş mənada, marketinqin idarə olunması, müəssisənin (firmanın, sahibkarın) müəyyən məqsədlərinə (yük- sək mənfəət əldə edilməsi, satış həcminin genişləndirilməsi, bazar payını artırmaq və s.) nail olmaq üçün məqsədli alıcılarla əlverişli mübadilələrin yaradılmasına və mühafizəsinə yönəldilmiş tədbir-
lərin təhlili, planlaşdırılması və həyata keçirilməsi üzərində nəza- rət deməkdir.
Marketinqin idarə olunması prosesi çoxşaxəli olmaqla özündə aşağıdakıları əks etdirir:

  • bazarın imkanlarının təhlili (marketinqin tədqiqatları və informasiya sistemləri, marketinq mühiti, müəssisələrin və fərdi istehlakçıların bazarları);

  • məqsədli bazarın seçilməsi (tələbatın həcminin ölçülməsi, bazarın seqmentləşdirilməsi, məqsədli seqmentlərin seçilməsi və bazarda əmtəələrin mövqelərinin müəyyənləşdirilməsi);

  • marketinq konsepsiyasının işlənib hazırlanması (əmtəələrin işlənib hazırlanması, onların qiymətlərinin müəyyənləşdirilməsi, əmtəələrin yayılması metodları və onların satışının stimullaş- dırılması);

  • marketinq tədbirlərinin həyata keçirilməsi (strategiya, plan- laşdırma, icra və nəzarət).

Marketinq fəaliyyətinin təhlili zamanı aşağıdakı aspektlərə diqqət yetirilir:

  • məhsulun yenilik səviyyəsi;

  • məhsulun keyfiyyəti;

  • məhsulun bazardakı mövqeyi;

  • satışın servisin təşkili;

  • reklamın səmərəliliyi;

  • marketinq tədqiqatlarının keyfiyyəti (onun əsasında marke- tinq strategiyası işlənilir).

Marketinq strategiyasının hazırlanması mərhələlərinə aşağı- dakılar aid edilir:

  1. bazarın tutumluğu;

  2. müəssisənin (firmanın) məqsədinin formalaşdırılması;

  3. marketinq strategiyasının müəyyən edilməsi; ç) marketinq planının tərtib olunması;

  4. marketinq üzrə təşkilati-iqtisadi sosial xarakterli tədbir- lərin həyata keçirilməsi (icrası);

  5. marketinq fəaliyyətinə nəzarət.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin