Şəkil 3.14. İnnovasiya prosesinin təşkilinin əsas mərhələləri İnnovasiya prosesinin qeyd edilən mərhələlər üzrə uğurla hə-
yata keçirilməsi üçün innovasiya infrastrukturunun formalaş- dırılması və inkişafı vacib şərtdir.
Mövcud sosial-iqtisadi sistemin tərkib hissəsi kimi fəaliyyət göstərən innovasiya infrastrukturu bu sistemə daxil olan obyekt və subyektlərin qarşılıqlı əlaqəsinin fasiləsizliyini, səmərəliliyini, rəqabət qabiliyyətini və bütünlükdə dinamik inkişafını təmin edən üzvi elementlərin məcmusudur.
Funksional nöqteyi-nəzərdən innovasiya infrastrukturunun – elmi-tədqiqat, texniki-texnoloji, təşkilati-iqtisadi, informasiya,
maliyyə və hüquqi xarakterə malik olmaqla müstəqil subyektlərin qarşılıqlı və tamamlayıcı fəaliyyət mexanizmlərinin məcmusu kimi dərk olunması dərin elmi əsaslara söykənir.
İnnovasiya infrastrukturunun təsnifatı, normativ-hüquqi baza- sı və maliyyə təminatı 3.15. saylı şəkildə verilmişdir.
İnnovasiya infrastrukturu innovasiya prosesinin səmərəli təş- kili və idarə edilməsi əsasında aşağıdakı ümumiləşdirilmiş tədbir- lərin həyata keçirilməsini nəzərdə tutur:
elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi;
yeni texnoloji ideyaların, təkliflərin, elmi-texniki qərarların əməli tətbiq edilməsi və həyata keçirilməsi;
yeni növ məhsullun mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi, onun rəqabət qabiliyyətinin artırılması və bazarlarda mövqeyinin qorunub saxlanılması;
yeni maşın, avadanlıq və materialların istehsalatda tətbiqi;
yeni texnologiyalardan və məhsul istehsalının mütərəqqi üsullarından istifadə edilməsi;
istehsalın, əməyin təşkili və idarə edilməsi prosesində me- necmentin mütərəqqi metodları, formaları, vasitələri və qaydalarının tətbiqi;
informasiyaların idarə edilməsinin yeni metodlarının işlənil- məsi;
yeni ixtisaslar üzrə kadrların hazırlanması, yenidən hazırlan- ması və ixtisasların artırılması;
innovasiya fəaliyyətinin maliyyələşdirilməsi, sığortalanması və stimullaşdırılması.
Firmanın (müəssisənin) innovasiya fəaliyyəti nəticə etibarilə mövcud problemlərin aşkar edilməsi, infrastrukturların köməyi ilə innovasiya prosesinin həyata keçirilməsini və innovasiya fəaliyyətinin səmərəli təşkilini özündə ehtiva edir.