Şəkil4.4.Təşkilati təhlilin məqsədi, prinsipi və obyektləri
Yalnız bundan sonra təşkilati dəyişikliklər, aparılacaq ob- yektlər müəyyən edilməli və səmərəli idarəetmə sistemi yaradıl- malıdır.
SWOT-təhlili metodunun nəticələrindən maksimum səmərə ilə istifadə etmək və səhvlərə yol verməmək üçün aşağıdakı qaydalara riayət olunmalıdır:
SWOT-təhlili metodunun tətbiq sahəsi dəqiq müəyyən edilməlidir;
SWOT-təhlili metodunun elementləri – güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr – arasındakı fərqləri dəqiq müəyyən etmək lazımdır. Güclü və zəif cəhətlər şirkətin daxili amilləridir, yəni şirkət onları idarə etmək iqtidarındadır. İmkan və təhlükələr isə şirkətin fəaliyyət mühitinin xarici hissəsinə aid olaraq onun uyğunlaşmalı və adekvat reaksiya verməli olduğu amillər qrupuna daxildirlər;
Şirkətin güclü və zəif cəhətləri onun istiqamətləndiyi ba- zar nöqteyi-nəzərdən müəyyən edilməlidir. Eyni zamanda, bu cəhətlər əhəmiyyətlilik (bazar üçün) meyarı üzrə sıralanmalıdır;
Metodun tərkib elementləri üzrə qiymətləndirmə aparar- kən obyektivliyi təmin etmək üçün bir mənbədən deyil, müxtəlif kanallardan daxil olan məlumatlardan istifadə olunmalı və onların səhihliyi dəqiqləşdirilməlidir. Bu metod rəhbərlərin mülahizələri əsasında deyil, obyektiv məlumatlar və aparılan tədqiqatlar nəticəsində alınmış məlumatlar əsasında aparılmalıdır;
Təhlilin nəticələri dəqiq və mümkün qədər qısa ifadələrlə əks olunmalıdır.
SWOT-təhlili metodunun tətbiqi zamanı şirkətin daxili ele- mentləri olan güclü və zəif cəhətləri müxtəlif mövqelərdə yerləşdirilə bilər. Belə ki, bir alıcılar qrupu üçün güclü hesab oluna bilən cəhət digər alıcılar qrupu üçün zəif hesab oluna bilər. Şirkətin güclü və zəif cəhətləri aşağıdakı daxili elementlər üzrə qruplaşdırıla bilər:
əməliyyatlar:istehsal,təchizatvə satışıntəşkili;
heyət:istehsal,idarəetmə,elmi-tədqiqatvəsınaq-kon-struktor işləri, satış, təchizat, xidmət və başqa sahələrinişçilərininixtisassəviyyələri,əməkhaqqısəviyyəsi,motivasiyası,işşəraiti, kadrların axınlığıvə s.;
Şirkətin zəif və güclü cəhətləri, imkan və təhlükələr müəyyən edildikdən sonra onlar arasında əlaqələrin qurulması mərhələsi həyata keçirilməlidir. Həmin əlaqələrin qurulması üçün SWOT matrisi tərtib olunur. Matrisin sətirləri güclü və zəif cəhətləri, sü- tunları isə imkan və təhlükələr üzrə qurulur. Həticədə matrisdə 4 sahə əmələ gəlir. Matrisin sütunları ilə sətirlərinin kəsişmə nöqtələ- rində amillərin kombinasiyaları ekspertlər tərəfindən qiymətlən- dirilir və bu, təşkilatın davranış strategiyasını müəyyən etməyə im- kan verir. Aşağıda SWOT matrisinin nümunəvi variantını göstərək. Şirkətin «imkanlar»ının onun strategiyasına təsir dərəcəsini müəyyən etmək üçün «imkanlar matrisi» qurulur. Matrisin sütunları hər bir imkanın təsir dərəcəsinə görə (güclü, orta, zəif), sətirləri isə həmin imkanlardan istifadə edilməsi ehtimalına görə qurulur. İmkanlar ekspert qiymətləri əsasında qiymətləndirilərək matrisin sahələrində yerləşdirilir. «İmkanlar matrisi»nin nümu-
nəvi forması aşağıdakı kimidir: