Məsrəflərin idarə edilməsi strategiyasının seçilməsi
Müəssisənin daxili mühitinin təhlili və qiymətləndirilməsi prosesində araşdırılan aspektlərdən biri də xərclərin idarə edilmə- sidir. Qüvvədə olan standantlara görə, məhsulun (işin, xidmətin) istehsalına çəkilən xərclər (maya dəyəri) prosesində təbii ehtiyat- ların, xammalın, materialların, yanacağın, enerjinin, əsas fondla- rın, əmək ehtiyatlarını dəyərindən həmçinin onların istehsalına və satışına sərf edilən digər xərclərdən yaranır.
Müəssisə üzrə istehsal məsrəfləri vergiqoyma məqsədilə mü- vafiq normativ aktlarla təsdiq edilmiş limitlər, norma və norma- tivlər əsasında müəyyənləşdirilir.
Xərclərin təsnifləşdirilməsi və idarə edilməsinə həsr edilən normativ-metodiki sənədlərdə xərclər aşağıdakı kimi təsnif- ləşdiridlir:
bilavasitə məhsulun (işin, xidmətin) istehsalı ilə əlaqəli xərclər. Bu məsrəflərə material və əməyin ödənilməsinə çəkilən xərclər aiddir;
istehsalın hazırlanması və mənimsənilməsinə çəkilən xərclər;
təbii xammalların istifadəsi ilə əlaqədar xərclər;
istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, ha- belə məhsulun keyfiyyətinin yüksəldilməsi, onun davamlılığının artırılması və istehsal prosesində həyata keçirilən digər istismar xassələrinin təmin olunması ilə əlaqədar olan qeyri-əsaslı xərclər;
ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar xərclər;
istehsal prosesinə xidmət məsrəfləri: istehsalın xammal, ma- terial, yanacaq, enerji, alətlər, ləvazimatlar və digər vasitələr, əmək əşyaları ilə təmin olunması üzrə xərclər; əsas vasitələrin bü- tün növ təmirinə çəkilən xərclər; bina və inventarların saxlanıl- ması, istehsalatda təmizlik qaydalarına riayət edilməsi üzrə və sair xərclər;
normal iş şəraiti və təhlükəsizlik texnikasının təmin edilməsi üzrə xərclər;
təbiətin, mühafizə təyinatlı fondların istismarı və saxlanılması üzrə xərclər;
istehsalın idarə olunması ilə əlaqədar xərclər: müəssisə idarə aparatı işçilərinin və onun struktur bölmələrinin saxlanılması, xidməti minik maşınlarının saxlanılması məsrəfləri;
işçi qüvvəsinin yığılması, kadrların hazırlanması, ixtisasının artırılması və yenidən hazırlanması ilə əlaqədar xərclər;
Dövlət Sosial Müdafiə Fonduna, Məşğulluq Fonduna və sair təşkilatlara ayırmalar və ödəmələr;
qanunvericilikdə müəyyən edilmiş normalara uyğun ezamiy- yə, reklam və nümayəndəlik məsrəfləri;
texniki idarəetmə vasitələrinin saxlanması və onlara xidmət göstərilməsi üzrə xərclər: hesablama mərkəzləri, rabitə qovşaqla- rı, siqnalizasiya vasitələri və digər texniki idarəetmə vasitələri üzrə xərclər;
auditor, informasiya və məsləhət xarakterli xidmətlər üzrə ödənişlər;
məcburi qaydada beynəlxalq rabitə təşkilatlarına üzv ol- maqla əlaqədar ödənilən üzvlük haqqı da daxil olmaqla rabitə xidmətlərinin (istehsal prosesi ilə bilavasitə əlaqəsi olmayan şəxsi danışıqlardan başqa) dəyəri;
ümumi istifadədə olan sərnişin nəqliyyatının xidmət etmə- diyi istiqamətlərdə işçilərin daşınması üzrə xərclər;
qısa müddətli bank kreditlərinə görə ödənilən faiz məbləğləri və qanunvericilikdə nəzərdə tutulan bank xidmətlərinin dəyəri;
məhsulun satılması ilə əlaqədar olan xərclər: qablaşdırma, saxlanma, yüklənmə və daşınma məsrəfləri;
qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası) üzrə xərclər;
qanunvericilikdə nəzərdə tutulmuş normalar həddində eko- logiyanı çirkləndirməyə görə ödənilən məbləğlər;
qanunvericilikdə nəzərdə tutulmuş, lakin yuxarıda adları çəkilməyən digər xərclər və ödənişlər;
zay məhsuldan itkilər: zəmanət xidməti müddəti müəyyən olunmuş məhsullara (mallara, məmulatlara) zəmanətli xidmət və zəmanətli təmir məsrəfləri; istehsaldaxili səbəblər üzündən boş- dayanmalardan itkilər və s.
Bazar münasibətlərinin kəskin tələbləri şəraitində rəqabət mü- barizəsinə tab gətirmək və davamlı inkişafa nail olmaq üçün hər bir firmanın qarşısında duran başlıca vəzifə xərclərin minimuma endirilməsi və optimallaşdırılmasıdır. Beynəlxalq təcrübədə bir- mənalı şəkildə sübuta yetirilmişdir ki, xərclərin optimallaşdırıl- ması yüksək mənfəət əldə etməyə imkan yaradır. İstehsalda və məhsulun satışında xərclərin optimallaşması aşağıdakı iki istiqa- mətdə aparılmalıdır:
Xərclərin minimuma endirilməsi;
Struktur bölmələr arasına optimal nisbətin yaradılması şəraitində məhsula çəkilən əlavə xərcin azaldılması.
İqtisadi ədəbiyyatlarda xərclərin strukturunun təkmilləşdiril- məsi üzrə aşağıdakı metodiki yanaşmaya üstünlük verilməsi töv- siyə edilmişdir (şəkil 4.9).
Məsrəflərin idarə edilməsi prosesində bir sıra üstünlüklərə yer verilir. Birinci tip üstünlük firmanın xərclər üzrə təmsil etdiyi sənaye sahəsində lider olmasını nəzərdə tutur.
Bu strategiyaya görə kompaniya rəqiblərinin təklifinə oxşar məhsulu rəqiblərinə nisbətən daha aşağı xərclərlə istehsal etməyə çalışır. Hətta kəskin rəqabət şəraitində belə kiçik xərclərlə orta səviyyədən də yüksək gəlir əldə etmək mümkündür.
Xərclərdə liderlik səmərəli istehsalın yaradılması, faydalı təcrübə əsasında xərclərin azaldılması istiqamətində daimi işin
aparılması, xərclərin səviyyəsi və əlavə xərclərin üzərində sərt nəzarət və reklama, satıcılara, xidmətlərə, tədqiqat və təkmilləş- dirmə işlərinə xərclərin minimuma endirilməsi ilə mümkündür. Xərclərdə liderlik yolu – bu “CASIO”-nun kalkulyator bazarında və “SEIKO”-nun saat bazarında təcavüzkarlıqla getdiyi yoldur.
Firmanın yüksək uğur qazanması üçün o, bazarda yüksək paya malik olmalı və asanlıqla xammala giriş imkanlarını əldə etməlidir.
Dostları ilə paylaş: |