Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə77/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 4.10. Sənaye müəssisələrinin strateji inkişafının səviyyələri
Çeşid siyasətini düzgün formalaşdırmayan istənilən firma bazarda tam şəkildə və ya həmin bazarın oyuğunu yaradan şəxsi xüsusiyyətlərlə öz fəaliyyətini davam etdirə bilməz. Belə məhsullar rəqib təşkilatları masasında yerə təminat verən, strateji oyununun sərhəd dirəkləri kimi nəzərdən keçirilməlidir.
Aparılan çeşid siyasətinin icrasında xərclərin optimallaşdırıl- ması məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır.
V.
MÜƏSSİSƏNİN
STRATEJİ POTENSİALI
    1. Strateji potensialın iqtisadi mahiyyəti və xüsusiyyətləri


Strateji menecmentin əhatə dairəsinə aid edilən məsəllərdən biri də strateji potensialdır. Bu məfhum hələ vaxtı ilə İ.Ansoff, M.Porter, T.Levitt və başqalarının tədqiqatlarında mühüm yer tut- muşdur. Bu istiqamətdə problemləri araşdırmazdan əvvəl poten- sial məfhumunun mahiyyətini açıqlamaq lazımdır. Potensial – la- tın sözü olub (potentia), hər hansı bir fəaliyyət sferasında isə başlamaq üçün zəruri olan güc, qüvvə mənasını daşıyır. Akade- mik Z.Ə.Səmədzadənin elmi redaktorluğu və müəllifliyi ilə hazır- lanan Böyük İqtisadi Ensiklopediyanın IV cildində qeyd edilir ki, potensial daha geniş mənada müəyyən məqsədə çatmaq, planlı, hər hansı tapşrığı həyata keçirmək üçün mövcud olan, səfərbər edilən və hərəkətə gətirilə bilən vəsait, ehtiyat, mənbə, ayrıca şəx- sin, cəmiyyətin, dövlətin müəyyən sahədəki imkanı deməkdir.


Bazar iqtisadiyyatının əsasları qısa izahlı lüğətində qeyd edilir ki, potensial – hər hansı məqsədə nail olmaq, müəyyən bir tap- şırığı yerinə yetirmək üçün faktiki mövcud olan, səfərbər edilən və hərəkətə gətirilə bilən vəsait, ehtiyat, imkan və mənbədir. O, cəmiyyətin, dövlətin, fiziki və hüquqi şəxsin müəyyən sahədə mövcud olan tam imkanıdır.
Mövcud iqtisadi ədəbiyyatlarda potensialın aşağıdakı növlə- rini fərqləndirirlər: strateji potensial, iqtisadi potensial, innova- siya potensialı, istehsal potensialı, bazar potensialı, maliyyə po- tensialı, ixracat potensialı, müəssisənin potensialı və s. Onların təsnifatı 5.1 saylı şəkildə əks etdirilmişdir.




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin