Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə76/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 4.9. Müəssisədə sabit xərclərin azaldılmasının onun maliyyə nəticələrinə təsirinin prinsipial sxemi

Firmanın davamlı fəaliyyəti və ya onun fərqləndirici bacarığı daha ucuz məhsul istehsal etmək üçün səmərəli istehsal prosesi və ya daha yaxşı istehsal texnologiyasına imkan verirsə, onda,


xərclərdə liderliyi rəqabətli üstünlüyə çevirmək olar. Analoji qay- dada, əgər şaquli əks inteqrasiya nisbətən daha ucuz xammal təc- hizatına imkan verirsə, onda bunu da rəqabətli üstünlüyə çevir- mək olar.
Məsrəflərin səmərəli idarə olunmasının məntiqi iqtisadi nəti- cəsi müntəzəm artan mənfəətin əldə olunmasıdır. Bunun üçün istehsal edilən məhsulun tam həcmdə satışı təşkil edilməlidir. Bu isə öz növbəsində optimal çeşidə nail olmağı, yeni bazarlara çıxışın təmin edilməsini, yeni müştərilərin cəlb edilməsini, yeni məhsulun mənimsənilməsini və həcminin artırılmasını tələb edir.
Digər tərəfdən, biznes prosesinin və kadrların idarə edilməsi sisteminin təkmilləşdirilməsi də vacibdir. Bütün bunlar müəssi- sənin strateji inkişafının səviyyəsini özündə əks etdirmiş ola- caqdır (şəkil 4.10).
İnkişaf etmiş bazarlarda bazar payının artırılması əsasən rə- qiblərin hesabına mümkün olur. Bazar payının artırılmasının əsas üsulları bunlardır: rəqiblərin müştərilərini öz tərəfinə çəkmək; rəqiblərlə birləşmə (yaxud da onların əldə edilməsi); rəqiblərlə, təchizatçılarla və/və ya distribyutorlarla strateji əlaqələrin qurul- ması. Rəqiblərin müştərilərini əldə etmək üçün onlara rəqiblərin- dən daha yaxşı xidmət göstərilməlidir. Bu, rəqiblərin zəif cəhətlə- rinin təyin edilməsi və ya kompaniyanın güclü bacarıq və cəhət- lərinin daha yaxşı tətbiq edilməsi ilə mümkündür.
Marketinq tədbirlər planına daxil olan hər bir elementi – məhsulu, qiyməti, reklam-təbliğat fəaliyyətini və bölüşdürməni elə tətbiq etmək olar ki, müştərilərə istehsal kompaniyasını onlara lazım olan məhsul və ya xidmətə dəyişmək üçün əlavə dəyər və ya hər hansı bir üstünlük təqdim etmiş olsun.
Satışın həcmi aşağı olduqda rentabelliyi ümumi mənfəətin artırılması ilə yüksəltmək olar. Adətən bu qiymətin artırılması, xərclərin azaldılması və ya hər iki metodun tətbiqi ilə edilir. Çoxnomenklaturalı şirkətlərdə bu, həmçinin yaxın məmulatların
«təmiz» çeşidi hesabına, şirkət üçün sərfəli olmayan məhsulların istehsalının dayandırılması və maliyyə cəhətdən daha həyat qabi- liyyətli məhsullara istiqamətlənmə ilə mümkün ola bilər.



I – maliyyə; II – müştərilər (alıcılar); III biznes-proses; IV kadrlarla iş

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin