Strateji inkişafı düzgün müəyyənləşdirmək üçün məzmunlu və kompleks təhlil aparılmalıdır. Bunun üçün işgüzar qrupun formalaşdırılması məqsədəuyğun hesab edilir. Bu qrup müəssisə- nin idarəetmə sisteminin şöbə və bölmələrinin işçiləri ilə sıx əla- qə yaratmalı və əməkdaşlıq etməlidir. Həmin qrupun əhatə dairəsi və cavabdehliyinin təsnifatı 5.4 saylı şəkildə əks etdirilmişdir. Onun ümumi strateji elementlərinə: qiymət zənciri, rəqiblər, uğu- run əsas amilləri daxildir. Qrupun rəhbəri strateji təsərrüfat mər- kəzinə (STM) rəhbərlik edir, bölmələr üçün istehsal və satış stra- tegiyalarını, proqramlarını işləyib hazırlayır, resursları ərazilər üzrə bölüşdürür və firmanın strateji mövqeyini formalaşdırır.