Fəsil 2. Microsoft Excel-2013
2. 1. Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat
Microsoft firması Excel adlı cədvəl redaktorunu 1987-ci ildə işləyib hazırlamışdır.
Hazırda onun bir çox versiyaları istifadə edilməkdədir. Excel əsasən mühasibat işlərində və
iqtisadi hesablamalarda istifadə edilir.
2003 və ondan əvvəlki versiyalarda Excel fayllarının genişlənməsi .xls idisə, ondan
sonrakı versiyalarda bu genişlənmə .xlsx şəklində təyin olunur. Buna baxmaq üçün hər hansı
Excel faylinın üzərində mausun sağ düyməsi ilə açılan siyahıdan Свойства əmrini seçin.
downloaded from KitabYurdu.org
38
Microsoft Excel proqramının məsələlər panelindəki icraedici faylı Excel.exe-dir. Şablon
faylların yaradılması üçün .xlt (.xltx) fayl tipi də mövcuddur.
Microsoft Excel cədvəl redaktorunu açmaq üçün
Пуск - Все программы - Microsoft Offise - Microsoft Excel 2013 əmrlərini ardıcıl seçin. Bu
zaman ekrana pəncərə açılır.
Həmin pəncərədən Пустая книга əmri seçin. Ekrana proqramın pəncərəsi açılır.
Microsoft Excel-də yaradılan və ya redaktə edilən hər bir sənəd işçi kitab adlanır. Книга1-
Microsoft Excel. Bu fayl yaddaşa yazılana qədər adı Книга1 olacaqdır.
Microsoft Excel pəncərəsinin strukturu Microsoft Word prosessorunun strukturuna
oxşayır.
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir.
Pəncərə başlığı.
Başlıq sətrinin sol tərəfində proqramin kiçik piktoqramı, onun yanında isə sürətli
müraciət paneli yerləşir.
downloaded from KitabYurdu.org
39
Başlıq sətrinin sağ tərəfində pəncərənin idarəetmə düymələri, lenti (menyunu) gizlətmə,
açma və kömək düymələri yerləşir.
Menyu sətri.
Əmrlər Menyu sətrinin tərkibində qruplaşdırılıb.Menyu sətrinin sol tərəfində Fayl
düyməsi yerləşir. Excel pəncərəsinin interfeysini nizamlamaq üçün Файл menyusundan
Параметры əmri seçilir. Ekrana açılan pəncərənin elementləri aşağıdakı funksiyaları yerinə
yetirir.
Показывать мини – панель инструментов при выделении əmri aktiv olarsa, onda
seçilmiş fraqmentler üzərində kiçik panel açılır.
downloaded from KitabYurdu.org
40
Показать параметры экспресс-анализа для выделенного фрагмента əmri aktiv olarsa,
onda seçilmiş fraqmentler üzərində kiçik panel açılır.
Выключить динамический просмотр əmri aktiv olarsa, cədvəlin görnüşünün avtomatik
dəyişməsi mümkündür.
Стиль всплывающих подсказок: bölməsində yerləşən əmrlər aşağıdakı funksiyaları
yerinə yetirir.
Показывать расширенные всплывающие подсказки - Mausun oxunu menyu sətrində
yerləşmiş hər hansı bir əmrin üzərinə yaxınlaşdırdıqda həmin əmr haqqında geniş məlumat verir.
Не показывать расширенные всплывающие подсказки - əmr haqqında qısa məlumat
verir.
Не показывать всплывающие подсказки - əmr haqqında məlumat vermir.
При создании новых книг - bölməsində yerləşən əmrlər yeni yaradılan Excel kitabının
parametrlərini təyin edir.
Шрифт по умолчанию: Şrift;
downloaded from KitabYurdu.org
41
Размер: Şriftin ölçüsü;
Режим, используемый по умолчанию для новых листов: İşçi vərəqin görünüşü;
Число листов: İşçi vərəqdəki listlərin sayı təyin edilir.
Имя пользователя - İstifadəçinin adını tənzimləyir.
Тема Oficce bolməsindəki əmrlər pəncərənin fonunu dəyişir.
Показывать начальный экран при запуске этого приложения əmri aktiv
olduqda Excel proqramı bu cür açılır.
Düstur sətri(Formula bar).
Cari xananın tərkibini əks etdirmək və redaktə etmək üçün nəzərdə tutulub. Sağ hissədə
xananın tərkibi təsvir olunur. Sol hissə ad qutusu adlanır və aktiv xananın ünvanını göstərir.
Excelin işçi sahəsi çoxsaylı sütunlardan və sətirlərdən ibarətdir. Sütunlar latın əlifbasının
baş hərfləri ilə, sətirlər rəqəmlərlə nömrələnmişdir. Sütun adları A - dan Z - yə qədər davam edir.
Z - dən sonra hərflər iki - iki və daha sonra üç - üç qruplar şəklində yazılaraq adlandırılır. Bir
vərəqdə 16384 sütun, 1048576 sətir var. Klaviaturadan Ctrl+ sıxsaq sonuncu sütununmuzun
ilk xanası aktiv olacaq –XDF; Ctrl+ sıxsaq sonuncu sətir aktiv olacaq -1048576. Sətir və
sütunların kəsişməsi xana adlanır.
Sürüşdürmə çubuqları.
Proqram pəncərəsinin sağ və aşağı sağ küncündə yerləşib, görünməyən hissələri göstərmək
üçündür.
Ondan aşağıda isə görünüş düymələri və miqyas düymələri yerləşmişdir.
İlk görünüş rejimi normal görünüş rejimidir.
Standart halda proqram açılarsa bu görnüş rejimi aktiv olur.
downloaded from KitabYurdu.org
42
İkinci rejimi aktivləşdirdikdə Excel faylımız səhifələr şəklində görsənəcək. Miqyası
azaltmaqla bu səhifələri daha aydın şəkildə görmək mümkündür.
Sonuncu rejim vərəq hissəsinə ön baxış adlanır. Bu rejimi aktiv etdikdə ancaq Excel
vərəqinin üzərində iş görülmüş sahəsi görünəcək.
Boş qalan hissələr görsənməyəcək.
Miqyas düymələri işçi sahənin görünüş miqyasını dəyişir.
İşçi vərəqlərin yarlıqları
İşçi səhifələrin sayı əməli yaddaşın həcmindən (RAM) asılı olaraq artir. Exceldə verilənlərin
təsvir formalarından asılı olaraq vərəqlərin aşağıdakı tipləri mövcuddur.
Cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
Diaqramların yerləşməsi üçün nəzərdə tutlan diaqram vərəqi;
Cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanılması üçün
makroslar vərəqi.
Cari vəziyyət sətri
Yerinə yetrilən əməliyyat haqqında informasiya əks olunur.
Dostları ilə paylaş: |