Dərs vəsaiti Bakı 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

Riyazi funksiyalar 
Excel-də çoxlu sayda funksiyalardan istifadə edilir. Funksiya təyin olunmuş hesablama 
əməliyyatlarını yerinə yetirməyi göstərən riyazi yazıdır. Funksiya ad və dairəvi mötərizədə 
göstərilmiş bir və ya bir neçə arqumentdən ibarətdir. Hər hansı funksiyadan istifadə etmək üçün 
əvvəlcə funksiyanın arqumenti xanalara daxil edilir. Funksiyalar Формулы (Düsturlar) 
menyusunun Kitabxana bölməsində yerləşir.
Funksiyaları işə salmaq üçün Формулы menyusunun Библиотека функций 
bölməsindəki Вставить функцию əmrnini seçin. 
Bu zaman ekrana Вставка функции pəncərəsi açılacaq. 
Pəncərənin Категория çərçivəsində aparılan hesablama əməliyyatından asılı olaraq lazım 
olan bölmə seçilir. Bu zaman Выберите функцию – sahəsində seçilən bölməyə aid olan 
funksiyaların siyahısı veriləcəkdir. Bu siyahıdan lazım olan funksiya seçilir və ОК düyməsi 
sıxılır. 
Misal
1. Aşağıdakı düsturları ardıcıl olaraq xanalara daxil edin. Sonra hər hansı bir xanaya kecib Fx 
düyməsini sıxın. 
2. Açılan pəncərədən
 Сумм (Sum)
funksiyasini seçin.
Сумм
funksiyası ədədləri cəmləmək üçün istifadə olunur. 
Onun formatı aşağıdakı kimidir. 
= Сумм (Число 1,число 2) 
Burada: 
Сумм – funksiyanın adı 
Число 1, Число 2, Число 3, Число 4, Число 5 - üzərində cəmləmə əməliyyatı aparılacaq 
ədədlər və ya xanaların ünvanlarıdır. Verilənləri daxil edib Ok duyməsini sıxın. 
downloaded from KitabYurdu.org


60 
Əgər A1-dən A10-dək və C1-dən C10-dək xanalarda olan ədədləri cəmləmək 
lazımdırsa, onda funksiyanı aşağıdakı kimi yazmaq olar. 
= Сумм (A1:A10, C1:C10) 
Yadda saxlayın ki, = Сумм (A1:A10) yazılışı A1-dən A10-dək xanalardakı ədədlərin 
cəmini, = Сумм (C1:C10) yazılışı isə C1-dən C10-dək xanalardakı ədədlərin cəmini hesablayır. 
Формулы menyusunun Библиотека функций bölməsindəki Автосумма əmrinin 
Сумм - düyməsini iki dəfə ardıcıl surətdə sıxmaqla bu əməliyyatı daha surətlə aparmaq olar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin