55
2. 4. Excel cədvəl redaktorunda funksiyalar
Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn redaktorlarından biri,
məsələn, Word proqramı vasitəsilə də yararmaq olardı. Excel-i cədvəl
prosessoru edən və ona
üstünlük verən cəhət elə onun düsturlarının və güclü funksiyalar ustasının olmasıdır. Excel işçi
kitabındakı cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetrilməsi üçün riyazi yazılar
düstur adlanır.
Xanaya düstur (formula) daxil edərkən mütləq = işarəsini yazmaq lazımdır. Əks
təqdirdə
həmin düstur mətn xarakteri daşıyır və nəticə hesablanmır. Excel-də düstur yaradarkən aşağıdakı
simvollardan istifadə edilir.
1. Riyazi operatorlardan. + (toplama), - (çıxma), * (vurma), / (bölmə), ^ (qüvvətə yüksəltmə),
% (faizin qiymətinin təyini);
2. Müqayisə operatorlarından. = (bərabərdir), < (kiçikdir), > (böyükdür), <= (kiçikdi bərabərdir),
>= (böyükdü bərabərdir), <> (bərabərsizlik), False (yalnış-ложь),True (doğru-истина);
3. Mətn verilənlərini birləşdirən.&(ampersand) operatorundan;
4. İstinad operatorlarından.
Exceldə
istinad
dedikdə düsturun müraciət etdiyi xananı birqiymətli
təyin edən kəmiyyət
başa düşülür. İstinadların köməyi ilə düsturda işçi vərəqinin
müxtəlif yerlərində olan
verilənlərdən istifadə etmək olar.
Excel cədvəl redaktorunda xana diapazonunu göstərmək üçün iki nöqtə(:)simvolundan
istifadə olunur.
Kordinatları tək - tək daxil etmək üçün nöqtəli vergüldən istifadə edilir.
Kəsr ədədlərin yazılışında, (vergül işarəsi), tarix formatının qeyd edilməsi üçün . (nöqtə)
işarəsindən istifadə olunur. Məsələn: 1,5 yazıldıqda bu Excel proqramı tərəfindən
onluq kəsr
kimi
qəbul olunur, 1.5 yazıldıqda isə 1 may kimi qəbul olunacaqdır.
Xanalarda istifadə olunan bəzi
işarələr fərqli ola bilər ki, bu da Windows
əməliyyat sisteminin
parametrlərinin quraşdırılmasından asılıdır.
Misal :
İstifadəçinin düsturlarının tətbiqi.
1.
Aşağıdakı cədvəli yığın.
2. A1 xanasındakı ədədin B1 xanasındakı ədədin neçə faizi olmasını hesablayın. Bunun üçün C1
xanasına =A1/B1 düsturunu yazın və Enter düyməsini sıxın.
3. C1 xanasına faiz formatı tətbiq etmək üçün Главная menyusunun
Число bölməsindən
Прoцентный (%) düyməsini sıxın.
downloaded from KitabYurdu.org