Dərs vəsaiti Bakı 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

 
 
 
 
Misal 
1. Aşağıdakı cədvəli yığın. 
2. C1 xanasına =A1^B1 düsturunu yazın və Enter düyməsini sıxın. 
Nəticədə 512 alınır. Bu o deməkdir ki, qüvvətə yüksəltmə əməliyyatı aparıldı. Yəni A1 
xanasındakı ədəd B1 xanasındakı ədəd qədər özü-özünə vuruldu. (8*8*8=512) 
Müəyyən bir sütunda eyni tipli düsturlar yazılacaqsa, onları hər dəfə təkrar daxil 
etməmək üçün maus vasitəsilə sürüşdürərək köçürmək daha məqsədə uyğundur. Fikrimizi 
misallarla izah edək. 
Misal:
Tutaq ki ən yüksək qiymətin 50 olmasını nəzərə alaraq, hər bir tələbənin faizini 
hesablamaq tələb olunur. 
1.Aşağıdakı cədvəli yığın. 
 
2. 
C2 xanasına keçin və oraya =B2/50 düsturunu yazın və Enter düyməsini sıxın. 
3. Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsini sıxın. 
4. Mausun oxunu xananın sağ aşağı küncünə gətirin və o + formasını aldıqda sol düymə ilə tutub 
C6 xanasına kimi sürüşdürün. 
Deməli, digər xanalara düsturlar bir başa deyil, sürüşdürmə vasitəsilə daxil edildi. 
Bəzən sürüşdürmə zamanı ünvanların dəyişdirilməsi xoşagəlməz halların baş
verməsinə 
səbəb olur. Bunun qarşısını almaq zəruriyyəti yaranır. Onda düsturlara xanaların ünvanını mütləq 
halda daxil etmək lazımdır. 
downloaded from KitabYurdu.org


57 
Exceldə iki ünvan anlayışından istifadə edilir. Nisbi ünvan və mütləq ünvan. Nisbi ünvan 
anlayışından sürüşdürmə zamanı istifadə etmək olmur. Bu xoşagəlməz halların baş verməsinə 
səbəb olur. 
Xananın ünvanının mütləq halı $ işarəsi ilə göstərilir. Məsələn, C6 xanasını mütləq halda 
göstərmək üçün onu $C$6 kimi daxil etmək lazımdır. 
Qeyd edək ki, xananın sətir və sütun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər. 
Bunun üçün xananın ünvanını aşağıdakı kimi vermək lazımdır. 
$A$4- yazılışı xananın həm sətir, həm də sütun ünvanını dəyişməz edir. 
A$4 - yazılışı xananın ancaq sətir ünvanını dəyişməz edir. 
$A4 - yazılışı xananın ancaq sütun ünvanını dəyişməz edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin