50
2. A3 xanasını aktiv edin.
3. Вид menyusunun Окно bölməsindəki Закрепить области əmrini seçin.
4. Bundan sonra markeri aşağıya və ya yuxarı doğru hərəkət etdirdikdə A1 vəA2 xanasındakı
verilənlər ekran da qalacaqdır.
5. Bu rejimi götürmək üçün Окно bölməsindəki - Закрепить области - Снять закрепление
областей əmrlərini ardıcıl seçin.
2.
3. Excel cədvəl redaktorunda verilənlərin formatları
Xanalarda yazılmış informasiyanın və xananın özünün cədvəldə necə görsənməsi
həmin
verilənlərə və xanalara tətbiq edilmiş formatlardan asılıdır. Xananın formatı dedikdə həmin
xananın daxili rəngi, kənar xətlərinin forması verilənlərin xana daxilində yerləşdirilməsi qaydası
başa düşülür. Verilənin formatı dedikdə isə onun tipi (mətn, ədəd, tarix, valyuta, faiz), rəngi,
qalın, maili və ya altıxətli olması nəzərdə tutulur.
Hər bir verilənin və xananın formatını müəyyən etmək
üçün Главная menyusunda
yerləşmiş Шрифт, Выравнивание, Число, Стиль bölmələrindən istifadə etmək lazımdır.
Burada hər bir bölmədən verilənlər və xanalar üçün müxtəlif formatlar seçmək
mümkündür. Шрифт bölməsindəki Цвет текста əmrindən isə xanalara daxil edilən simvollara
müxtəlif rənglər vermək üçün istifadə olunur.
Cədvəllərə tərtibat vermək və ya vacib xanaları fərqləndirmək
üçün xanalar müxtəlif
formalı və rəngli kənar xətlərlə əhatə edilir.
downloaded from KitabYurdu.org
51
Kənar xətlər və xətlərin rəngləri Формат ячеек dialoq pəncərəsinin Граница
səhifəsindən seçilir.
Misal:
Xətlərin
seçilməsi
1. İşçi vərəqdə B1 xanasından E10 xanasına kimi seçin;
2. Главная menyusunun Ячейки bölməsindən Формат - Формат ячеек əmrlərini seçin. Ekrana
Формат ячеек dialoq pəncərəsi açılır.
3. Граница səhifəsinə keçin;
4. Тип линии sahəsindən qoşa xətt seçin və Внешние düyməsini sıxın.
5. Тип линии sahəsindən tək xətt seçin və Внутренние düyməsini sıxın.
Bu əməliyyatdan sonra aşağıdakı cədvəl alınacaqdır.
Hər bir xanadakı verilənə sistemin imkan verdiyi istənilən şrift tətbiq etmək mümkündür.
Bütöv işçi vərəqi seçmək üçün sətir nömrələri ilə sütun adlarının
kəsişdiyi sahədəki
düyməni sıxın. Bundan sonra Формат ячеек dialoq pəncərəsinin Шрифт səhifəsinə keçin.
downloaded from KitabYurdu.org
52
Açılan pəncərədən xanalar üçün şriftlərin formalarını stilini, ölçüsünü və
digər parametrləri seçə bilərsiniz. Exceli-ın işçi vərəqləri müstəqil xanalardan
təşkil olunduqları üçün şriftin seçilməsi zamanı kursor bir xananı əhatə edirsə,
onda seçilmiş şrift məhz bu xanaya aid ediləcəkdir. Xanaların belə xüsusiyyətlərə
malik olmaları Excel-də şriftlərlə iş zamanı istifadəçilər üçün bəzi çətinliklər
törədir. Buna görə də hər hansı bir şrift bir qrup xanaya tətbiq edilməlidirsə, onda
əvvəlcə həmin xanalar bloka alınmalı və sonra lazımi şrift seçilməlidir.
Dostları ilə paylaş: