Dərs vəsaiti Bakı 2023


 Maşınqayırma sənayesinin növləri və iş üsulları



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə11/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

1.5. Maşınqayırma sənayesinin növləri və iş üsulları 
 
Məhsulların istehsalında maşınqayırma texnologiyası 
üsulları üstünlük təşkil edirsə, belə istehsal maşınqayırma sənayesi 
adlanır. Maşınqayırma zavodu quruluşunun əsasını sex təşkil edir. 
Sex dedikdə istehsal sahələrinin cəmi başa düşürük. 
İstehsal sahəsi texnologiyası ardıcıllıq, müəyyən bir 
əməliyyat və ya qarışıq prinsip əsasında birləşdirilmiş işçi yerlər 
qruppasına deyilir. 
Vahid planlaşdırma müddəti yəni - bir ay ərzində yerinə 
yetiləcək bütün müxtəlif texnoloji əməliyyatlar (ə) sayının işçi 
yerlər (Y) sayına nisbətinə bir işçi yerə əməliyyatların aid edilməsi 
əmsalı adlanır. 
Bu əmsal istehsalın növünü xarakterizə edən əsas 
göstəricidir. 
Küllü və iri seriyalı istehsalda: 
1= K
ə.a.əd.
< 10, 
Orta seriyalı istehsalda: 
10 < K
ə.a.əd.
< 20, 
Xırda seriyalı istehsalda 
20 < K
ə.a.əd.
< 40. 
qəbul edilmiş, fərdi istehsalda isə bu əmsalın qiyməti 
müəyyənləşdirilməmişdir. 
Texnoloji proseslərin tərtib olunmasında əsas prinsip 
texniki, iqtisadi və təşkilati məsələlərin mövcud istehsal şəraitində 
həll olunmasıdır. Layihə olunan texnoloji proses cizgiyə, texniki 
şərtlərə uyğun dəqiqlik və Keyfiyyət tələblərin ödəməilə, az əmək 
sərfi və minimum maya dəyəri daxilində lazımi sayda və müəyyən 


olunmuş vaxt ərzində yerinə yetirilməlidir. Ən mükəmməl 
texnoloji proses belə, əgər təyin olunmuş proqramı ödəmirsə və 
maya dəyəri yüksək alınırsa müəssisə üçün əlverişli sayılmır. 
Maşınqayırmada istehsal olunan məhsulun miqdarından, 
müxtəlifliyindən, buraxılmış sabitliyindən asılı olaraq istehsal 
növü seriyalı və Küllü istehsala, işin təşkili isə axın və qeyri-axın 
üsullarına bölünür. 
Fərdi istehsal olduqca müxtəlif quruluşlu məhsulların az 
sayda istehsalı ilə xarakterizə olunur. Bu halda fəhlələrin ixtisası 
yüksək olmalıdır. Texnoloji sənədlər sadələşdirilmiş və qısıldılmış 
olur; texniki əsaslandırılmış normalar olmur, onun əvəzinə 
ümumiləşdirilmiş statistik normalar tətbiq olunur. 
Küllü istehsal bir neçə məhsulun olduqca böyük miqdarda 
uzun müddət istehsalı ilə xarakterizə olunur. Bu halda yüksək 
dəqiqlik, keyfiyyət və məhsuldarlıq fəhlənin yüksək ixtisası 
hesabına yox, mexanikləşdirilmiş, avtomatlaşdırmanın hesabına 
əldə edilir. 
Seriyalı istehsal müxtəlif quruluşlu məhsulların istehsal 
olunması, təmiri ilə xarakterizə olunur. 
Seriyalı istehsal partiyaya daxil olan hissələrin miqdarından 
asılı olaraq xırda seriya və iri seriya adlana bilər. 
Ümumiyyətlə, seriyalı istehsalda avadanlıq və iş üsulları elə 
seçilməlidir ki, az bir vaxt ərzində yeni məhsulu istehsal etmək 
mümkün olsun. Maşınqayırma zavodlarının müxtəlif istehsal 
növünə aid olunması şərtidir. Belə ki, eyni bir müəssisə daxilində 
müxtəlif istehsal sahələri görülən işin miqdarından asılı olaraq 
fərdi və ya küllü istehsalda olduğu kimi axın və ya qeyri-axın 
qaydada təşkil oluna bilər. 
Axın iş üsulu, iş yerlərinin texnoloji prosesə uyğun 
yerləşdirməyə imkan verir ki, bu da məhsuldarlığı artırır, vaxt 
itkilərini azaldır. Hazırda fərdi və seriyalı istehsalda belə işi axın 
üsulu ilə təşkil etmək mümkün olur və həmişə ona çalışmaq 
lazımdır. 


Axın istehsalında emal edilən və ya yığılan düyünlərin 
istehsalı - buraxılışı dəqiq müəyyən olunur. Buraxılış taktı 
(dəq/əd) aşağıdakı düsturla müəyyən olunur: 
T
= 60F
p
/N 
Burada F
p
- planlaşdırılmış müddətdə (ay, bir gecə-gündüz, növbə) 
həqiqi vaxt fondu, saat; 
N
- həmin müddət üçün istehsal proqramı, 
ə.d. 
Avadanlığın nominal işləmə vaxt fondu Fp, həqiqi vaxt 
fondu F
p
və ya təqvim vaxtından təmirə dayanma vaxtı qədər az 
olur:
F
P
= F
P
• n 
Bir növbəli iş rejimində avadanlığın illik nominal iş vaxtı 
fondu 2070 saat, iki
növbəlidə 4140 saat, üç növbəlidə 6120 
saatdır. Metalkəsən dəzgahlar üçün vaxt itkisi əmsalı 0,98 ± 0,96 
qəbul olunub. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin