Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə13/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

2.
 
İSTEHSAL PROSESİ VƏ ONUN 
TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
2.1. İstehsal prosesi 
İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və 
habelə təbii proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və 
əlaqələri vasitəsilə xammal və ya materialın hazır məhsula 
çevrilməsi texnologiyasıdır. Başqa sözlə, müəssisənin istehsal 
prosesi əmək cisimlərinin (xammal, material və s.) hazır məhsula 
çevrilməsinə yönəldilmiş müxiəlif maşın və avadanlıqların 
vasitəsilə həyata keçirilən texnoloji əməliyyatları özündə 
birləşdirir, onların məcmusunu təşkil edir. İstehsal prosesi 
məhsulun istehsal ilə bağlı, insanların silahlandıqları texnika 
vasitəsi ilə əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı 
təsir və əlaqələri olan işlərin vəhdətidir. İstehsalat qısa bir zaman 
intervalında mal və xidmətlərin yaradılması prosesidir. Başqa 
sözlə, istehsal məhsulun insan ehtiyaclarını təmin etmək, mal və 
xidmətlərin bazara gətirilməsi üçün müvafiq mühitdə istehsal 
amillərinin bir araya gətirilməsidir. Buna görə hər hansısa bir 
istehsal fəaliyyətinə aid olan proses, istehsal amillərinin 
müəssisəyə girişi, müəssisə daxilində müxtəlif əməliyyatların 
həyata keçirilməsindən və bu fəaliyyət nəticəsində məhsul və ya 
xidmətin əldə edilməsindən ibarətdir. Bu proses qısa olaraq 
şəkil 
1.1-də
göstərilmişdir.
Müəssisədə istehsal prosesinin özü də müstəqil, lakin bir-
birilə bağlı olan mərhələlərə bölünür. İstehsal prosesinin hər bir 
mərhələsi, xüsusi proseslərdən ibarət olur. Xüsusi proseslər 
məhsul istehsalının müəyyən mərhələsinin bitkinliyi ilə hazır 
məhsul əmtəə (məhsul) xidmət istehsal (emal) müddəti zavod, 
bina, avadanlıq, nəqliyyat vasitəsi və s. istehsal amilləri əmək 
kapital ilə xarakterizə olunur (məsələn, tökmə sexində - torpağın 
hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, 
ərintinin qəliblərə tökülməsi və s.). Xüsusi proseslər özü də 


texnoloji (əsas) və köməkçi əməliyyatlara bölünürlər. Əməliyyat - 
istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla bir iş 
yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, 
material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin 
cəmindən ibarətdir. İstehsal prosesinin əməliyyatlara şaxələnməsi 
və hər bir əməliyyatın tərkibi istehsalın miqyası və ixtisaslaşdırma 
səviyyəsindən, tətbiq olunan texnika və texnologiyadan və habelə 
istehsalın təşkilindən aslıdır.
Məhsulun hazırlanmasındakı roluna görə də istehsal əsas
köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin 
xammal və materialın hazır məhsula çevrilməsi işində onların rolu 
eyni olmur. Əsas (texnoloji) istehsal prosesi emal edilən 
məmulatın formasının, ölçülərinin və daxili strukturunun 
dəyişdirilməsi ilə bilavasitə əlaqədardır. Əsas istehsal prosesini 
bəzən texnoloji proses də adlandırırlar. Əsas istehsal proseslərinə, 
məsələn, maşınqayırma müəssisələrində detalların mexaniki 
(yonma, pardaxlama, cilalama və s.) və termiki (qızdırmaq və s.) 
emalını, onların (detalların) yığılmasını (quraşdırılmasını) və s. 
misal göstərmək olar. Köməkçi və xidmətedici istehsal prosesləri 
məhsulun hazırlanmasında bilavasitə iştirak etmirlər, lakin əsas 
(texnoloji) prosesin yerinə yetirılməsinə şəraitin yaradılması onlar 
tərəfindən həyata keçirilir. Əsas istehsal köməkçi və xidmətedici 
proseslərsiz keçinə bilməzlər. Köməkçi sexlərin istehsal etdikləri 
məmulatlar əsas istehsalda istifadə olunmaqla son məhsulun 
istehsalına yardım göstərirlər. Köməkçi istehsalın məhsullarına 
alət, ştamp, tərtibat, bütün enerji növlərini və tara istehsalını misal 
gətirmək olar. Maşınqayırma müəssisəsində xidmətedici 
proseslərə nəqletməni, hazır məhsulun anbarlaşdırılmasını, 
müəssisədaxili təchizatı, laboratoriya sınaqlarını və s. aid etmək 
olar. Bu proseslər də məhsul istehsalında dolayı yolla iştirak 
edirlər, başqa sözlə əsas istehsala xidmət göstərirlər. İstehsal 
prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir. Sintez 
və analizə əsaslanan istehsal prosesləri mürəkkəb hesab olunurlar, 
çünki onlardan hər biri sadə istehsallardan ibarət olurlar.


Sadə istehsal prosesində bir növ xammal və materialdan bir 
növ məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və 
materialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) 
əsaslanan istehsal prosesində bir növ xammal və materialda bir 
neçə növ məhsul hazırlanır. İstehsal prosesləri əmək predmetlərinə 
edilən təsirə görə mexaniki, fiziki, kimyəvi proseslərə bölünür. 
Mexaniki istehsal prosesləri zamanı əmək predmetinin forma və 
ölçüsünün dəyişməsi mexaniki güc vasitəsilə, fiziki və kimyəvi 
proseslər zamanı isə əmək predmetinin daxili quruluşundakı 
dəyişikliklər isə istiliyin, kimyəvi reaksiyaların və elektrik 
enerjisinin təsirləri altında baş verir. Fəhlələrin istehsal prosesində 
iştirakı miqyasından asılı olaraq onlar sırf əl əməyinə əsaslanan, 
qismən və tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış 
proseslərə ayrılır. Əl əməyinə əsaslanan istehsalda işlər maşın və 
mexanizmlərin köməyi olmadan yerinə yetirilir; qismən 
mexanikləşdirilmiş istehsallarda ayrı-ayrı əməliyyatlar, xüsusilə 
əsas istehsal proseslərində əl əməyi maşın və mexanizmlərlə əvəz 
olunur; tam mexanikləşdirilmiş istehsallarda - maşın və 
mexanizmlərin idarə edilməsi istisna olunmaqla - bütün istehsal 
əməliyyatları qarşılıqlı şəkildə əlaqələndirilmiş maşın və 
mexanizmlər vasitəsilə yerinə yetirilir; avtomatlaşdınlmış 
istehsallarda isə bütün istehsal prosesinin, o cümlədən maşın və 
mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı 
olmadan, lakin onların nəzarətilə maşınlar tərəfindən yerinə 
yetirilir. Burada maşınları maşınlar idarə edir. Vaxtaşırı 
təkrarlanmaq baxımından istehsal prosesləri fasiləli və fasiləsiz 
istehsallar kimi də qruplaşdırılır. Fasiləli istehsal proseslərinə 
maşınqayırma müəssisələrindəki istehsal prosesini, fasiləsiz 
istehsal prosesinə isə neft emalını misal göstərmək olar. İstehsalın 
təşkili tipinə görə istehsal prosesləri fərdi, seriyalı və kütləvi 
istehsal proseslərinə bölünürlər. İstehsal proseslərinin bu və ya 
digər tipə aid olunması məhsul buraxılışının kütləvilik dərəcəsi 
göstəricisi vasitəsilə müəyyən edilir. İstehsalın tipi məhsulun 
nomenklaturasının genişliyi, buraxılışın müntəzəmliyi, stabilliyi 


və həcmi ilə şərtlənən istehsalın texniki, təşkilati və iqtisadi 
xüsusiyyətləri ilə müəyyən olunur. İstehsalın tipini xarakterizə 
edən əsas göstərici əməliyyatların təhkim olunma əmsalıdır. Bu 
göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetirilən və ya 
yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yerlərinin 
sayına nisbəti kimi müəyyən edilir. Fərdi istehsal təkrar istehsalı, 
əsasən, nəzərdə tutulmayan bircinsli məmulatların buraxılışının 
kiçik həcmi ilə xarakterizə olunur. İstehsalın təşkili üsuluna görə 
istehsal prosesləri axınlı, dəstəli və fərdi proseslərə bölünür. 
Bunlardan iqtisadi cəhətdən ən səmərəlisi axınlı istehsal 
prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi istehsalın 
kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün 
həlledici şərt olur. İstehsalın təşkilinin axınlı üsulu aşağıdakı 
əlamətlərlə xarakterizə olunur: - istehsal prosesinin böyük sayda 
əməliyyatlara bölünməsi; - ayrı-ayrı əməliyyatların icrası üçün iş 
yerlərinin dəqiq ixtisaslaşması; - avadanlıqların texnoloji xəritəyə 
müvafıq olaraq yerləşdirilməsi; -istehsal prosesinin fasiləsizliyinin 
səviyyəcə yüksək olması; - əmək predmetlərinin bir iş yerindən 
digərinə verilməsi üçün əməliyyatlararası xüsusi nəqliyyatın 
mövcud olması. Axınlı istehsal üsulunun əsas struktur vahidi axın 
xəttidir. Axın xətti texnoloji prosesin gedişi üzrə yerləşdirilmiş, 
təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə 
tutulmuş və əməliyyatlararası nəqliyyat vasitələrilə əlaqələndirilən 
iş yerlərinin məcmusunu əks etdirir. İstehsalın təşkilinin dəstəli 
üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur: - emal olunacaq 
materialın istehsala partiyalarla buraxılması; - bir neçə növ 
materialın eyni zamanda emalı; - bir iş yerinə bir neçə əməliyyatın 
təhkim edilməsi; - ixtisaslaşmış və aqreqat avadanlıqla yanaşı 
universal avadanlıqdan da geniş istifadə olunması; - yüksək 
ixtisaslı və nisbətən geniş ixtisas profılli kadrlardan istifadə 
edilməsi; - eyni tip avadanlıqların əsasən qrup halında 
yerləşdirilməsi. İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid 
nümunəsini və ya kiçik partiya halında istehsalını nəzərdə tutur. 
Lakin, bu o demək deyildir ki, onlar bir-birindən təcrid olunmuş 


halda fəaliyyət göstərirlər. Məsələn, hər hansı zavod və yaxud da 
fabrik bir tərəfdə müstəqil sistemdirsə, digər tərəfdən onların tabe 
olduqları sahənin yarım sistemləridir, yəni onların müstəqilliyi 
həm nisbi, həm də mütləq xarakter daşıyır. Odur ki, sistem və 
yarımsistemlər arasındakı əlaqəni yaradarkən aşağıdakı şərtlərə 
əməl olunmalıdır: a) yarımsistemin fəaliyyəti elə təşkil 
olunmalıdır ki, onun işinin, fəaliyyətinin nəticələri son xalq 
təsərrüfatı nəticələrinin əldə edilməsinə bilavasitə təsir edə bilsin; 
b) yarımsistem ümumi sistemin qarşısına qoyulan məqsədə uyğun 
olmalıdır, yəni yarımsistemin qarşısında duran məqsəd ümumi 
sistemin qarşısında duran məqsədin həyata keçirilməsini təmin 
etməlidir, ona mane olmamalıdır; c) yarımsistem daxili və 
bütövlükdə sahə sistemilə zəruri funksional əlaqə şəraitində 
fəaliyyət göstərməlidir, yəni hər bir yarım sistemin fəaliyyətinin 
təşkili bütövlükdə ümumi sistemin məqsədinə yönəldilməlidir. Bu 
o deməkdir ki, ayrı-ayrı yarımsistemlərin qarşısına qoyulan 
vəzifələr ümumi sistemin məzmununa, məqsədinə uyğun 
gəlməlidir. Məsələn, müəssisənin texnoloji sistemi istehsalın ayrı-
ayrı mərhələlərə, proseslərə və əməliyyatlara ayrılmasına 
(parçalanmasına) əsaslanır. Beləliklə, istehsal sosial-iqtisadi 
sistemdir. O, maddi nemətlərin istehsalına xidmət edir. Lakin, bu 
zaman yalnız maddi nemətlərin hazırlanması prosesi deyil, eyni 
zamanda insan münasibətlərinin təkrar istehsalı prosesi baş verir, 
yəni sosial problemlər (məsələlər, vəzifələr) həll olunur. Ona görə 
ictimai istehsal mürəkkəb, həm də dinamik inkişaf edən bir 
sistemdir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin