Dərs vəsaiti Bakı 2023


 İstehsal prosesinin təkmilləşdirilməsi zəruriliyi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə16/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

2.4. İstehsal prosesinin təkmilləşdirilməsi zəruriliyi 
 
Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli 
məhsullar hazırlandığından müxtəlif istehsal proseslərinin tətbiqi 
zərurəti meydana çıxır. İstehsalın səmərəliliyinin yüksəldilməsinin 
mühüm şərtlərindən biri müəssisələrdə tətbiq olunan istehsal 
proseslərinin 
səmərələşdirilməsindən 
ibarətdir. 
İstehsal 
proseslərinin səmərələşdirilməsi, nəticə etibarilə, həmin prosesin 
maddi 
məzmununu 
təşkil 
edən 
əmək 
proseslərinin 
səmərələşdirilməsi deməkdir. İstehsal proseslərinin səmərəliyi-
məhsul vahidinə düşən xammal, material, yarımfabrikat, enerji 
məsrəflərinin xüsusi çəkisi, hazır məmulatın keyfiyyəti, əmək 
məhsuldarlığının səviyyəsi, prosesin intensivliyi, məhsulun maya 
dəyəri ilə səciyyələndirirlir. Sənaye müəssisələrində əmək 
prosesləri əmək vasitələrinin və iş qüvvəsinin istehlakı 
baxımından, bir tərəfdən texniki–texnoloji, digər tərəfdən isə əmək 
ünsürlərinin təkmilləşdirilməsi istiqamətlərində səmərələşdirilir. 
Əmək proseslərinin təkmilləşdirilməsinin ən mühüm istiqaməti 
istehsalın kompleks mexanikləşdirilməsi və məhsuldarlı texnoloji 
avadanlıqlarla, alət və qurğularla, mütərəqqi texnologiya ilə təchiz 
olunmasından ibarətdir. Əmək proseslərinin səmərələşdirilməsi 
aşağıdakı istiqamətlərdə həyata keçirilir: a) məlum iş yerinə bu və 
ya digər istehsal əməliyyatlarının, texnoloji proseslərin təhkim 
olunması məqsədəuyğunluğunun müəyyən edilməsi. Bu iş yerinin 
ixtisaslaşdırılması dərəcəsinin artırılması, dəstədə (partiyada) olan 
hissələrin sayının çoxaldılması, məlumat buraxılışının daha 
səmərəli ardıcıllığının müəyyənləşdirilməsi üzrə tədbirlər aiddir; 


b) texnoloji avadanlığın, alət və qurğuların işinin səmərəliliyini və 
qənaət çilliyini təmin edən tədbirlərin işlənib hazırlanması. Buraya 
texnoloji avadanlıq və alətlərin iş rejiminin artırılması, eyni vaxtda 
emal olunan hissələrinin sayının çoxaldılması, səmərəli soyutma 
qızdırma və yığma rejiminin tətbiqi, emal edilən hissələri 
avtomatik yükləyən və boşaldan qurğuların tətbiqi və s. tədbirlər 
aiddir; c) materialların, yarımfabrikatların və hazır məhsulların 
nəql edilməsi və yerinin dəyişdirilməsi vasitələrinin və onlardan 
istifadə şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib 
hazırlanması; d) məlum əməliyyatların yerinə yetirilməsinin daha 
səmərəli əmək proses lərinin tətbiqi, əməliyyatın və ya onun 
ünsürlərinin mexanikləşdirilməsi və zamanca uyğunlaşması, artıq 
ünsürlərin ləğv edilməsi hesabına onların sayının azaldılması, 
yerinə 
yetirilməsi 
müddətlərinin 
qısaldılması, 
istehsal 
proseslərində əmək cisimlərinin paralel hərəkət formalarının 
tətbiqi, istehsalat şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər aiddir: 

mövcud maddi-enerji ehtiyatlarından səmərəli istifadəni təmin 
etmək; 

istehsal şəraitinin və təhlükəsizlik texnikasının 
yaxşılaşdırılması hesabına xəstəlik və xəsarətlərin sayını 
azaltmaq; 

müəssisə kollektivinin məcmuyu iş vaxtı fondundan 
daha səmərəli istifadə olunması yollarını göstərməklə istehsalın 
iqtisadi səmərəliliyinin daim artırılmasını təmin etmək və iş vaxtı 
itkilərini 
minimuma 
endirmək. 
Əmək 
proseslərinin 
səmərələşdirilməsinə yönəldilən bütün bu tədbirlər, nəticə 
etibarilə, işçinin enerji sərfinə xeyli qənaət edilməsinə onun 
əməyinin səmərəliliyinə səbəb olur, yəni əməyin intensivliyinə 
böyük təsir göstərir və istehsalın həcminin artmasına imkan verir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin