Dərs vəsaiti Bakı 2023


 METALLURGİYA SƏNAYESİ ÜZRƏ QARA VƏ



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə22/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

4. METALLURGİYA SƏNAYESİ ÜZRƏ QARA VƏ 
ƏLVAN METALLARIN İSTEHSALI PROSESLƏRİ 
 
4.1. Metallurgiya prosesləri haqqında ümumi məlumat 
 
Metallurgiya ilk növbədə çıxanlmış filizlərin əsas metala 
görə zənginqləşdirilmə, əsas və köməkçi materialların birgə 
əridilmə ilə metalların alınma və zərərli aşqarlardan təmizlənmə 
(saflaşdırılma) proseslərinin aparılması ilə metal ərintilərinin 
istehsalı və yayma proseslerini ehatə edir. Metallann və onların 
filizlərinin bölgüsünə uyğun olaraq qara və əlvan metalların 
metallurgiyasına ayrılır. Əsas proseslərdə istifadə edilən 
enerjinin növündən asılı olaraq pirometalurgiya (piro yunanca 
od deməkdir) və hidrometalurgiyaya ayrılır. 
P i r o m e t a l l u r g i y a d a
metal 
və 
ərintilər 
yanacağın yandırılması, ekzotermik reaksiyalar, elektriklə 
əritmə, maye ərintilərin elektrolizi, distilyasiya (yəni, metalların 
qaz halında bərpa edilməsindən sonra kondensa- siyası), uçucu 
birləşmələrdən termiki dissosasiyası ilə alınır və saflaşdırılır. 
H i d r o m e t a l l u r g i y a d a
metallar 
qələviləş-
dirmə ilə fılizlərdən və yüksək temperatura kimi qızdırılma 
aparılmadan məhlullardan ayrılmaqla alınır. 
Pirometallurgiyada çox geniş yayılmış əritmə, sobalarda 
yanacağın yandınlmasına əsaslanan əridilmə prosesidir. Əritmə 
üçün hesabı çəki nisbətinlərində götürülmüş ilkin materiallar
 ş i 
x t ə
adlanır.
Şixtənin tərkibinə yanacaq, fılizlər (əksər hallarda əritmə 
üçün hazırlanmış filiz konsentratları), metallar (əsasən qınntılar 
şəklində), flüslər, önçəki əritmələrin
 posalar
və başqa dövriyyə 
materialları daxildir. 
Metallurgiya 
proseslərində 
tələb 
olunan 
yüksək 
temperaturu almaq üçün istilik mənbəyi kimi
yanacaqlardan

yüksək istiliyin təsirindən avadanlıqlan qorumaq üçün
 
odadözümlü materiallardan
və çətinəriyən boş süxur 


birləşmələrinin asanlıqla əritməsini təmin etmək məqsədi ilə
 
flüslərdən
istifadə edilir. 
Metallurji proseslər istehsal edilən materialların tipləri və 
texnologiya növləri üzrə təsnif olunur: 
a. İstehsal edilən materiallann tipləri üzrə: dəmir 
ərintilərinin istehsalı, məsələn çuqun və ya polad istehsalı, əlvan 
metalların istehsalı, məsələn Cu, Al, Pb, Zn, Sn, Ni, Mg və s. 
b. Texnologiyanın növü üzrə: 
- Pirometallurgiya metodları (oksidləşdirici və ya bərpa 
edici əritmə; tabalma; tablama; metalların buxarlanması; bərk 
halında maddələrin bərpa edilməsi). 

Hidrometallurji 
metodlar 
(həll 
olunma; 
qələviləşdirmə; qələvi məhlulların təmizlənməsi; çökdürmə; 
ayırma; sulu məhlulların elektrolizi). 

Ovuntu metallurgiya metodları (ovuntuların alınması; 
məmulatın şəkilləndirilməsi; tamamlayıcı emal). 

Elektrik metallurgiya metodları. Elektrik enerjisindən 
istifadə edilməklə aparılan əritmə metodlarına aiddir. Bu 
metodlar qismən piro və qismən də hidrometallurgiyaya aid 
edilə bilər. Birinci halda elektrik enerjisi istilik mənbəyi 
(məsələn, elektriklə qızdırılan əritmə sobaları), ikinci halda isə 
- kimyəvi enerji mənbəyi kimi (məsələn, elektroliz). 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin