Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 111 -
anlayışı ilə bağlı şagirdlərin özləri çox sayda
nümunələr bilirlər və müəllimin
düzgün istiqamət
verməsi ilə onlar modellərə aid misallar göstərə
bilərlər. Bu misalların əsasında şagirdlər
modelə belə
bir tərif verə bilərlər: Model real obyektin
sadələşdirilmiş obrazıdır. Qeyd etmək lazımdır ki,
modeldə onun istifadəsi
üçün nəzərdə tutulan
xüsusiyyətlər nəzərə alınır. Məsələn, insanın müxtəlif
modelləri mövcuddur: anatomiya
dərsində istifadə
edilən skelet, mağazaların vitrinində qoyulan
maneken və s.
Daha sonra modelləşdirmənin məqsədi
nəzərdən
keçirilməlidir. Burada qeyd olunur ki, yalnız
obyektlər deyil, proseslər də modelləşdirilə bilər.
Məsələn, atmosfer
prosesləri və hava proqnozu,
seysmoloji zonalar və s.
“Modelləşdirmə obyekti – məqsəd – model”
anlayışları zəncirində son element modeldir. İnfor-
matika kursunda daha çox informasiya modelləri
nəzərdən keçirilir. İnformasiya modellərinin aşağıdakı
formaları var:
-
Təsviri
və ya verbal;
-
Qrafik;