Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 128 -
mülahizəni oxuyur:
Bu ədəd 7-dir. (Aydın)
Bu ədəd cütdür. (Günay)
Bu ədəd 3-dən kiçikdir. (Leyla)
Bu ədəd 3-ə bölünür. (Emin)
Müəllim deyir ki, bir oğlan və bir qız doğru
danışır. Şagirdlər müəllimin fikrində tutduğu ədədi
tapmalıdırlar. Bu oyunun alqoritmi tərtib edilir.
1.
Bu ədəd 7-dir (Aydın) və ya bu ədəd 3-ə
bölünür (Emin).
2.
Bu ədəd cütdür (Günay) və ya bu ədəd 3-
dən kicikdir. (Leyla)
Aydının mülahizəsi doğrudursa, ədəd 7-dir,
onda Günay və Leylanın mülahizələrindən biri doğru
olmalıdır. Lakin 7 nə cütdür, nə də 3-dən kiçikdir.
Onda Aydının mülahizəsi yalandır. Deməli, Eminin
mülahizəsi doğrudur. Yəni ədəd 3-ə bölünür. Onda
Leylanın mülahizəsi yalandır, çünki 3-ə bölünən ədəd
3-dən kiçik ola bilməz. Günayın mülahizəsi isə
doğrudur. Ədəd cütdürsə və 3-ə bölünürsə, bu ədəd 6-
dır.