Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Inkişafetdirici  kompüter oyunlarının psixo-



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə137/153
tarix12.05.2022
ölçüsü0,99 Mb.
#57697
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   153
Azf-296626 (1)

Inkişafetdirici  kompüter oyunlarının psixo-
loji-pedaqoji xüsusiyyətləri. Psixoloqların fikrincə,
7-9 yaşlarda uşağın oyuna olan həvəsi xüsusən güclü
olur, çunki bu dövrdə bir çox funksiyalar inkişaf edir,
uşaqda ətraf aləmə, insanlara müəyyən konkret
münasibətlər formalaşır.
Hazırda həddindən artıq müxtəlif məzmunlu və


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 135 -
çox sayda inkişafetdirici kompüter oyunları möv-
cuddur. Lakin bunların bəzisi gözəl musiqi müşayiəti,
rəngarəng animasiyalarla zəngin olsa da, zəif metodik
səviyyədə olurlar. Belə bir suala cavab tapmağa
çalışaq: bu qədər çox oyunların arasından uşaqlar
üçün  inkişafetdirici və onlara faydalı olanlarını necə
seçmək olar? Ilk növbədə oyunları seçərkən diqqəti
uşaqların  idraki marağını artıran və onların
psixofisiki inkişafına səbəb olan oyunlara yönəltmək
lazımdır. Məsələn, “Vunderkind” oyununda 26
inkişafetdirici oyun var. Bu oyunlar şagirdlərdə fəza
təsəvvürünü, danışıq dilini, məntiqi təfəkkürünü və
yaddaşını inkişaf etdirir. Proqramın dörd səviyyəsi
var, onların hər biri uşaqların müvafiq səviyyələrinə
uyğundur. Uşaqlar birinci səviyyədən başlayaraq
dördüncü səviyyəyə qədər yüksələ bilərlər.
Hazırda ən çox oynanılan oyunlardan biri olan
“tetris” uşaqlarda fəza təsəvvürünü və həndəsi
fiqurların düzülüşünü qura bilmək kimi qabiliyyətləri
inkişaf etdirir. Bu oyunun üçölçülü fəza üçün olan
“pentiks” variantı da mövcuddur.
Şagirdlər üçün “Superintellekt” adlı inkişaf-
etdirici disklər komplektində çoxlu məntiqi oyunlar
var. “Ağıllı qarışqa”, “Macəra”, “Marsdan gələnlər”,
“Yarış”, “Rəqəmləri tap”, “Şəbəkə cazibəsi”,



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin