Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 134 -
və pedaqoji ustalığından asılıdır. Nəzərə alınmalıdır
ki, hər bir oyun dörd struktur mərhələdən ibarətdir: 1)
didaktik məqsəd; 2) oyun hərəkətləri; 3) oyun
qaydaları; 4) nəticə.
Hələ Platon yazırdı ki, qədin Misirdə insanlar
xüsusi öydədici və tərbiyəvi oyunlar düzəldirdilər.
Platon özünün “Dövlət”ində etimoloji cəhətdən bu iki
sözü bir-birinə yaxınlaşdırmışdı: oyun və tərbiyə. O,
göstərmişdi ki, müxtəlif sənət növlərinə və hərbi işə
yiyələnməyin yolu məhz oyundan keçir. Tarixən
Y.Korçak, J.J.Russo, İ.Pestalotsi, D.Uşinskiy və digər
məşhur pedaqoq və alimlər insanın inkişaf və
formalaşmasında çox böyük əhəmiyyətə malik olduğu
ideyalarını irəli sürmüşlər. Suxomlinski yazırdı:
“Uşaq üçün oyun – ciddi məsələdir. Onsuz uşağın
inkişafı qeyri-mümkündür. Uşaqların mənəviyyyatı
yalnız və yalnız oyunlar, nağıllar, musiqi, fantaziya,
yaradıcılıq vasitəsilə zənginləşə bilər.”