Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 132 -
“Əlifba”, “Riyaziyyat”, “Sehrli çərçivə” və s.
öyrədici
proqramlarını göstərmək olar.
Bir neçə öyrədici proqramı nəzərdən keçirək.
1. “Məktəblilər üçün qrafik redaktor” proqramı.
Karandaş seçilir (F1-irəli, F2 geri getməkdir);
Karandaşın rəngi dəyişdirilir (F3);
Fon rəngi dəyişdirilir (F4);
Ekranın təmizlənməsi (F5);
Şəklin yadda saxlanması (F6).
Bu proqramdan 1-ci sinif şagirdləri 4-7 dəqiqə
ərzində istifadə edə bilərlər. Proqramın
məqsədi
şagirdlərə qrafik redaktorda şəkil çəkməyi
öyrətməkdir. Belə ki, həm hazır şəkillər
təklif olunur,
həm də şagirdlərin özləri yeni şəkil çəkə bilərlər.
2.
“Loqo” proqramı. Loqo proqramlaşdırma
dili olmaqla yanaşı həm də öyrədici kompüter
proqramıdır. Loqo vasitəsilə şagirdlər bir çox
obyektləri modelləşdirə bilərlər. Bu
dilin sintaksisi
çox sadədir və təbii dilə oxşayır. Bu proqramda
seçilmiş trayektoriyalar
üzrə hərəkət edərək mətnlər
yaratmaq, simmetrik fiqurlar çəkmək, maraqlı
ornamentlər, harmonik fiqurlar yaratmaq mümkündür.
3.
“Həndəsi fiqur” proqramı.
Proqramda həndəsi fiqurlar forma
və rənglərinə
görə təsnif edilir. Ekranın mərkəzində həndəsi fiqurlar