Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 137 -
düzgün seçildikdə şagirdlərin bir çox qabiliyyətlərini
– yaddaş, hafizə, təfəkkür, cəldlik kimi qabiliy-
yətlərini inkişaf etdirməklə yanaşı onlarda ətraf aləm,
bitki, heyvanlar aləmi, idman, riyaziyyat, dil və s.-lə
bağlı biliklərini artırmalıdır.
Uşaqların kompüterdə işini təşkil edərkən bir
sıra psixofiziki faktorları nəzərə almaq lazımdır: bəzi
uşaqlarda özünəməxsus kompüter qorxusu olur, bu
xüsusilə humanitar meyilli uşaqlara aiddir, onları
kompüterdə işə cəlb etmək üçün məhz oyunlardan
istifadə etmək lazımdır. Onlara kompüterin
multimedia imkanlarını, musiqi bəstələmək, kitab
oxumaq, tərcümə etmək kimi imkanlarını nümayiş
etdirmək olar. Bu zaman həmin uşaqlar kompüterdən
aldıqları bilikləri daha dərindən mənimsəyir.
Müşahidələr göstərir ki, 7-8 yaşlı uşaqlar əsasən
monstr, avtomat silah və s. kimi oyunlara daha çox
həvəs göstərir, məntiqi və inkişafetdirici oyunları
oynayanların sayı çox azdır. Uşaqların kompüter
asılılığının qarşısını vaxtında almaq və onları virtual
aləmə daha çox bağlanmaqdan xilas etmək üçün
pedaqoq və valideynlər uşaqlarla profilaktik iş
aparmalıdırlar. Belə hallar daha çox infantil uşaqlarda
baş verir (infantil – körpəyə, uşağa məxsus deməkdir,
normal inkişaf edən, lakin psixi mənada uşaqlıqdan