Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 140 -
XV. İbtidai sinif şagirdlərinə informasiya texnologiyaları anlayışının öyrədilməsi metodikası 1.
İnformasiya texnologiyası anlayışı.
2.
Tədrisdə informasiya texnologiyalarından
istifadənin texnoloji və nəzəri aspektləri.
3.
İnformasiya texnologiyaları məzmun xəttinin
öyrədilməsi metodikası.
İnformasiya texnologiyası anlayışı. Bu günə
qədər məktəb informatika kursunun inkişafında nəzərə
çarpan ən vacib məqamlardan biri onun məzmununda
informasiya texnologiyaları (İT) həcminin artmasıdır.
Texnologiya yunanca techne-bacarıq və loqos-hazır-
lanma, istehsal mənasını verib, nəyinsə hazırlanması,
istehsalı deməkdir. [18, s.436-450]
Məktəb informatikasında İKT–nin tətbiqi
proqram mühitini mətn və qrafik redaktorlar,
verilənlər bazası, multimedia proqramları təşkil edir.
Bu proqramlar ümumi təyinatlı proqramlar olub,
praktikada geniş istifadə olunur.
Məktəbdə İT mövzusunun tədrisinə müxtəlif
yanaşmalar mövcuddur. Kurikuluma əsasən
hazırlanmış dərsliklərdə əsasən İT xətti şagirdlərin